Qədimalıyev direktora NECƏ TORBA TİKMƏK İSTƏYİR... - ŞOK TƏFƏRRÜAT
Gundem / Bolge
Oxunub: 811
1 iy 2022 | 22:50
Qədimalıyev direktora NECƏ TORBA TİKMƏK İSTƏYİR... - ŞOK TƏFƏRRÜAT


Son günlər ölkə ictimaiyyətinin daha böyük kəsimi İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəblərini müzakirə etməkdədir.

Bu təhsil müəssisəsi Gəncənin ən qədim təhsil ocaqlarından biri hesab olunur və onun əsası 1833-cü ildə tanınmiş Azərbaycan şairi, mütəfəkkiri, maarifçisi və pedaqoqu Mirzə Şəfi Vazeh tərəfindən qoyulmuşdur.
İndiyə kimi bu məktəbdə neçə-neçə tanınmış ziyalılar təhsil alıb, hətta onlardan bəziləri burada çalışıblar. 1992-ci ildə bu təhsil müəssisəsinə məktəbin məzunu olmuş Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbovun adı verilir. Mindən çox şagirdin təhsil aldığı Gəncə şəhər 1 saylı tam orta məktəbinə 2011-ci ildən indiyə kimi Mətanət Qarayeva rəhbərlik edir.

İndi isə keçək əsas mətləbə. Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbini və bu yöndə apardığımız araşdırmalar zamanı əldə etdiyimiz müəyyən məlumatların varlığını hər kəsin diqqətinə çatdıraq. Bəli, 22 iyun 2022-ci il tarixdə, səhər saatlarında ölkəmizin bir çox media qurumlarında bu mövzu ilə bağlı sensasion məlumatlar yayıldı. Yayılan məlumatlarda bildirilirdi ki, Azərbaycanın təhsil sistemində 42 il əmək fəaliyyəti olan Mətanət Qarayeva 14 ədəd həb içərək intihara cəhd edir və o, hadisə baş verdikdən dərhal sonra təcili tibbi yardımla Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılır. Onun niyə Gəncə şəhərindəki xəstəxanalardan birinə deyil, Göygöl rayon Mərkəzi Xəstəxanasında yatması da müzakirə mövzusuna çevrilib. Onun təcili tibbi yardımla Göygöl MRX-na aparılmasına və müalicəsinin bu səhiyyə müəssisəsində həyata keçirilməsinə başlıca səbəb bu rayonunun ərazisinə aid olan Üçtəpə qəsəbəsində yaşamasıdır. Hadisə də Göygöl rayon Prokurorluğu tərəfindən araşdırılır.

Görəsən xanım direktorun belə bir addımı atmasına əsas səbəb nə olur?

Bir media qurumu olaraq tərəfimizdən apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu ilin may ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə rəis təyin olunan Anar Qədiməliyev həm bu təyinatından əvvəl, həm də sonra Mətanət xanımı iş otağına dəvət edir və ona onunla işləməyəcəyini bildirir. Qeyd edək ki, hal-hazırda 62 yaş həddinə çatan, ömrünün 42 ilinin ölkəmizin təhsil sahəsində çalışan, 11 ildir həmin məktəbdə direktor kimi çalışan Mətanət Qarayeva ona “İmkan verin, məzuniyyət vaxtına kimi işləyim, sonra ərizəmi yazıb işimdən azad olunum” deyir. Düzdür, əvvəl rəhbərlik təklifini qəbul edir. Bir müddət sonra hansısa səbəbdən fikirini dəyişən Anar Qədiməliyev xanım direktora qarşı təzyiqlərə başlayır.
Aqrar sahədə təhsilə sahib olan Region rəisi illər uzunu qabaqcıl təhsil işçisi adını qazanan, bu ilin aprel ayında isə, ailə vəziyyəti ilə bağlı çalışdığı işindən azad olunan ingilis dili müəllimi Nərmin Miradil qızı Mircəfərovanın Dubayda olduğu halda onun adının işdə olması faktını ortaya ataraq Mətanət xanıma qarşı təhdidə başlayır. Bu zaman ortaya maraqlı bir sual çıxır və hansı ki, bu sual da hal-hazırda hər kəsi düşündürməkdədir. Görəsən səbəb nə olur ki, 01 aprel 2022-ci il tarixdə işindən azad olunan Nərmin xanımla bağlı məsələ, iki ay sonra ölkə gündəmini zəbt edən mövzulardan birinə çevrilir.

Mətanət Qarayeva bununla bağlı qeyd edir: “Adı hallanan ingilis dili müəlliməsi Nərmin Mircəfərovaya cəmi 3,5 saat evdə təhsil dərs saatı verilmiş və o, qış tətili zamanı Dubayda getmiş, orada koronavirusa yoluxmuş və təkrar ölkəmizə qayıdaraq müalicə olunmuşdur”. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, məktəb direktoru baş verənlərdən daha sonra xəbərdar olmuş və o, məsələ haqda lazımi məlumatları tam dəqiqləşdirdikdən sonra Nərmin Mircəfərovanı öz xahişi ilə işindən azad etmişdir. Məsələnin daha maraqlı tərəfi odur ki, evdə təhsil dərs saatlarına nəzarət məktəbin rus bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə İmamverdiyevaya əmrlə həvalə olunsa da, hansısa səbəbdən media qurumlarında azərbaycan bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın adı hallandı. Bu da çox maraqlı nüansların varlığından xəbər verir. Odur ki, media qurumlarında direktor müavini Tahirə Həsənova ilə bağlı yayımlanan açıqlama, əslində dezinformasiya hesab olunmalıdır. Çünki, bu məsələdə həqiqət reallığı tam şəkildə ortaya qoyur. Belə olan halda ortaya başqa bir sual da çıxır ki, nəyə görə Tahirə Həsənovanın da adı gündəm oldu? Yaxud da, belə bir dezinformasiyanı mediaya kim sızdırıb? Sözsüz ki, bu cür saxta informasiyaların mediaya ötürülməsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi əməkdaşlarının “işarəverən barmaqları”nın müstəsna rol oynamasını da ehtimal etmək olar.

Onu da qeyd edək ki, Tahirə Həsənova da ötən illərini, ömür-gününü Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə səfərbər edən, gənc nəslin təlim-tərbiyəsi yolunda yorulmadan çalışan, təkcə özü deyil, eyni zamanda onun həyat yoldaşının nüfuzlu ziyalı adına sahib olduğunu da dilə gətirmək yerinə düşər. Unutmaq olmaz ki, Tahirə xanımın həyat yoldaşı İlham Həsənov “Əməkdar müəllim” fəxri adına layiq görülən, şair təbiətli, bir neçə kitab müəllifi, hətta veteran təhsil içşisi adına sahib olan nüfuzlu Azərbaycan ziyalısıdır. Bəli, onun Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevlə bağlı dedikləri tənqidi fikirlər bu gün Tahirə Həsənovanın adının mediada hallanmasına səbəb olmuşdur.

Anar Qədiməliyevin xaricdə təhsil aldığı barədə məlumatlar yayılsa da, apardığımız araşdırmalardan bəlli olur ki, bu, heç də belə deyil. İddia olunur ki, Anar Qədiməliyev xaricdə təhsil almayıb, SOROS-un maliyyələşdirliyi kursun iştirakçısı olub.

Xatırladaq ki, möhtərəm Prezident 02 fevral 2022-ci il tarixdə gənclər ilə keçirilən görüşdə bildirdi ki, “SOROS” Azərbaycanın böyük bir bəlasıdır, bu təşkilatın nümayəndələri gəncləri yoldan çıxarırlar. Onsuz da xaricdən bizim ölkəmizə çoxsaylı təzyiqlər olur, bu təzyiqlərin çox hissəsini “SOROS” yaradır, gəncləri yoldan çıxardıb xaricə işləməsinə yönəldir”. Bəli, bu təşkilat Azərbaycan üçün arzu olunmayan bir təşkilatdır. Yəqin ki, həmin təşkilat Anar Qədiməliyev kimlərin vasitəsilə təhsilimizi belə bir yolla məhv edir.

Bəli, vaxtilə həqiqi hərbi xidmətdən yayınaraq “neqodnı “adını alan, 20 iyul 2020-ci il tarixdə isə Gəncə Şəhər Təhsil İdarəsinə rəis təyin olunan Anar Qədiməliyev ixtisasca iqtisadçıdır və o, bir gün belə hansısa təhsil ocağında müəllim kimi çalışmayıb. Yəni, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin pedaqoji sahədən heç bir məlumatı yoxdur. Belə bir səbəbdəndir ki, təyinatının ilk günlərindən başlayaraq onun adı daim qalmaqallarda hallanır və Gəncənin təhsil sahəsində çalışan ziyalılar onu heç cür həzm edə bilmirlər.

O halda sual oluna bilər ki, görəsən Gəncə şəhərinin təhsil sahəsində çalışan və lazımi idarəçilik bacarığı olan müəllimlərdən layiqli, peşəkar şəxs tapılmadı ki, ölkəmizin ikinci böyük şəhərinin təhsil sahəsinə belə bir qeyri-peşəkar, pedaqoji təhsili olmayan, təcrübəsiz bir adamı təyin etdilər? Bütün bunların nəticəsidir ki, hal-hazırda Gəncə şəhərinin təhsil sistemində dözülməz vəziyyət yaşanmaqda davam edir. Bir məqama da diqqət yetirək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) məzunu olan Anar Qədiməliyev Mətanət xanıma qarşı təzyiqlərə başlayarkən onun uzunmüddətli müəllimlik fəaliyyətinə, şəxsi nüfuzuna önəm verməyib.
P.S. Gəncə şəhəri İsmət Qayıbov adına 1nömrəli orta məktəbdə olarkən şahidi oldum ki, Nərmin Miradil qızı Mircəfərovanın adına yalnız ev dərsləri jurnalında dərs keçməsi faktı var. O, Azərbaycan və rus bölməsi üzrə heç bir dərs yükü almamışdır. Qeyd edim ki, bu faktı direktor müavinləri də təsdiqlədilər. //araz.az//
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR