İbrahim müəllim əməlli-başlı BAZAR AÇIB... - Rektora ağır İTTİHAMLAR...
Gundem / Sosial
Oxunub: 586
17 in 2022 | 13:01
İbrahim müəllim əməlli-başlı BAZAR AÇIB... - Rektora ağır İTTİHAMLAR...


"Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir". Bu barədə DİA.Az-a göndərilən məqalədə deyilir. Onu da qeyd edək ki, məqalə müəllifi bir sıra ağır ittihamlar da səsləndirib ki, həmin iddiaları sübutlamaq üçün hüquq-mühafizə orqanlarının imkanları gərəkir. Bu səbəbdən məqaləni bəzi ixtisarlarla təqdim edirik.

YAZININ ƏVVƏLİ BURADA:

ADAU şefinin VƏZİFƏ HƏRRACI... - İLGİNC İDDİALAR...

DİA.AZ-a göndərilən yazının davamında daha sonra müəllif qeyd edir: "Hazırda auksionda olan kafedra müdiri vəzifələrinə seçkinin keçirilməsi “Texniki mexanika və qrafika" kafedrasında və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında olacaqdır.

Namizədlərə diqqət yetirin- Camaləddin Məmmədov, Şahlar Babayev və Sədi İsmayılov “Texniki mexanika və qrafika" kafedrasında; Mirzəliyev Vaqif, Saləddin Hüseynov və Ayaz Həsənov “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında olan namizədlərdir. Əgər auksiona qoyulmasa idi, rektor bunlara konkret tapşırıq verərdi ki, bir nəfər qalsın, digəriləri işini geri götürsün. (Hansı ki, bir müddət əvvəl Maşın mühəndisliyi və standartlaşdırma kafedrasında professor Abbasov Ziyada təkid edərək işini geri götürtdü, çünki, orada tək Nazim İsmayılovdan pul ala bilmişdir).

Alternativ namizələr çoxaldıqca auksiondakı qiymətlər də bir qədər yüksək olur (bir qədər öncə professorun əvəzinə davranışı ilə Universitetə yad olan Aydın İsayevdən 20 min manat rüşvət almışdır) Bu namizədlər içərisində deyilənə görə hazırda professor Camaləddin Məmmədovdan 5 min manat, dosent Ayaz Həsənovdan isə 15 min manat alınmışdır. Ona görə də, bunlar bir çox yerdə özlərini indidən kafedra müdiri kimi aparırlar. Camaləddin Məmmədov uzun müddət dekan müavini və dekan vəzifəsində işləmişdir, rüşvət almaqda təcrübəsi böyükdür. Dekanlıqdan çıxandan sonra kafedra əməkdaşlarını elmli, aqrar sahədə patentləri ilə tanınan, ömrünü elmə həsr edən texnika elmləri doktoru Şahlar Babayevə qarşı qaldıraraq kafedrada sağlam əhval ruhiyyəni poza bilmişdir. Sədi İsmayılov isə səmimi, vicdanlı, təmiz və kasıb müəllimlərdən biridir.

Burada rektor İbrahim Cəfərova ancaq kim pul verir, o maraqlı olur. “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında isə Ayaz Həsənov bir qrup müəllimləri arxayın salaraq deyir ki, mən artıq rektorla işimi həll etmişəm. Mən kafedra nüdiri olacağam. Hansı ki, bu Ayaz Həsənov 5 il öncə saxta kurs işlərini tələbələrə satdığına və kafedrada dərsləri rüşvətlə böldüyünə görə vəzifədən qovulmuşdur. İndi də mən pulumu vermişəm deyib yenidən kafedra müdiri olmaq istəyir.

Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Universitetdə hər bir vəzifə satılır. Rektor öz bildiyini edir, yəni istədiyini təhqir edir, istədiyini aşağılayır və istədiyini satır. Artıq buna dur deməyin vaxtıdır. Demək olar ki, tədris deyilən struktur işləmir. Bəs harda qaldı Təhsil haqqında qanun, harda qaldı ədalət? Bu özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin rəhbərliyi bunlardan nə zaman nəticə çıxaracaq, nə zaman professor-müəllim kollektivinin canı qurtaracaq. Hansı valideyin istəyər ki, övladı burada gəlib mütəxəssis yox, şikəst olsun. Bu savadsız, təcrübəsiz və kobud xarakterə malik rəhbərliklə hansı tələbəni bu Universitetə cəlb etmək olar".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı