“Qaçqınkom”un sədri Rövşən Rizayev HESABAT verməlidir….
Gundem / Sosial
Oxunub: 404
9 in 2022 | 21:18
“Qaçqınkom”un sədri Rövşən Rizayev HESABAT verməlidir….


Komitə sədrinin atasının əsir, yaxud girov olması bizim üçün müzakirə mövzusu deyil…

Əsas məsələ qurumda olan dəhşətli korrupsiya hallarıdır…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rizayevlə bağlı media üzərindən apardığımız araşadırma zamanı bir neçə xəbər başlığına rast gəldik:
“Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rizayev…”
Biz Gündəlik-Bakı olaraq kimisə belə məsələlərdə ittiham etmirik.
Axı, heç kimin atasının, anasının, yaxud hansısa doğmasının əsir, yaxud girov götürüləcəyi ilə bağlı təminatı, sığortası yoxdur. Müharibə gedən ölkədə heç kim bundan sığortalanmayıb.
O cümlədən də cənab komitə sədri Rövşən Rizayev.
Ona görə də biz Rövşən Rizayevə qarşı belə ucuz arqumentlərdən istifadə etmirik.
Görünür kimlərsə, Rövşən Rizayevə görə, saytlarda yazır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi yaxın zamanda ləğv olunur.
Bu məsələyə də aydınlıq gətirmək istəyirik.
Rövşən Rizayevlər vəzifəyə gələr, gedər, amma onu bilin ki, adına Qaşqınkom dediyimiz qurumun fəaliyyəti hələ on illər boyu davam edəcək.
Kimlərsə düşünür ki, rayonlarımız işğaldan azad olundu və qaçqın problemi bitdi. Əsla, belə deyil.
Bu problem hələ uzun illər, on illiklər boyu davam edəcək.
Kiminsə komitə sədri Rövşən Rizayevin fəaliyyətindən narazılığı ola bilər, amma bu əsas məsələdən fikri yayındırmamalıdır.
Belə ki, biz bir media olaraq komitə sədri Rövşən Rizayevin dövlət qarşısındakı məsuliyyətini ona xatırlatmalıyıq. Və ondan hesabat tələb etməliyik.
Biz Gündəlik-Bakı olaraq dəfələrlə yazmışıq ki, hörmətli komitə sədri sənin tərcümeyi-halında ciddi səhvlər, hətta qaranlıq məqamlar var. Buna xahiş edirik aydınlıq gətir.
Belə ki, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən adam 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə necə işləyə bilərdi..?
Axı, Ədliyyə Nazirliyi kolxoz-zad deyildi ee…burada peşəkar insanlar işləyirdi.
Qoy Rövşən Rizayev bizim bu sualımıza cavab versin.
Axı, 1982-ci ildə Rövşən Rizayev heç tələbə də deyildi.
Deməli, lazım olan qüvvələr bu adamı lazımi yerə hazırlayırmış.
Sonra keçək başqa bir məsələyə.
Bakıda doğulan, ömründə Xanlar və Daşkəsən rayonlarında olmayan Rövşən Rizayev necə oldu ki, 2004-cü ildə 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildi və uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işlədi.
Bu adamı Xanlar və Daşkəsəndə tanıyan var idi..?
Sonra Allah qoymasa Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.
Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır.
Görəsən, Rövşən Rizayev o boyda tribunalardan bircə dəfə ermənilərin əleyhinə nəsə deyibmi..?
Deyibsə, buyursun ortaya fakt qoysun.
Biz əbəs yerə demədik ki, Rövşən Rizayevin nəinki keçmişi, hətta komitə sədri olandan sonrakı addımları da ciddi şübhələr doğurur.
Bəli, Rövşən Rizayev komitə sədri olduğu müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünləri dövlətdən narazı salıb.
Rövşən Rizayev xeyli sayda qaçqının adicə çörək pullarını, kommunal xərclərini kəsməklə deyəsən, sağ ol, qazanmaq istəyir. Və minlərlə ailəni talehin ümidinə buraxır.
Rövşən Rizayevdən soruşan lazımdır ki, müavinətlərini kəsdiyin minlərlə qaçqının siyahısını niyə Maliyyə Nazirliyinə vermirsən?
Və bu yolla milyonları mənimsəyirsiniz.
Bəli, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Rövşən Rizayev Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.
Yəni artıq 5-ci ildir ki, Rövşən Rizayev komitə sədridir.
Deyilənə görə, Rövşən Rizayev məcburi köçkünlər üçün inşa edilən binalardan, şəhərciklərdən 100 milyonlar mənimsəyib. Bunu biz demirik ee, mediada qaçqınlar deyirlər.
Bəli, bunu açıq demək lazımdır.
Amma qaçqınların çörək pulunu kəsmək üçün hər yola əl atır.
Guya hansısa qaçqının evi var, daxması var. Buna görə, Rizayevin məntiqi ilə müavinət düşə bilməz.
Guya BDU-nun hüquq fakültəsini bitirən, amma hüquq elmindən dadmayan Rövşən Rizayevə başa salan lazımdır ki, qaçqın və məcburi köçkün beynəlxalq statusdur.
Görəsən qaçqınların çörək pulunu kəsən Rövşən Rizayev komitə sədri olan kimi niyə özünə “yağın içində” BMV aldı..?
Qaçhaqaç idi..?
Görəsən komitə sədri Rövşən Rizayev “yoxsulluq və işsizlik 5 faizə düşüb, xalqımız xoşbəxtdir” kimi pafoslu sözləri deyəndə utanmır..?
Görəsən, komitə sədri Rövşən Rizayev Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin əməllərindən xəbəri yoxdur..?
Bax, bizi bu suallar maraqlandırır.
Atasının, yaxud nənəsinin kimliyi bizim üçün maraqlı deyil.
Buyur, cənab Rövşən Rizayev suallarımıza cavab ver.
P.S. Deyirlər Qaçqınkomda bir Mahir var, "bir yerləri qapı arxasında qalanda" tanıdığımız adamlardan birinə yalan danışıb, amma biz tərəflərdə yalan danışana deyirlər ki, bu heç kişi deyil.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür