FHN şefinin imperiyası KƏRPİC-KƏRPİC YIXILIR... - İLGİNC GƏLİŞMƏ
Gundem / Sosial / Maraqli
Oxunub: 561
20 may 2022 | 19:49
FHN şefinin imperiyası KƏRPİC-KƏRPİC YIXILIR... - İLGİNC GƏLİŞMƏ


Etibarlı mənbələrdən aldığımız məlumata görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun artıq “topdağıtmaz imperiyası” dağılmaq üzrədir. Aktualxeber.az-a daxil olan məlumata görə, K.Heydərov canını həbsdən qurtarmaq üçün bütün ətrafına yığdığı yaxınlarını bir-bir qurban verir. Artıq sözügedən nazirliyin bir neçə generalının işdən qovulmasına start verilib. Yola salınan “böyük ulduz”luların başında nazir müavini, general-leytenant Faiq Tağızadə durur. 1951-ci il təvəllüdlü general-leytenant pensiyaya “göndərilir”. Əslində onun hələ keçən ildən işdən çıxarılması gözlənilirdi. Çünki Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən il həbs etdiyi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu generalın bacısı oğludur.
İstintaq müəyyən etmişdi ki, “bacıoğlu” qeyri-rəsmi olaraq köməkçiləri ilə qabaqcadan əlbir olub rüşvət müqabilində koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdiriblər. Modul tipli hospitalın tikintisinə ayrılmış 28 milyon vəsaitin 20 milyonu Faiq Tağızadənin iştirakı ilə öz aralarında mənimsənilsə də, generalın “yuxarı”larla qohumluq əlaqəsi onu həbsdən qoruyub. Ağayev İmranın həbsi çəmiyyətdə “soyuq duş” effekti yaratdı və “fövqəlnazir”in onsuz da laxlayan kreslosunu möhkəm silkələdi. Əldə etdiyimiz məlumata görə, nazirliyin bütün strukturlarında Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılır. Yoxlamanın ilkin nəticəsi olaraq nazirliyin Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi general Nağı Nağıyevin işdən çıxarılıb həbs edildiyi deyilir. Kəmaləddin Heydərovun sinif yoldaşı olan N. Nağıyevin həbsi nazirliyi silkələyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da Hesablama Palatasının komissiyası yoxlama aparır. Məlumata görə, yoxlama sözü gedən Akademiyada böyük yeyintinin olduğunu üzə çıxarıb. Bu yoxlamalardan biri bu günlərdə Dövlət Yanğindan Mühafizə Xidmətində keçirlib. Yoxlama nəticəsində Xidmətin maliyyə idarəsinin rəisi daxili xidmət polkovniki Elvin Mehdiyevin yüksək məbləğdə “əyər-əskiyi” çıxıb. Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyeyevin nəvəsi olan E.Mehdiyevin başı dərddədir. Ümumiyyətlə, deyilənən görə, Elvin Mehdiyevin şöbədə «gestapo» rejimi yaradıb. İşçilərlə kobud rəftar edən E.Mehdiyevdən kollektivin zəhləsi gedir. Xüsusən daxili tədqiqatın ortalığa çıxardığı yeyintilədən sonra yaralı canavara dönən E.Mehdiyev həbs olunmaqdan qorxur. Hətta deyilənə görə, Fövqəladə hallar nazirinin müavini olan əmisi onun üstündən əlini çəkib. Çünki nazir Kəmaləddin Heydərovun “sağ əli” Teymur Mehdiyevin də başı dərddədir.

FHN-lə bağlı əldə etdiyimi digər maraqlı xəbər nazirliyin katibliyinin rəisi Firidun Məmmədovun işdən çıxarılmasıdır. Kəmalədiin Heydərovun bibisi oğlu Firidun Məmmədovu işdən çıxarması onun özünün də vəziyyətinin ağır olmasından xəbər verir. Çünki nazirin köməkçisi Alim F.Məmmədovun oğludur. Firidunun digər oğlu Həmdulla Məmmədov isə Kəmaləddin Heydərovun “qara kassası”na nəzarət edir. Sonda şok bir xəbəri də oxucularımızın nəzərinə çatdırmaq istəyirik. Bu yoxlamalar onu göstərir ki, artıq Kəmaləddin Heydərovun “qələmi qırılıb”. Onun yerinə təyin ediləcək şəxsin adı da məlumdur. Bu, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi general Ceyhun Həsənovdur.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"