Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO
Gundem / Sosial / Video
Oxunub: 818
19 may 2022 | 12:25
Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO


"DogruXeber.az" informasiya portalında, eləcə də digər sosial media və sosial şəbəkələrdə hər gün Azərbaycan səhiyyəsi və Azərbaycan təhsilinin necə bərbad, artıq xalq üçün tamamilə yararsız vəziyyətdə olduğundan danışılır. Hansı ki, hər iki sahə xalq üçün, ümumiyyətlə insan yaşamı üçün ən vacib və lazımlıdır. Amma, xalqa lazım olan səhiyyənin, yaxud təhsilin sadəcə var olması deyil, heçolmasa işə yarar dərəcədə olması lazımdır. Nə yazıq ki, ölkəmizdə hər iki sahənin keyfiyyət dərəcəsi nəinki 0-a bərabər, hətta ondan da ötəsi, mənfi rəqəmlərlə ölçüləcək qədər acınacaqlı vəziyyətdədir. Amma, gəl ki, elə rüşvət və özbaşınalıqların tüğyan etdiyi, xalqın pulunu yeyib, özünü əzəcək qədər sözün əsl mənasında "qudurğanlıq" da elə bu sahələrdədir.

Dövlət büdcəsindən bu sahələrə milyonlarla pul ayrılır, yetmirmiş kimi "həftə səkkiz, mən doqquz" "qohum-əqrəba", "dost-tanışla" tender müqavilələri imzalanır (Dövlət Satınalma Portalı"nda ətraflı məlumat bölməsi boş saxlanılaraq). Bütün bunlara baxmayaraq, cürbəcür bəhanələrlə "xalqı soymaq peşəsi"ndən də əl çəkmirlər. Sanki, milləti soymağın "maya"si varmış kimi, bir də utanmadan ölkədə qiymətlər qalxdıqca, xalqdan aldıqları rüşvətin də məbləğini artırırlar. Bu yığdıqları pulun qarşılığında, bari göstərdikləri xidmət işə yarasa adamı bu qədər yandırmaz bəlkə də...

Təəssüf ki, o da işə yaramır.

Müəllim, direktor valideynlərdən gündə bir adla hər dəfə müxtəlif məbləğlərdə pul yığırlar. Amma, gəlin görək verdiyimiz pul övladlarımızın aldığı təhsilə dəyirmi?

Maraqlıdır ki, şagirdlərdən, valideynlərdən pul yığmaqla onsuzda qanunu pozan müəllimlərin, məktəb direktorlarının adamın üstünə çəmkirməyə dilləri də uzundur.

Əslində, buna görə onları qınamaq da olmur. Çünki, onlar da tutduqları vəzifəni elə rüşvət qarşılığında "qazanıblar". Vəzifəyə gəlmək üçün özlərindən "yuxarı" verdikləri pulu, valideynlərdən çıxarmağa çalışırlar. Daha doğrusu onlarınkı çalışmaqdan keçib, elə valideynlərdən yığırlar demək daha doğru olar.
Bu barədə yazmaqla nə sözlər, nə də yararsız məmurların xalqa yaşatdıqları zülümlər bitəcək kimi görünmür...

Baxın!

Bakı şəhərində - Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı tam orta məktəbdə təhsil alan üçüncü sinif şagirdi Əzizli Əlinin babası həmin məktəbin qarşısında təkbaşına etiraz aksiyası keçirib. Vətəndaş bildirir ki, "Hər gün bir adla məktəbdə pul yığılır. Valideynlər bu qədər pulu çatdırıb verə bilmirlər. Gəlinim məbləğin hamısını verə bilmədiyi üçün onu şagirdlərin və valideynlərin içində sinəsindən itələyib, təhqir ediblər ki, "Bu nə puldur mənə verirsən?! Səni beş qəpiyə alaram, 5 qəpiyə də sataram". Xədicə İmaməliyeva çıxsın mənə cavab versin görüm bu nə deməkdir?

Hansı ixtiyarla valideyini təhqir edir?

Bu pullar niyə yığılır, hara gedir?

Hələ üstəlik gəlinimi hədələyirlər ki, "Pul verməsən, uşağını məktəbdən qovacağıq""



Bəli, övladının məktəbdə müəllimlər tərəfindən incidilib, alçaldılacağından qorxub, valideyinlərin şikayətçi olmayacağından adı qədər əmin olan məktəb direktorları, valideynlərdən zorla alınan pulları "könüllü" kimi qəbul edib, buna sadəcə gülümsəyərək keçən Təhsil Nazirinə güvənərək bu cür özbaşınalıqlar edirlər.

Məktəblərə adını "müsabiqə" qoyub, rüşvət yolu ilə təyin edilən direktor və müəllimdən bundan artığını gözləmək olmaz zatən.

Atalar yaxşı deyib: "Ağası Gülüm olanın, başına külüm olar"...

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...