Masallı Regional Meşə Təsərrüfatı İdarəsi kimlərin nəzarətindədir? - Meşə "mütəxəssisləri" meşələri talayır
Gundem / Bolge / Maraqli
Oxunub: 640
27 apr 2022 | 21:18
Masallı Regional Meşə Təsərrüfatı İdarəsi kimlərin nəzarətindədir? - Meşə "mütəxəssisləri" meşələri talayır


Masallı Regional Meşə Təsərrüfatı İdarəsində çalışan bəzi əməkdaşlar 30 ildən çoxdur ki, Masallı - Yardımlı və Cəlilabad meşələrinin qəniminə çevriliblər. Meşəçilik sahəsində ixtisası olmayanlar uzun müddət meşə sahələrinin qorunmasına nəzarət ediblər. Meşələrdə narkotik bitkilərin əkilib - becərdilməsi, ağac emalı sexlərinin fəaliyyət göstərməsi, mebel hissələri, fonerka və parket istehsalından ötrü qiymətli cavan ağacların kütləvi şəkildə doğranıb baha qiymətlərə satılması barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar və video materiallar yayımlanıb. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və digər aidiyyatı qurumlar dövlətdən əmək haqqı alan meşə işçiləri barəsində müvafiq hüquqi tədbirləri həyata keçirtməmişlər. Masallı rayon Meşə Təsərrüfatı İdarəsinin keçmiş rəisləri - Siyasət Qarayevin və Ağaqardaş Qaraşovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində işlədikləri müddətdə Masallı Regional Meşə Təsərrüfatı İdarəsi "qızıl" dövrünü yaşayıb. Meşələrin dərinliyində narkotik plantasiyalar salınıb. Namiq Xıdırov da həmin vəzifədə işləyərkən onların qoyduğu ənənəni davam etdirib. Oğurluq və rüşvət piramidası cinayətkar bir şəbəkənin Masallı- Yardımlı və Cəlilabad meşələrinə nəzarət etməsinə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirləri isə meşə işçilərindən alınan haqq - hesaba görə törədilən ekoloji cinayətlərə ğöz yumublar. Xüsusilə, Hüseynqulu Bağırovun Nazir vəzifəsində işlədiyi dövrdə cənub meşələrində bəzi ağacların nəsli kəsilib. İdarənin keçmiş işçilərindən biri danışıb ki, "işdən çıxsalar da meşənin sirrlərini açıb dağıdan adamlar müxtəlif üsullarla cəzaya məruz qalırlar". Meşəçilik sahəsində təhsili olmayan, Ağaqardaş Qaraşovun qudası, Masallı rayon Şıxlar kənd sakini Adil Quliyev uzun müddət meşə mühəndisi vəzifəsində çalışaraq meşələrdən yığılan gəlirlərin bölünməsinə və kadrların işə götürülməsinə nəzarət edib. Hal - hazırda onun mebel biznesiylə məşğul olan oğlu Sadiq Quliyev atasının vəzifəsinə yiyələnib. Sadiq Quliyev də meşəçilik ixtisasına malik deyil.
İdarənin əməkdaşlarının birindən öyrəndik ki, əslən Yardımlı rayonundan olan Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin yeni direktoru Əlizamin Talıbov da Ağaqardaş Qaraşovun zəmanəti ilə həmin vəzifəyə təyin olunub. İdarədə kök salmış tanışlıq və qohumluq ənənəsi davam edir. 2018 - ci ildə 8 aya yaxın müddətdə Masallı Meşə Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmış, hal - hazırda Yardımlı rayon İHB- nın Şıxlar inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Füzuli Bağışovun meşə brokenyerləri ilə işbirliyində olması barədə məlumatlar vardır. Həmin söz - söhbətlər sırasında bildirilir ki,idarədə mühəndis vəzifəsində işləyən Abturab Bağırov, sahə rəisi Tariyel Məlikov və Masallı meşələrinin "qara kassasına" nəzarət edən Emin Əhədov meşələrdə doğrantıların kütləvi hal almasında idarənin keçmiş rəislərinin, hal- hazırda isə Əlizamin Talıbovun göstərişlərini bilavasitə icra edirlər. İdarədə arxayınçılıq o həddə çatıb ki, kadrların işə götürülməsi və təyinatları xüsusi şəxslərin təqdimatlarından sonra icra olunur. Vakant ştatlar haqqında Məşğulluq Mərkəzinə bildiriş göndərilmir. Məhz Meşlərin İnkişafı Xidmətinin rəhbərliyindən gələn arxayınlığın və özbaşınalığın nəticəsidir ki, Qarabağ müharibəsi əlili, ali təhsilli meşə təsərrüfatı mütəxəssisi, 2018-ci ilin oktyabrında qanunsuz olaraq ixtisara salınmış Namiq Atakişiyevin hüquqları 4 ilə yaxındır ki, bərpa olunmur. Maraqlıdır ki, Masallı rayon İcra Hakimiyyətinin, prokurorluq və polis orqanlarının rəhbərlikləri də Regional Meşə Təsərrüfatı İdarəsindəki qanunsuz hərəkətlər barədə edilən müraciət və şikayətlərə biganə münasibət göstərirlər.
Əlizamin Talıbovun xeyir- duası ilə son vaxtlar Yardımlı meşələrində ağacların qırğını başlayıb.
Yardımlının 4 saylı meşəbəyiliyinin 13 - cü dolayında çəkilən video materialdan görünür ki, meşələrdə ağacların kütləvi şəkildə qırılıb satılmasından ötrü meşə "mütəxəssisləri" nin istifadəsində bütün vasitələr vardır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktoru Xalıqverdi Hüseynovu Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin "mütəxəssisləri" Ağaqardaş Qaraşovun zəmanəti ilə yaxşı tanıyırlar. Talançılıq, oğurluq, rüşvət və ələbaxımlılıq ənənələri davam edir.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Rafiq Şahbazov
gundelik baki.com
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"