Vüsal Kərimli bu yolla BÜDCƏNİ TALAYIB... - deputat AÇIQLAYIR...
Gundem / Sosial / Maraqli
Oxunub: 478
25 apr 2022 | 17:23
Vüsal Kərimli bu yolla BÜDCƏNİ TALAYIB... - deputat AÇIQLAYIR...


Xəbər verdiyimiz kimi, Hesablama Palatası tərəfindən Bakı Nəqliyyat Agentliyində ciddi qanun pozuntusu aşkarlanıb. Qurumun fəaliyyətinin qənaətbəxş olmadığını hər zaman Milli Məclisin iclaslarında dilə gətirən millət vəkili Rüfət Quliyevin Axar.az-a müsahibəsini təqdim edirik:

- BNA ilə bağlı dəfələrlə Milli Məclisdə müraciətlər etdiniz. Bəs bundan əvvəl qurumun rəhbərliyinə iradlarınızı bildirmişdiniz?

- BNA-nın fəaliyyəti ilə əlaqədar 1 il 9 ay bundan öncə müraciətim oldu. Lakin bundan əvvəl quruma öz suallarımı vermişdim. Təxminən 12 sualdan ibarət xüsusi deputat sorğusu göndərdim. 1 ay sonra mənə gələn cavab isə ordan-burdan götürülmüş cümlələr idi. Guya hansısa qanunlara istinad olunurdu.

- Müraciətinizdə hansı məsələlərə yer vermişdiniz?

- Quruma bildirmişdim ki, dayanma-durmaya görə cərimələməzdən əvvəl maşınların parklanması üçün xüsusi yerlər yaratmalısınız. Şəhərin mərkəzi və kənarında avtodayanacaqlar yaradılmalı, qiymətində fərq qoyulmalıdır. Kənar ərazilərdə qiymət 2-3 dəfə aşağı olmalıdır. İnsanlar aptekə, dükana girib 5 dəqiqəlik yubananda BNA cərimə edirdi. Bu, doğru deyildi. Quruma bu barədə iradlarımı bildirmişdim. BNA rəhbərliyinə bir neçə dəfə müraciətlərim oldu. Əfsus ki, heç birinə əməl olunmadı.

- Vətəndaşlardan sizə BNA ilə bağlı hansı şikayətlər gəlir?

- Sosial şəbəkələrdə bu qurumla bağlı on minlərlə şikayət gəlirdi. Əsas şikayətlər cərimələrlə bağlı idi. Prospektlərdə tikilən ofis və binaların qabağında park yerləri düzəlmişdi. Orda da maşın saxlayanda, cərimə edirdilər. Halbuki onların tıxaca aidiyyəti yox idi. Bütün bunlar insanların qəzəb və narazılığına gətirib çıxarırdı. Avtobuslarla əlaqədar da çox şikayətlər var idi. Xüsusən pandemiya zamanı iş normal qurulmamışdı. İnsanlar əziyyət çəkirdilər. Aldığım məlumata görə, hər 4 avtobusdan 1-i xəttə çıxa bilmirdi, nasaz idi. Burada sual ortaya çıxır: necə olur ki, dövlət bu quruma büdcədən külli miqdarda vəsait ayırır, amma bu məsələlər həll olunmur? Bu qurum nə üçün yaradılmışdı? Cənab Prezident tapşırıqlar vermişdi, bunlar hansı formada həyata keçirilir? Bu qurum nəqliyyatı tənzimləyən, sərnişinlərə kömək göstərən qurumdursa, niyə bu qədər narazılıq var? Bütün dövlət qurumlarını bir araya yığsaq, ən çox narazılıq olan qurum BNA-dır. Bu, sosial şəbəkələrdə, jurnalistlərin, deputatların, ekspertlərin açıqlamalarında da aşkar şəkildə görünür.

- Yasamal rayonu Bəsti Bağırova küçəsindəki avtodayanacaq barəsindəki şikayətiniz geniş müzakirə olundu.

- Bəli, Bəsti Bağırova küçəsində pilot layihə keçirilirdi. Həmin küçədəki kafeyə tez-tez gedirdim. Əvvəllər həmin ərazidə 35 maşın üçün dayanacaq var idi. Pilot layihəsi həyata keçiriləndə cəmi 11 maşın üçün yer düzəltdilər. 35 hara, 11 hara? Bununla bağlı media qurumlarına müraciət etdim, televiziya kanallarını çəkiliş üçün dəvət etdim. Bu barədə digər millət vəkilləri də öz etirazlarını bildirmişdilər. Məsələ həll olunmurdu. Biz artıq yorulduq. Komitə iclaslarında BNA-dan iş planı, nəzərdə tutulan layihələr barədə məlumat istədim. Bu çıxışımdan sonra məni ARB-24-ə dəvət etdilər. Orda da konkret faktlarla iradlarımı bildirdim. BNA rəhbəri Vüsal Kərimli də orada idi. Hər halda mənim iradlarımı eşitdi.

- Bəs Hesablama Palatasına hansısa müraicətiniz olub?

- ARB-24-ə dəvət olunduğum zaman Hesablama Palatasının sədri Vüqar Gülməmmədova üzümü tutdum, dedim ki, mən bilmək istəyirəm, BNA funksional nəqliyyatın tənzimi ilə məşğul olan qurumdur, yoxsa fiskal qurumdur? Bu, büdcəyə pul yığan qurumdur? Çünki aldığım məlumata görə, hər gün 10 min insan 20 manat cərimələnir. Bu, 1 günə 200 min, aya isə 6 milyon manat pul edir. Sonra qurumun özündən mənə məxfi zənglər olundu. Xəbər verdilər ki, elə günlər olur, hətta bir günə 10 min yox, 100 min sürücü cərimə edilir. Yəni BNA-nın “kənar qazancı” kifayət qədər böyük idi.

- Qurum Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə veriləndə ən çox sevinənlərdən biri siz idiniz.

- Cənab Prezident BNA-nı Bakı meriyasının tabeliyinə, səlahiyyətlərinin bir hissəsini isə DİN-ə verəndə ilk təşəkkür edən deputat idim. İnanıram ki, bu sadaladığım problemlərin öhdəsindən BŞİH və DİN gələcək.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...