AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR? - İNCƏLƏMƏ...
Gundem / Sosial
Oxunub: 314
23 apr 2022 | 17:25
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR? - İNCƏLƏMƏ...


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, AZAL-da yoxlamalara başlanılıb:

“Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.

Qeyd edək ki, AZAL-ın fəaliyyəti dəfələrlə tənqid olunsa da, bu istiqamətdə elə bir irəliləyişə nail olunmayıb. Hətta ölkə başçısı öz çıxışında QSC-nin fəaliyyətini tənqid edərək bildirmişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb:

“Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.

Qeyd edək ki, hələ ötən ilin sonunda “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdi. İclasda aviaşirkətin cari fəaliyyəti və aktual məsələlər, həmçinin dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər müzakirə olunmuşdu.

AZAL Müşahidə Şurasına bir sıra səlahiyyətlər verilib ki, onların sırasında Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək də yer alıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında ölkədaxili biletlərin qiymətində sabitlik hökm sürüb.

Belə ki, bir gedişin qiyməti 53.67 manat təşkil edib. Xarici səfərlərlə bağlı hər gedişin qiyməti isə 1,3 faiz bahalaşmaqla 724.27 manata yüksəlib. Ümuimlikdə isə nəqliyyatda sərnişindaşıma qiymətləri indeksi, hava nəqliyyatında 2020-ci ildə əvvəlki ilə nisbətən 100,7 faiz olub. Əgər bu gün AZAL-ın fəaliyyəti ilə bağlı yoxlamalara başlanılıbsa, burada QSC-nin uğurlu nəticələrindən danışmaq çətindir.

Maraq doğuran odur ki, davamlı olaraq qurumun fəaliyyəti tənqid edilirsə, AZAL Müşahidə Şurası müzakirə etdiyi hansı məsələlərdə müsbət nəticələrə nail olub? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə bildirdi ki, əslində, AZAL-ın son audit hesabatı 2018-ci ilə aiddir:

“Yəni artıq 4-cü ildir ki, audit hesabatının tam versiyasını AZAL açıqlamır. Hələ 2018-ci ilin yekunları ilə bağlı AZAL-ın açıqladığı rəqəmlər 200 milyon manatdan artıq ziyan idi. Bu da ciddi suallar doğurmuşdu ki, yeganə inhisarçı, bilet qiymətləri həddindən artıq baha olan, hökumət tərəfindən böyük dəstək alan, təyyarələri dövlət büdcəsi hesabına alınan şirkətin niyə ziyanı olsun? O zaman bu məsələ qaldırılsa da, təəssüf ki, rəsmi, aidiyyəti qurumlar bununla bağlı heç bir açıqlama vermədilər. AZAL dəfələrlə, hətta ölkə başçısı tərəfindən də tənqid olundu. Ancaq ciddi irəliləyiş olmadı. Hazırda görünən odur ki, AZAL-la bağlı yeni yoxlamaların olması gündəmdədir. Şirkətin niyə qiymətlərin baha olduğu, rəqabətlilik mühitinin yaranmasına mane olduğu kimi, amillər yoxlamalar aparılsa, üzə çıxmalıdır. Bu üzə çıxandan sonra isə təbii ki, bununla bağlı tədbirlər görülməlidir. Yəni yeyintilər, xərclərin şişirdilməsi varsa, bununla bağlı tədbirlər görülməlidir. Nəticə etibarilə AZAL-ın de-fakto inhisarçılığına son qoyacaq addımlar atılmalıdır. Ancaq bunun dəqiq olub-olmayacağını demək çətindir. Çünki bu məsələ, dəfələrlə, hətta ölkə başsçı səviyyəsində gündəmə gəlsə də, öz həllini tapmayıb. Ümid edək ki, bu sahədə müəyyən irəliləyiş olacaq, problemlərin həlli yolunda müəyyən addımların atılmasının şahidi olacağıq”.

Ekspertin fikrincə, AZAL-ın ökənin hava nəqliyyatında “təkhakimiyyətlilyinin” aradan qaldırılmasında, əslində, ən yaxşı yol Azərbaycan hava məkanının xarici şirkətlərə açılmasıdır. Ekspert dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrini də açıqlayıb: “Belə ki, AZAL-ın məcmu zərəri 2018 ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub. 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlərdən biridir – 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb. AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya, təyyarələri də büdcə hesabına alır, ancaq ziyanla, zərərlə işləyir. Hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının əsas səbəbkarlarından biri də AZAL-dır, bazarı əlindən buraxmaq istəmir”.
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir