Vüsal Kərimlinin fəaliyyəti TƏFTİŞ OLUNSA... - BNA niyə zərərlə işləsin ki?..
Gundem / Sosial / Maraqli
Oxunub: 430
22 apr 2022 | 20:47
Vüsal Kərimlinin fəaliyyəti TƏFTİŞ OLUNSA... - BNA niyə zərərlə işləsin ki?..


“Agentliyin rəhbərliyinin fəaliyyəti onu deməyə əsas verir ki, rəhbərlik xərcləri azaltmaq barədə ümumiyyətlə düşünmür. Əksinə bu xərcləri artırmaq üçün yollar axtarırır”. Teref.az xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı nəqliyyatdaşıma şirkətlərinin qiymətlərin qaldırılması ilə bağlı etdiyi müraciəti PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar xidmət sektorunda çalışan bir çox dövlət şirkətləri ziyanla işlədiklərini bəhanə edərək qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edirlər. Onlardan biri də BNA və ictimai nəqliyyat sektorudur. Maraqlıdır ki, bu sektorda çalışan özəl şirkətlərin gündəlik xalis qazanclarının 30%-də artıq olması ilə bağlı qeyri-rəsmi məlumatlar da var və əslində bu şirkətlərin kifayət qədər mənffətlə çalışmasını bir çox mənbələr bildirirlər. Lakin buna baxmayaraq BNA-nın hesabatlarında Agentliyin zərərlə işləməsi göstərilir.

Eyni zamanda Agentliyin daxili xərclərində də israfçılıq açıq-aşkar müşahidə olunur. Hazırda BŞİH-nin nəzdinə verilən BNA-da isə islahat aparılmasının işartıları görünmür. BNA-nın zərələ işləməsini təbii hesab etmək olar və bu “zərər” əsasən nəyin hesabına formalaşır?

Mövzunu PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Əslində BNA-nın heç bir zərərlə işləmədiyini vurğulayan sosioloq PİA.az-a bildirib ki, buna görə də gedişhaqqının azaldılması ilə bağlı məsələ müzakirə oluna bilər. Gedişhaqqının qaldırılması məsələsinin müzakirə olunması isə tamamilə əsassızdır:

“Son zamanlar sərnişindaşıma şirkətlərinin guya zəzərlə işlədikləri, buna görə də gedişhaqqının qaldırılması məsələsi tamamilə əsassızdır. Bunun heç bir iqtisadi, məntiqi əsaslandırılması yoxdur. Çünki son günlər nə yanacağın qiyməti qalxıb, nə bunların vergiləri artırılıb, nə də digər xərcləri artıb.

Üstəlik son vaxtlar qənaətçil avtobuslardan istifadə olunur. Yəni avtobuslar daha iridir və əksəriyyəti sıxılmış qazla işləyir. Bu isə yanacaq xərcini 2-3 dəfə azaldır. Əslində BNA heç də zərərlə işləmir. Buna görə də gedişhaqqının azaldılması ilə bağlı məsələ müzakirə oluna bilər və bu qanunauyğundur. Gedişhaqqının qaldırılması məsələsinin müzakirə olunması isə tamamilə əsassızdır. Bunda əsas məsələ Agentlik rəbərliyinin daha çox müxtəlif xərclər adı altında mənimsəmələri genişləndirməkdir.

BNA xərcləri şişirtməklə məşğuldur. Onlar artıq lazımsız xərclər təşkil edir. Bu da nəticədə ümumi nəqliyyat sektorunda, sərnişindaşımada maya dəyərini yüksəldir. Yaxşı olar ki, ayrılmış vəsaitlərdən səmərəli istifadə olunsun. Bəzi layihələr və müqavilələr var ki, ona heç bir ehtiyac yoxdur. Məsələn məsləhət almaq üçün BNA 2 milyon manatlıq müqavilə bağlayıb. Amma bilən yoxdur ki, hansı məsləhətlər alınıb və bu məsləhətlər hesabına hansı islahatlar keçirilib, hansı sahədə xərclərin azaldılması ilə bağlı işlər görülür. Bu məsləhətləri ekspertlər 10-20 ildir mediada verirlər. Üstəlik dünya təcrübəsi də ortadadır. Dünyadakı müsbət təcrübələri görmürlər, amma 2 milyon manatı kimlərəsə verirlər ki, onlara 1-2 “məsləhət versinlər”. Əslində isə Agentliyin rəhbərliyinin fəaliyyəti onu deməyə əsas verir ki, rəhbərlik xərcləri azaltmaq barədə ümumiyyətlə düşünmür. Əksinə bu xərcləri artırmaq üçün yollar axtarırır.

Yaxşı olardı ki, BNA şəhər nəqliyyatında sxematik işləri düzgün aparsın. Əslində elə ediblər ki, avtobuslar insanların çox olan vaxtlarında yüklü gəlir. Onlar sistemi elə qurublar ki, iki avtobusla daşınan sərnişinləri, şərti 100 nəfəri, bir avtobusla daşısınlar. BNA burada da ikiqat gəlir əldə edir.

Həmçinin BNA şəhərin sərnişindaşıma sxemini elə qurub ki, bir adam şəhərin bir yerindən digər yerinə getməsi üçün 2-3 avtobus dəyişməlidir. Bu da dövriyyədə onların gəlirlərini artırır. Buna görə də BNA -nın təklifləri, şikayətləri tamamilə əsassızdır.

Mən təklif edərdim ki, mediada mütəxəssislərimiz nəqliyyatda qiymətlərin azaldılması ilə bağlı məsələ qaldırsınlar və bunu müzakirə etsinlər. Bunun əsası var. Digər heç bir məsələnin əsası yoxdur”.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO