Xaliq Məmmədovun qohumundan ÖZBAŞINALIQ - İTTİHAM VAR!
Gundem / Bolge / Maraqli
Oxunub: 371
20 apr 2022 | 17:25
Xaliq Məmmədovun qohumundan ÖZBAŞINALIQ - İTTİHAM VAR!


"İnsanlıqdan və Əmək Məcəlləsindən uzaq. Hər dəfə döyüşçü oğlunu görəndə atasına qarşı etdiyiniz qəddarlığa görə utanıb yerə girməyəcəksiniz? Nəsə heç ona da inanmıram!" Bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat paylaşıb.

Daha sonra Mirvari Qəhrəmanlı qeyd edir: "SOCAR Qaz İxrac İdarəsinin rəisi cənab Əkbər Hacıyev! Rəhbərlik etdiyiniz idarənin Astara magistral qaz kəmərləri sahəsinin rəhbəri Zahir Rzayev ,həmin sahənin işçisi, onkoloji xəstə Vüqar Abbasova ( oğlu 2 -ci Qarabağ iştirakçısıdır) qarşı qəddar, heç bir çərçivəyə sığmayan ədalətsiz və qanunsuz hərəkətlərə yol verib. Vüqar Abbasov 2 il 6 ay onkoloji xəstəlikdən əziyyət çəkib. Bu il aprelin 17-də vəfat edib. Mart ayının 30 da qeyd olunan müəssisənin Nuru adlı kadr üzrə işçisi Vüqar Abbasovun evinə gələrək, ağır yataq xəstəsi olan işçiyə təzyiq edərək , ona məcburi işdənçıxma ərizəsi yazdırıb. Bunula da Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin rəhbəri Zahir Rzayev Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1(İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.) , 2(Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.) və 7-ci ( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.) bəndlərini, Maddə 72. maddəsinin a bəndini (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ) Nazirlər Kabinetinin 189 saylı qərarının müvafiq maddələrinin tələblərini kobud surətdə pozub. İdarə rəhbəri Zahir Rzayevin, ölüm ayağında olan işçisinə 2 həftə dözməyə səbri çatmayıb. İllərdir işçilərdən və Vüqar Abbasovdan üzvlük haqqı tutan Həmkarlar təşkilatı, vəzifəsini(ən əsası da vicdanı) unudaraq ağır yataq xəstəsi olan işçiyə məcburi işdənçıxma ərizəsi yazdırılmasına göz yumub. Ən azından iki həftə səbrinizi çatsaydı, işçi ölümlə əlaqədar işdən azad olardı və ailəsi də 3 orta aylıq əmək haqqı məbləğində müavinət alardı. Allah qarşınıza çıxarsın..."

Bunun ardından tanınmış hüquq-müdafiəçisi maraqlı bir məlumatı da açıqlayır: "Qohumlarının dediyinə görə sahə rəisi SOCAR vitse prezidenti Xaliq Məmmədovun qohumudur...."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Xaliq Məmmədovun qohumundan ÖZBAŞINALIQ - İTTİHAM VAR!
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO