DSMF-nin məmurları cənubda kı, kasıbların haqqını göz görə-görə yeyir
Gundem / Sosial
Oxunub: 477
14 apr 2022 | 15:40
DSMF-nin məmurları cənubda kı, kasıbların haqqını göz görə-görə yeyir



Azerinfo.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 7 saylı cənub regional ərazi filialinda ki, məmur özbaşınalıqlara nə vaxt son qoyular?!
Lənkəran rayonundakı aztəminatli ailələrin sosial yardım ücün etdikləri müraciətlərinə DSMF-nin 7 sayli cənub regional ərazi filialının məsul şəxsləri tərəfindən əsasiz imtinalar verilməsi bağlı "Lənkəran rayonunda yaşayan aztəminatlı ailələr sosial yardimdan mərhum olublar" başlıqlı məqalə dərc etmişdik.

Sözügedən məsələ ilə bağli qarşı tərəf hec bir mövqe bildirməyib. Məqalədə adları hallanan aztəminatli ailələrin müraciətlərinə məqsədyönlü olaraq əsassız imtinalar verməkdə ən cox adı hallanan Tərlan adlı şəxs isə "WhatsApp" hesabı vasitəsilə "Yaşasın dövlətmiz, yaşasın hökümətimiz, yaşasin xalqımız!" süarları ilə cavablandırıb.
Bu şüarlar xalqina və dövlətinə bağlı olub və laiqincə xidmət edən hər bir Azərbaycan ziyalısının vicdanının səsidir .
Görəsən dövlətin qanunlarını pozub, aztəminatl ailələr ücün ayrilan sosial yardımı imkanlı ailələrə satan səxsin, dövlətin və xalqın adindan danışmağa haqqi varmi?!
Bu yerdə deyiblər ...
Lerik rayonunda kı, Bürsülüm ərazi icra vahidinin Vənədi kənd sakini Yüsifov Sakir Mirkərim oğlunun ailəsi 8 nəfərdən ibarətdir,
aztəminatlıdir. Dövlətdən hec bir məvacib almırlar. Ailənin maddi durumu cox acinacaqlıdır. Vətəndaş sosial yardım almaq ücün 2021-ci ilin noyabr ayında müraciət edir. 04 mart 2022- ci il tarixində isə evinə yoxlama baxişı kecirilir.
Müraciətinə imtina verilir. Səbəb isə gəlirlərin düzgün qeyd edilməməsi bildirilir. Necə ola bilər ki, bu ailədən də gəlirləri və əmlaki qat-qat cox olan ailələrin sosial yardım üçün etdikləri müraciətlərinə yoxlama baxiş komissiyası tərəfindən tam əhatəli araşdirma aparılmadan dərhal təyinat verilir, amma maddi durumu acınacaqlı olub çörəyi dükanlardan nisyə alan ailələr isə sosial yardim almadan mərhum edilir.?!
Səbəb isə məlumdur. Şakir Yusifovun ailəsinə gələn gəlir və əmlakının sayı isə bunlardir;
Şakir və oğlu Şahin hərəsi ayda 150 manat fəhləlikdən qazanc əldə edirlər.
Təsəruffatlari 4 baş inək (2 ana və 2 bala), qoyun 6 baş, toyuq 10 ədəd və həyətyanı sahə 0,25 hektardan ibarətdir. İmtina aktında imtinaya səbəb isə ailənin təsəsruffatdan bir ildə əldə etdiyi 700 (yeddi yüz) manant gəlirin geyd edilməməsi göstərilir. Ailənin ehtiyac meyari ayda 1600 manatdir. Evinə qələn gəlir ehtiyac meyarın hec 50%-ni belə ödəmir. Halbu ki, Şakirin ailəsinin hazir ki, maddi durumunu öz gözləri ilə görən numayəndə ziyalı xislətində olub, şəxsi maraglarina deyil, xalqin və dövlətin maraglarına xidmət edən olsaydı, o zaman bu ailəyə sosial yardımın təyin olunması ücün yardimcı olardı.
Bu da danılmazdır ki, Lerik rayonunda paybəli torpaqlari keyfiyyət növünə görə 3 və 4-cü kategoriyaya aid olduğu ilə yanaşı dağlıq ərazi oldüğü ücün məhsuldarligi azdir.
Bu səbəbdən də hələ Sovet dönəmində bu rayon dövlət dəstəyi ilə maliyələşərdi. Hazir ki, vəziyyətdə başqa rayonlara nisbətən bu rayonda yaşayan ailələrin maddi durumu cox acinacaqlıdır.
Rayonun yüzlərlə aztəminatlı ailələri DSMF-nin 7 saylı cənub regional ərazi filialın məsul işcilərinin şəxsi maraqlarıni təmin edə bilmədikləri ücün sosial yardim almaqdan mərhum olublar.
Eyni hallar Lənkəran rayonunda da muntəzəm olaraq davam edir.
Şakir Yüsifovun ailəsinin sosial yardim ücün etdiyi müraciətinin 5 aydan sonra cavablandırılmasi hec cür başa düşüləsi deyil . Movcüd qanuvericilikdə vətəndaşlarin ərizə və müraciətlərinə baxilması və cavablandırılması üçün 30 iş gününə qədər müddət təyin olunub, daha beş ay yox.
Bu ailə əgər növbəti dəfə sosial yardim ücün müraciət etsə, o zaman neçə aydan sonra evinə yoxlama baxişı kecirilər?

Cənub bölgəsinin sakinləri bildirirlər ki, məsul şəxsləri tərəfindən aztəminatli ailələrin müraciətlərinə imtinalarin verilməsi prosesi çox düşünülmüş və planli halda həyata kecirilir. Hələ yoxlama baxışı keçirilmədən öncə, onlarin maraqlarını təmin edən "işbazlar" tərəfindən siyahi təqdim olunur. Sonra isə fondun məsul şəxsləri tərəfindən həmin ailələr təlimatlanır. Yoxlama baxiş zamani boş akt kağazına qol cəkdirilir. VEMTAS-a ötürülən məlumatla tutuşdurulur, əgər uyğusuzluq olduqda sorğu aktını özləri doldururlar.
Beləliklə verdikləri təyinatlari öz qaydalari ilə qanuniləşdirirlər . Beləliklə sosial yardım ailənin mövcud maddi durumuna görə deyil, onun cibinə uyğun təyin olunur.

Onların şəxsi maraqlarını təmin edən siyahida adi olmayan ailələrə isə imtina verilməsi prosesi məharətlə həyata kecirilir.
Belə ki, yoxlama baxişina gələn əməkdaşlar imtina verməsinə bəhanə tapmaq ücün ailəyə coxlu suallar verir.
Elə ki, xirda bir qüsur tapan kimi "qarişqanı fil etmək" prosesi başlanir. Bəzən yoxlama baxişi zamani vətəndaşlari baxiş aktı ilə tanış etmədən qol cəkdirirlər . Aktin sürətini isə vətənaşlara təqdim etmirlər.
Bu ilin yanvar və fevral ayinda ailələrə verilən təyinatlar və imtinalar məmur özbaşınalıqların və vəzifə səlahiyyətlərindən istifadə halların pik həddində olmasına dəlalət edir.
Başda Tərlan adli səxs olmaq şərti ilə Vasif, Mais, Azər və digər şəxslərin ailələrə verdiyi təyinatlari və aztəminatlı ailələ verdiyi imtinalari nazirlik tərəfindən tam əhatəli araşdırılsa, onların kim olmasi və hansi məqsədə xidmət etməsi üzə cixar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məmur vətəndaş ünsiyyətinin aradan qaldirilmasi sosial yardımin verilməsində şəffaflığın təmin olunması ücün yoxlama baxışına numayəndələr ezam olunsa da, lakin buna baxmayaraq, yenə "köhnə hamam köhnə tas".
Görünür filialın məsul şəxsllərinin onlara göstərdiyi "qayğıkeşlik" nəticəsində susmalı olublar.
Cənub bölgəsinin aztəminatlı ailələri DSMF -nin 7 saylı regional ərazi filialinda tüğyan edən qanunsuzluqlarla bağli aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, lakin məsələyə dəxli olan şəxslərə "Gözün üstə qaşin var" deyən yoxdur.
Gorünür bu filiali hansısa himayədar möhkəm qoruyur. Filialin rəhbəri Uğur Qurbanzadənin başverən bu hallardan xəbəri varmı?
Yoxdursa deməli bir rəhbər kimi yerində deyil. Bəlkə o da xalqin və dövlətin maraqlarını unudub yalnız öz şəxsi mənafeyi barədə düşünür. Son zamanlar xalqın və dövlətin malını mənimsəyən yuksək rütbəlı məmurların laiqincə cəzalandirılmasi nə ona, nə də həmin filialın işclərinə bir ibrət dərsi olmayib.
Hələ ki, səxsi qaydalar dövlətin qanunlarını kölgədə qoyub. Görünur bu xəmir hələ cox su aparar.

Müraciətlərinə imtina verilən aztəminatlı ailələr imtinanin səbəbini bilmək ücün DSMF-in 7 saylı cənub regional ərazi filialına müraciət etdikdə həmin ailələrə məqsədyönlü olaraq imtina verən filialın işciləri özləri də and- aman edib, onlari
inandırırlar kı, bəs imtinani Bakıdan gələn numayəndələr verib . Onlar isə kömək etmək istəyiblər, lakin imkan verməyiblər.
Bu məqamda Mirzə Cəlilin "Ölülər" əsərində ki, Seyx Nəsrulla avam və sadəlöf insanları onların ölülərini dirildəcəyinə inandirmaq səhnəsi gözümüzün önündə canlanır.
Nə qədər ki, DSMF-nin 7 saylı cənub regional ərazi filialinın rəhbəri Uğur Qurbanzadədir və sağ əli Tərlan adli şəxs sosial yardım təyin etmək üzrə aparıcı mütəxəsisdirsə, o zaman bu bölgədə ki, aztəminatlı ailələrin sosial yardım almaq haqqında xəyal etməyi hələ tezdir.

Sonda müraciyətimizi ünvanlayırıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət aparatının rəhbəri Heybət İmanov cənablarına.
Hörmətli Heybət müəllim !
Nazirlikdə və DSMF-nin ərazi filiallarinda neqativ hallarin aradan qaldırılmasında , şəfafflığın təmin olunmasında
sizin xidmətləriniz yetırincədir.
Hazirda bu regionun sizin diqqət və qayğiniza böyük ehtiyaci var.
Ümid edirik ki, cənub bölgəsində sosial yardım almaqda məhrum olunan aztəminatlı ailələrin mövcud maddi durumunu nəzərə alıb, DSMF-nin 7 saylı cənub regional ərazi filalında baş verən qanunsuzluqlara son qoyulmasına öz köməyinizi
əsirgəməzsiniz. Öncədən öz təşəkkürumüzü bidiririk.

Növbəti yazımızda cənub bölgəsində sosial yardimla əlaqəli ən böyük işbaz saylan sosial yardım "baronu" kimdir ?
Onun DSMF-nin 7sayli cənub regional ərazi filialı ilə hansi bağlılıqlari var?
Bunlarla yanaşı fondun məsələyə dəxli olan şəxslərin də qanunsuz əməlləri ilə bağlı konkret faktları sizə tədim edəcəyik.
Sözügedən məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfi dinləməyə hazırıq
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib