“Azərlotereya” Bakı küçələrini qumarxanalara çevirib – aldatmaq, soyğunçuluq…
Gundem / Sosial / Maraqli
Oxunub: 654
9 apr 2022 | 20:43
“Azərlotereya” Bakı küçələrini qumarxanalara çevirib – aldatmaq, soyğunçuluq…


Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub.

Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Top qazan” alırlar. Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80- 90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər.

Deyilə bilər ki, bu, leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Yəni küçədə meyvə-tərəvəz satmağa icazə yoxdur, amma “Poz qazan” oynaya bilərsən.

Sözsüz ki, hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir?

bu lotereya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər. Həmin ani lotereyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotereya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu da istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır. Azərlotereya”nın “Poz qazan” lotereyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fərqlənirlər və öncədən məlumdur. Kuponların üzərindən o rəqəmlər mütləq götürülməlidir.
perortyor.info
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib