MİDA üçün ayrılan 100 milyonlarla büdcə pulunun qaranlıq taleyi - ARAŞDIRMA
Gundem / Sosial / Maraqli
Oxunub: 546
31 mar 2022 | 20:23
MİDA üçün ayrılan 100 milyonlarla büdcə pulunun qaranlıq taleyi - ARAŞDIRMA


2016-cı ilin dekabr ayının 24-də MİDA yaradılıb. Dövlət Başçısının “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1125 nömrəli Fərmanına əsasən yaradılan bu qurumun fəaliyyəti barədə hələ də cəmiyyətdə ciddi şübhələr var. MİDA bu günə qədər Yasamal, Hövsan, Yasamal 2, Gəncə, Sumqayıt, Hövsan-2 yaşayış komplekslərini inşa edib. Hazırda davam edən layihələr də var. Lakin MİDA-nın rəsmi internet saytında ən son hesabat 2020-ci ilə aiddir.

Bu günə qədər MİDA-ya dövlət büdcəsindən nə qədər vəsait ayrılıb? MİDA-nın tikinti tenderlərinin qalibləri kimlərdir? Hansı reytinq göstəricisi alan şirkətlər dövlət sifarişi ilə mənzil inşasına cəlb edilib? Bu suallara ümumi statistikadan kənar konkret cavab əldə etmək mümkün deyil.

İndilikdə hər kəsi düşündürəmn məqam odur ki, MİDA-nın bu gün keçirdiyi mənzil satışı müsabiqəsində 5 saniyəyə 442 mənzil necə satılıb?

“Hurriyyət” xəbər verir ki, müxtəlif haqlı və haqsız görünən iddialar var. Lakin bu günə qədər MİDA-nın mənzil satışı ilə bağlı daha çox haqlı iradlar səsləndirilir. Məsələn iki dəfə MİDA-nın mənzil satışı həyata keçirdiyi internet resursu sıradan çıxdığına görə mənzil alqı satqısı baş tutmadı. Və sonradan bəlli oldu ki, mənzillər satılıb.

Daha sonra İT mütəxəssisləri vasitəsilə maklerlik edənlər barədə iddialar dolaşmağa başladı və bu gün də sosial şəbəkələrdə həmin iddialar yayılb.

Söhbət əgər dövlət büdcəsi hesabına formalaşan bir qurumdan gedirsə, o zaman onun şəfafflığı və vəsaitlərin formalaşması və istifadəsinə də iradların bildirilməsi təbii hal kimi qəbul edilməlidir.

Qeyd edək ki, MİDA-nın vəsaitləri "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə formalaşır. Bu fərmanın 3.1. bəndində qeyd edilir ki, agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100,0 (yüz) milyon manat təşkil edir.

Bu vəsaitlər 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə artan xətlə davam edib. Maliyyə hesabatlarına dair auditin nəticələri barədə rəsmi xəbərlər isə ən yaxını 2020-ci ilə aiddir. Bu səbəbdən də hələlik hesab edək ki, MİDA hər il 100 milyon manat büdcə pulu ilə aztəminatlı ailələr üçün güzəştli şərtlərlə mənzil inşa etməlidir.

“Huriyyət” verilən rəsmi məlumata əsasən, 2020-ci ilin büdcə istifadəsinə dair Hesablama Palatasının açıqladığı məlumata görə həmin il MİDA üçün ayrılan 70 milyon manatın 50 milyonu istifadəsiz saxlanılıb. Həmin rəydə vəsaitin büdcəyə geri qaytarılmasından söhbət getmir. Sadəcə olaraq vəsaitlər MİDA-nın hesabında saxlanılıb.

Deməli növbəti illər üçün də bu quruma ayrılan vəsaitlər toplanaraq daha da artıb.

İndi isə ayrı-ayrılıqda açıqlanan mənzil satışlarına dair informasiyalara diqqət edək:

- 24/09/2020 - 224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

- 28/01/2021 - 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

- 21/04/2021 - Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı

- 01/07/2021 - Hövsan Yaşayış Kompleksində 307 güzəştli mənzilin seçimi uğurla başa çatdı.

- 18/10/2021 - 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

- 18/11/2021 - 143 ailə Sumqayıt şəhərində güzəştli mənzilə sahib oldu.

- 09/03/2022 - 184 ailə Gəncə Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

- 30/03/2022 - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin seçimi uğurla başa çatdı.

Yəni anladığımız o ki, 2020-ci ildən bu günə qədər MİDA vasitəsilə 2479 mənzil satılıb. Bu isə kifayət qədər böyük rəqəmdir. Məntiqlə yanaşsaq o zaman Bakı şəhərində MİDA vasitəsilə satılan güzəştli mənzillər hesabına evsizlik problemində ciddi irəliləyiş əldə etmək olardı. Lakin iddialara görə bu mənzilləri daha çox dəllalar alaraq ya kirayəyə verir, ya da baha qiymətə, lakin sərfəli şərtlərlə başqalarına satırlar. Adətən ikinci mənzil kimi istifadə edildiyindən MİDA-nın fəaliyyəti gənc ailələrin evsizlik probleminin həllində zərrə qədər də rol oynamır.

Bundan başqa vətəndaşların MİDA-nın müsabiqəsində iştirak etməsi üçün də xərci çıxır. Məsələn agentliyin rəsmi internet sistemində qeydiyyatdan keçmək başlıca şərtdir. Güzəştli mənzil əldə etmək istəyən vətəndaşdan xeyli sənəd tələb olunur. Müxtəlif növ elektron və real arayışlar hazırlanmalıdır. Bunlar üçün də faktiki olaraq dövlət rüsumları ödənilməlidir. Agentliyin sistemində mənzil növbəsinə dayanmaq üçün mütləq “Asan imza”nız olmalıdır. Bunun üçün də vətəndaş “Asan imza” almalıdır. Bu imza üçün də mobil opertarun nömrəsinə sahiblənmək tələb olunur. Bütün bunlar da konkret maliyyə vəsaiti tələb edir. Bu vəsaitləri xərcləyən vətəndaş sistemdə özünə kabinet yaradır və gözləyir. Hətta sistemdə kabineti olan vətəndaş belə bilmir ki, ona mənzil müsabiqəsində iştirak hüququ tanınacaq yoxsa yox.

Hansı ki, 100 minlərlə insan qeyd etdiyimiz arayış, imza və sair sənədləşmələrə vəsait xərcləyir. Ən azı güzəştli mənzil arzusunda olan bir orta statistik azərbaycanlı 100 manat vəsaitindən keçməlidir. Bəs o zaman mənzil ala bilməyən və ya bu hüquqdan məhrum qalan vətəndaşın həmin xərclədiyi vəsaitin taleyi necə olur?

Bütün hallarda MİDA-nın mənzil satışı ilə bağlı sisteminə dair ortada kifayət qədər şübhələr var. Və şəffaflıqla bağlı vətəndaşların kütləvi narazılıqlarına dövlətin maraqları naminə son qoymaq lazımdır.

“Hürriyyət”
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir