Səfər Mehdiyevin yerinə Əsgər Abdullayev gətirilir? - İDDİA
Gundem / Sosial / Maraqli
Oxunub: 559
28 mar 2022 | 23:39
Səfər Mehdiyevin yerinə Əsgər Abdullayev gətirilir? - İDDİA


Bir neçə ildir ki, ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən kadr islahatları davam etməkdədir. Nəticədə yüksək post tutan şəxslər öz vəzifələrindən çıxarıldılar, onların bir neçəsi hazırda həbsxanalarda cəza çəkirlər.

Eyni zamanda, gənc və perspektivli şəxslərə etimad göstərildi. Lakin uzun illərdir yüksək vəzifə tutan bir neçə şəxs var ki, onlar hələ də ölkədəki islahatlar dalğasından “sığortlanmağı” bacarırlar. Məsələn, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev!

Səfər Mehdiyev ölkədə ictimai reputasiyası tamamilə zədələnmiş məmurlar siyahısında ilk yerdə qərarlaşır. Ancaq əldə edilən informasiyalar Gömrük şefinin fəaliyyəti ilə bağlı çox ciddi məqamların ortaya çıxarılacağı ehtimalını artırır.

Bildirilir ki, Səfər Mehdiyevin fəaliyyətinin yoxlanılması və Gömrük sistemində islahatların aparılması ilə bağlı ortaya ciddi siyasi iradə qoyulub.

Busaat.az-ın əldə etdiyi məlumatlardan aydın olur ki, yaxın aylarda S.Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılacaq. Hətta onun fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatası və hüquq-mühafizə orqanları hazırlıqlı hala gətirilib.

Etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə, Səfər Mehdiyevi əvəzləyəcək şəxsin kimliyi də artıq bəllidir. Belə ki, Səfər Mehdiyevi Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin əvəzləyəcəyi bildirilir. Hətta vəzifə təyinatı ilə bağlı Əsgər Abdullayevin özünün də müəyyən danışıqlarda iştirak etdiyi əldə olunan məlumatlar sırasındadır.

Məsələnin aktullağını nəzərə alan Busaat.az Ə.Abdullayevlə bağlı qısa araşdırma aparıb. Onun 59 yaşı var. Babək rayounun Nehrəm kəndində anadan olan (S.Mehdiyevlə eyni kənddəndir- red.) Əsgər Abdullayev 2006-cı ildən Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışır.

Sual olunur, o, ölkədə aparılan sağlam kadr islahatlarının tələblərinə cavab verirmi? Əsgər Abdullayev siyasi elitada “köhnə komanda”nın ən üst eşalonunda oturan şəxslərin əmrlərinin Gömrük Komitəsindəki əsas icraçılarından biri olub.

Yeni komanda prinsiplərindən, müasir islahatlar prizmasından tamamilə fərqli reputasiyaya malik Əsger Abdullayevin Gömrük sisteminə rəhbər gətirilməsi bu sahədəki problemləri daha da dərinləşdirə bilər.

Onu da qeyd edək ki, Busaat.az adı Əsgər Abdullayevlə bağlı maraqlı foto əldə edib. Fotodan göründüyü kimi, Əsgər Abdullayev təm-təraqlı məclislərin birində rəqqasənin sinəsinə dollar qoyur.

Mənbə Busaat.az
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR