Vəziyyət çox acınacaqlıdır- Meşə işçiləri nazirlərə müraciət etdi
Gundem / Bolge / Maraqli
Oxunub: 735
17 mar 2022 | 10:18
Vəziyyət  çox acınacaqlıdır- Meşə işçiləri nazirlərə müraciət etdi



Redaksiyamız vasitəsilə bir qrup Regional Meşə Təsərrüfatları Mərkəzlərinin işçiləri nazirlərə müraciət ediblər:

Azərbaycan Respublikasının Maliyyə naziri Cənab S.Şərifova
Surəti: Ekologiya və Təbii Sərvətlər naziri Cənab M.Babayeva
Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən

Ərizə:

Çox hörmətli Samir müəllim, bilirsiniz ki, Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla, respublika ərazisinin 14 faizini təşkil edir.Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələrimiz su, hava və torpaq kimi çox vacib olan həyati komponentlərin sabitləşdirilməsinə şərait yaradır.
Meşələrimizin qorunması və bərpası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti vasitəsi ilə həyata keçirilir. Meşələrin İnkişafı Xidməti dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin materialının yetişdirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını, eləcədə meşə fondunda yayılmış fauna növlərinin qorunması, genofondun saxlanması, artırılması və bir çox funksiyaların yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirir. Azərbaycan meşələrinin 95 %-ni dağlıq və dağətəyi sahələrdə, qalan 5 %-i isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir.
Cənab Nazir, göründüyü kimi biz meşəçilər çox çətin vəzifələri yerinə yetirməklə, respublikanın flora və faunasının qorunmasına lazımi töhvəmizi veririk. Amma bu cür şəraitdə işləməyimizə baxmayaraq əmək haqqlarımız çox aşağı səviyyədədir. Meşələrin mühafizə olunmasında çalışan işçilər, gündə 18 saat meşələrin qorunmasında fəaliyyət göstərməklə 350-400 manat əmək haqqı alırlar. Ən acınaqlısı odur ki, əmək haqqlarımız vaxtında verilmir. Hər dəfə əmək haqqlarımızın verilməsi 45-50 gün çəkir. Bəhanə edirlər ki, Maliyyə Nazirliyinə sifariş verilib, onlar əmək haqqlarının verilməsini gecikdirirlər.Onu da bildiririk ki, Ekologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən digər qurumlarda çalışan işçilərin əmək haqqları vaxtında, yəni hər ayın axırında ödənilir. Bəs biz meşəçilərin nədir günahı. Meşələrin İnkişafı Xidməti nəyə görə əmək haqqlarımızı vaxtında vermək istəmir. Bunların işi ancaq boş boşuna vədlər verməkdir. Qarşıdan “Novruz” bayramı gəlir.Əksər müəssisə və təşkilatlar əmək haqqlarını ödəyirlər, lakin Meşələrin İnkişafı Xidmətindən və Maliyyə Nazirliyindən xəbər yoxdur.
Cənab Nazir, xahiş edirik bayrama kimi bizim əmək haqqlarımızın verilməsinə köməklik göstərəsiniz.
Regional MTM-nin işçiləri
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib