Cənab Ölkə Başçısının diqqətinə: Masallını bəzi məmurlar belə talayır- VİDEO
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 1 125
13 mar 2022 | 03:44
Cənab Ölkə Başçısının diqqətinə: Masallını bəzi məmurlar belə talayır- VİDEO






Bir neçə gün öncə xəbər portallarımızda bir neçə nəfər kənd sakinin şikayəti əsasında, Masallı rayon Müsaküçə kəndi ərazisində olan 1.00 ha yaxın torpaq sahəsində torpaq və qrabillərin qazılıb daşınması, və həmin qazılan yerlərin isə zibil paliqonuna çevrilməsi, Müsaküçə kəndinə məxsus iridiametrli su borularının çıxarılıb satılması və s. barədə məlumat vermişdik.

Bizim yayımımızdan sonra Masallı rayon Icra Hakimiyyəti sözügedən şikayətə sosial şəbəkələrdə öz mövqeyin bildirmişdi.

Sözügedən mövqeyi sizə təqdim edirik:

Cənab Ölkə Başçısının diqqətinə: Masallını bəzi məmurlar belə talayır- VİDEO


Hörmətli vətəndaş! Bildiririk ki, Nizami Rzayevin müraciəti yerində özünün iştirakı ilə dəfələrlə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Nizami Rzayev, Rafiq Babayev və digərlərinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 31.02.2020-ci il, 10.03.2020-ci il, Nazirlər Kabinetinə 05.02.2020-ci il, 10.02.2020-ci il, və 01.04.2020-ci il tarixli eyni məzmunlu müraciətləri Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılmışdır. Eyni zamanda bildiririk ki, Nizami Rzayev və Rafiq Babayev 2020-ci ilin fevral ayında eyni məzmunlu müraciətləri ilə bağlı rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov tərəfindən qəbul olunmuşdur.
Araşdırmalar zamanı su aparıcı kanalda sel sularının ötürülməsi üçün qoyulmuş metal borunun yerində olmadığı və naməlum şəxslər tərəfindən aparıldığı müəyyən edilmişdir. Metal boruların ərazidən naməlum şəxslər tərəfindən çıxarılması barədə iyun 2019-cu il tarixdə akt tərtib edilmiş və araşdırılması üçün Rayon Polis Şobəsinə göndərilmişdir. Məsələ ilə bağlı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından 10.03.2020-ci il tarixdə “cinayət işinin başlanmasınin rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
Viləş çay yatağının və örüş torpaq sahəsinin gecə vaxtında qazılıb daşınması ilə bağlı, Musaküçə bələdiyyəsi tərəfindən keçmiş illərdə və 14.01.2022-ci il tarixdə Rayon Polis şöbəsinə torpaq sahəsini qazılıb daşınmasının qarşısının alınması məqsədi ilə rəsmi müraciət olunmuşdur.
Musakücə bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə olan zibillər təmizlənmişdir və qazılıb daşınan torpaq sahəsi hamarlanmışdır.


Necə olur ki, bu qədər ərazi qazılıb satılsın. Yəni 1000 maşından çox torpaq qazılıb daşınsın, amma bunu edənləri tapıb cinayət məsuliyyətinə cəlb edə bilməsinlər?!

Necə olur ki, bu qazılan torpaqlara rəsmi akt və dövlətə dəymiş ziyan yazılmasın? Və ya hər hansı bir hüquq mühafizə orqanına bunula bağlı məktub göndərilməsin? Əgər bu barədə akt və məktub var idisə, o zaman Müsaküçə ərazi nümayəndəsi və bələdiyyə sədri onu çıxardıb oryaya qoyardı.
Necə olur ki, günün günorta çağı 35 metrlik boruları çıxardılıb satılsın və bunu çıxardıb satanları isə tapıb məsuliyyətə cəlb edə bilməsinlər? Hansı ki, onları çıxartmaq üçün orada 5-6 saat vaxt sərf olunub.

Görünür çox gelməli və həmdə ağlmalıdır.

Masallı rayon Musaküçə kənd sakinləri Rzayev Nizami Əsgər oğlu və Babayev Rafiq Tofiq oğlu redaksiyamıza bildirirlər ki, bu qədər ərazilər qazılıb satılıb və qazılan yerlər isə zibillə doldurulub. Yerli məmurlar isə bildirirlər ki, qazılan adamları tapa bilmirik. Neçə olur ki, birinin bir toyuğu itəndə onu tapıllar, biri bir yerə tikinti tikmək üçün bir maşın daş tökındə o dəqiqə onun başının üstünü kəsdirirlər. Amma bu boyda cinayəti edənləri tapa bilmilər?.
Bizim mediada yayılan şikayətdən sonra isə həmin zibilliklərin üzərini torpaqlar doldurublar.
Bu iş isə düz deil. Sözügedən zibillər xüsusı nəzərdə tutulan yerə daşınmalı idi.

1 saylı Regional Ekologiya İdarəsinin müfəttişləri hara baxır. Bizə elə gəlir ki, bu baş verən torpaq qazıntıların və ərazilərin zibilənməsində bunların da əli vardır. Yerli ekologiya işçilərinin şəxsən ekologiyanın qorunmasından xəbəri yoxdur.

35 metr uzunluğunda olan iridiametrli su boruların çıxardıb satıblar və bildirirlər ki, guya bunu çıxardıb satanları tapa bilmirik.

Bizə məlumat veridi ki, 2019-ci ildə Müsaküçə kənd ərazi nümayəndəsi Surac Şahverdiyevlə bələdiyyə sədri Rafiq Eynullayevin göstərişi ilə sözügedən borular çıxardılıb satılıb.

Şikayətçilər cənab Ölkə Başçısı və digər aidiyyatı orqanlardan kömək istəyirlər.

Qarşı tərəfin də mövqeyini hər zaman dinləməyə hazırıq .
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib