Qarabağ münaqişəsinin həll ediləcəyi konkret vaxt açıqlandı
“Fridrix Eberta” adına fondun sifarişi ilə 12 ölkədən 20 ekspertin təmsil olunduğu beynəlxalq qrup 2015-2030-cu illər arasında Avropa Birliyi, Rusiya və ümumi qonşular haqda dörd ssenari hazırlayıb
Azerinfo.az-ın məlumatına görə, Publika.az xəbər verir ki, bütün ssenarilərdə 2024-cü ildən sonra Vladimir Putinin prezidentlikdən gedəcəyi və regionda vəziyyətin stabilləşəcəyi xüsusi qeyd olunur.
“Biz dörd ssenari hazırladıq, lakin bunun mütləq baş verəcəyini iddia etmirik. Sadəcə olaraq gələcək inkişaf variantları üzərində işlədik və bunu təqdim edirik. İnsanlar düşünsünlər və hansı gələcəkdə yaşamaq istədiklərini seçsinlər”, - deyə ekspert qrupunda təmsil olunan “Fridrix Eberta” adına fondun Şərqi Avropa bölməsinin rəhbəri Feliks Hett deyib.
Ssenarilərdə əsasən Ukrayna böhranının nəticələri yer alır. Lakin bu kontekstdə Dağlıq Qarabağ, Abxaziya və Şimali Osetiya, həmçinin, Dnestryanı münaqişələrin həlli də diqqətə çatdırılır.
Ümumi razılıq olacaq
Birinci ssenari: Donetskdə müharibəyə görə Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu ssenariyə görə, sanksiyalar güclənsə də, Kreml geri çəkilməyəcək və müdaxiləni artıracaq. Rusiya iqtisadi itkilərlə baxmayaraq, qlobal güc olmaq təbliğatını aparacaq və Vladimir Putin 2018-ci ildə ikinci müddətə prezident seçiləcək. Bu zaman Rusiya iqtisadiyyatı tez-tez çətinliklərlə üzləşəcək və sosial və pensiya təminatınsa problemlər yaranacaq. 2024-cü ildə hakimiyyətə onun varisi gələcək. Lakin o da xarici siyasətdə kardinal dəyişikliklər etməyəcək, sadəcə olaraq sanksiyaların aradan qaldırılması üçün Avropa Birliyi ilə dialoq mümkün olacaq.
Həmin müddətə qədər Avropa Birliyi iqtisadi böhranın öhdəsindən gələcək. Rusiyada elitanın dəyişməsi ilə Avropa Birliyinə üzv ölkələrlə əməkdaşlıq dövrü başlanacaq. Nəticədə Avropa Birliyi və Rusiya ümumi maraqlar çərçivəsində praqmatik əməkdaşlıq üçün səylərini birləşdirəcəklər. Bu azad ticarət haqda sazişin bağlanmasına gətirib çıxaracaq.
Dağlıq Qarabağ münaqişəsi 2024-cü ildən sonra həll olunacaq
İkinci ssenari: Bu ssenarini ekspertlər Ukrayna üçün əlverişli hesab edirlər. Hansı ki, bu Rusiyada demokratik dəyişikliklər şərti ilə mümkün olacaq. Proqnozlaşdırılır ki, 2018-ci ildə Putin yenidən prezident seçiləcək və onun altı illik liderliyi dövründə Rusiya dünya lideri olacaq. Lakin iqtisadiyyatdakı çökmə 2024-cü ildəki seçkinin nəticələrinə təsir edəcək və hakimiyyətə daha proqressiv lider gələcək. Ölkədə demokratiya inkişaf edəcək və Rusiya ilə Avropa Birliyi arasında vizasız rejim haqda saziş imzalanacaq. “Şərq tərəfdaşlığı” ölkələri uğurlu islahatlar keçirdərək öz iqtisadiyyatlarını gücləndirəcəklər. Lakin Avropa Birliyinin üzvü olmayacaqlar.
Ssenariyə görə, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Krım və Dnesrtyanı münaqişələri 2024-cü ildən sonra həll edilməyə başlayacaq. Rusiya və Avropa Birliyi ümumi təhlükəsizlik üçün bu münaqişələrin həllinə ciddi töhfələr verəcəklər.
Nüvə silahına imkan verən yeni doktrina
Üçüncü ssenari: Donetsk hövzəsi separatçıların əlində qalacaq. Şərqi Avropada hərbi gücün genişlənməsi başlanacaq. Rusiya NATO-nun Şərqi Avropa ölkələrinin müdafiəsi üzrə planlarına müharibə ilə reaksiya verəcək. Kreml Kalininqrad və Qərb sərhədlərində yerləşən digər regionlarda hərbi texnikanın sayını artıracaq. NATO hərbi məsələlər üzrə öz mövqeyini dəqiqləşdirəcək. Rusiya isə nüvə silahından istifadəyə icazə verən yeni hərbi doktrina qəbul edəcək. Beləliklə, 2020-ci ilə qədər qızğın silahlanma güclənəcək və qarşıdurma 2030-cu ilə qədər davam edəcək. Rusiyada müasirləşdirmə, Avropa Birliyində isə alternativ enerji mənbələrinindən istifadədə əldə edilən uğurlar hər iki tərəfin güclü olmasına imkan yaradacaq.
Ukraynanı yeni Maydan gözləyir
Dördüncü ssenari: Bu ssenariyə görə, Ukrayna və Avropa Birliyi arasında razılaşmanın qüvvəyə minməsinin Rusiyanın təzyiqinə görə təxirə salınması 2017-ci ildə Kiyevdə yeni Maydana səbəb ola bilər. Qarşılıqlı sanksiyalar güclənəcək, lakin buna baxmayaraq Avropa Birliyi və Rusiya arasında ikitərəfli iqtisadi əməkdaşlıq qalacaq. Xüsusilə enerji, müasirləşdirmə və ticarət sahəsində. İqtisadiyyatda geniş əməkdaşlıq tərəflərə bir-birinə qarşı açıq mübarizəyə girməyə imkan verməyəcək. Beləliklə, Avropa Birliyi və Rusiya arasında pat vəziyyət yaranacaq və həmin dövrdə “Şərq tərəfdaşlığı” ölkələri Şərqlə Qərbin arasında tərəddüd edəcək.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib