Abdin Fərzəliyevin Abşeronda yeni tələbi: PUL VERMİRSƏNSƏ, TİKİNTİNİ DAYANDIR
Gundem / Bolge / Maraqli
Oxunub: 452
10 mar 2022 | 21:18
Abdin Fərzəliyevin Abşeronda yeni tələbi: PUL VERMİRSƏNSƏ, TİKİNTİNİ DAYANDIR


Fərzəliyev Abdin Ələsgər oğlu 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə, 2005-ci ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsnə,19 yanvar 2022 tarixli sərancamla Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın milyonçu məmurlarından biri kimi tanınan Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçısı təyinatı və onun qarşısına qoyulan vəzifələri layiqincə yerinə – yetirəcəyi ilə bağlı yaranmış suallara artıq cavab tapılmaqdadır. Abşeronun yeni icra başçısının ilk qərarı rayonda iş adamlarını artıq narahat etməkdədir. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb. Abşeron merinin ilk tələbi isə hamını şoka salıb. Belə ki, Abdin Fərzəliyevin qərarına görə rayonda bütün tikintilər dayandırılıb və tikinti aparan sahibkarların icra başçısının qəbuluna gəlmələri tələb olunub. Reallıq.TV – yə daxil olan məlumatda qeyd olunur ki, qəbula çağırılan iş adamlarına yeni icra başçısının tələbləri çatdırılıb. Lakin iş adamları icra başçısının qanunsuz istəkləri icra etməkdən hələki, imtina edirlər. Abdin müəllim isə: Pul vermisənsə tikintini dayandır – deyərək, qərarında israrlı olduğunu önə çəkib.

Abşeronun yeni icra başçısı rayonun qəsəbə və kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə oxşar tapşırıq verib. Abdin Fərzəliyevin tapşırığına görə qəsəbə və kəndlərdə fərdi yaşayış evlərinin tikintisi də dayandırılıb. Reallıq TV – yə danışan vətəndaşlar icra başçısının bu qərarının qanunsuz olduğunu bildiriblər. Onlar qeyd edib ki, sənədləri qaydasında olmasına baxmayaraq tikintilərin dayandırılması ilə barışa bilmirlər və dövlət başçısının məsələyə müdaxilə edəcəyinə inanırlar.

Abdin Fərzəliyevin qanunsuz tələblərindən qaynaqlanan etirazlara iş adamları da qoşulub. Onlar icra başçısının özəl qaydaları və tələblərinin icrasının mümkünsüzlüyünü önə çəkirlər. Sahibkarlar Reallıq.TV – yə bildiriblər ki, tikinti üçün bütün razılıqları alıblar. Bütün dövlət qurumları ilə layihələr razılaşdırılıb. İndi Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev Nurlan adlı adamı vasitəsilə bizə xəbər göndərir və tələbləri icra olunmayınca işlərin başlanmasına icazə verməyəcəyini deyir.

Abşeronda tikinti aparan iş adamları və sadə vətəndaşların narazılığı artmaqdadır. İcra başçısının özəl, qanunsuz qaydaları haqlı etirazlara səbəb olub. Abdin Fərzəliyevin keçmişdəki qaranlıq fəaliyyəti əslində Abşeronda olunan təyinatın nəticələrinin yaxşı olmayacağını göstərirdi. Ilk günlərdə Abdin müəllimin etdimadı doğrultmayacağı artıq təsdiqini tapmaqdadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Realliq.Tv olaraq ümid edirik ki, Abşeron rayonunda yaranmış narazılıqlar tezliklə müsbət həllini tapacaq və milyonçu icra başçıs Abdin Fərzəliyevin qanunsuz tələblərinə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib