“Meşə Aslanı” Göygöl meşələrinə qənim kəsilib? – Ekologiya nazirliyinin əməkdaşı İFŞA OLUNDU
Gundem / Bolge
Oxunub: 415
9 mar 2022 | 11:14
“Meşə Aslanı” Göygöl meşələrinə qənim kəsilib? – Ekologiya nazirliyinin əməkdaşı İFŞA OLUNDU


Göygöl rayonu, Köşkü kənd sakini Quliyev Möysüm Əliqaya oğlu Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətindən narazıdır.
RealMedia.az xəbər verir ki, vətəndaşın Demokratik.Az saytına bildirdiyinə görə, Mərkəzdə Vəliyev Aslan, Həsənov Sahib, Baxşəliyev Vəliyəddin, Məmmədov Haqverdi və Şükürov Bayram meşələri öz xeyirləri üçün qırdırıb talan etməklə və daşıdıqları vəzifəni öz xeyirləri üçün istifadə etməklə məşğuldurlar. Vətəndaş dediklərindən aydın olur ki, o, faktlarla və sübutlarla bərabər ölkənin ali rəhbərliyinə, baş prokurorluq və Ekologiya nazirliyinə dəfələrlə şikayətlər göndərib.
Mövsüm Quliyevin bildirdiyinə görə, mərkəzin və adıçəkilən şəxslərin fəaliyyətindən dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə digər şəxslər də müraciətlər edib. Ancaq Nazirlikdən, Nazirliyin Gəncə şəhər şöbəsinə göndərilən müraciəti bu şöbənin əməkdaşları sağa-sola çəkərək araşdırıb və müraciət müəlliflərini narazı salıblar.
Şikayətçi qeyd edir ki, ekologiya əməkdaşları hər dəfə detalları necə araşdırıbsa yəqin ki, öz maraqları hesabına işi ört-basdır etməyə çalışıb və müraciət sahibinə cavab belə göndərilməyib. Bu da AR Konstitusiyasının 57-ci maddəsinin I bendini və «Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” qanunun 10-cu maddəsini pozmaq deməkdir.
Mövsüm Quliyev deyir ki, az müddət, Göygöl ərazisində meşə gözətçisi kimi işləyib. İşlədiyi dövrdə də elə zənn edib, fikirləşib ki, meşə oğrularının ayağını meşədən kəsə biləcək. Ancaq tez bir zamanda anlayıb ki, yuxarıda adı çəkilən şəxslərlə işləmək olmaz və elə onlar brokonyerlərlə əlbir olub müəyyən nöqsanlar törədiblər.

“Meşə Aslanı” Göygöl meşələrinə qənim kəsilib? – Ekologiya nazirliyinin əməkdaşı İFŞA OLUNDU


Şikayətçi mərkəzdə çalışdığı zaman meşə təcavüzkarlarından 22 dəfə meşəbəyi köməkçisi Bayram Şükürova məlumatlar yazdığını, məlumatları Şükürovun qeyd kitabçasında da qeyd edildiyini, ancaq yazılanlar barədə heç bir tədbir görülmədiyini deyir.

“Hər dəfə məlumatları idarəyə təhvil verdim. Belə olan bir vəziyyətdə idarədən bir neçə məlumatı baxılması üçün Göygöl məhkəməsinə göndərdilər. Lakin Vəliyev Aslan Nəsib oğlu direktor əvəzi olan zaman Məhkəməyə verilmiş işlərin çoxunu geri götürdü. Nəticədə meşə quldurları cəzasız qaldı.
Mən işlədiyim zaman meşəbəyiyə və meşəbəyi köməkçisi Şükürov Bayrama dediyim 22 hal üzrə hadisənin yalnız bir neçəsi məhkəməyə göndərilmişdir. Çünki yuxarıda adlarını dediyim şəxslər meşənin qorunmasına deyil, öz maraqlarını üstün tutmuşlar. Onların özbaşınalığının isbatı üçün görülmüş tədbirlər və statistikaya baxmaq yetərlidir.
Daha ciddi faktı da diqqətinizə çatdırım ki, mərkəzin eksperti vəzifəsini daşıyan Aslan Vəliyev müəyyən adamlardan xeyli miqdarda rüşvət alıb, bütün meşələri qanunsuz restoranlara, kafelərə çevirə bilib. Həmin kafe və restoranlar hal-hazırda tamamilə qanunsuz əsaslarla fəaliyyətlərini davam etdirir. Buna görə hər bir restoran və kafe her ay Vəliyev Aslana haqq verir.
Meşələrin “Aslan”ı meşənin ortasında özünə də istirahət mərkəzi və gizlin görüşləri üçün bir ev düzəldib. (evin şəkili əlavə olur). Həmin evin gözətçiliyini çəkmək üçün əvvəllər meşə gözətçisi işləmiş ve meşələri dədə malı kimi qırıb satdığına görə işdən çıxarılmış, meşəni səhraya çevirmiş Məmmədov Eldarı və oğlunu MM və MB-1 müəssisəsinə işə götürüb. Bu adamlar meşə fəhləsi yox, Aslanın gizli evinə 15 ildir gözətçilik etmişlər. V.Aslan güya ayrı-ayrı adamlardan və yaxud cəmiyyətlərdən ağac tingi almaq adı ilə xeyli miqdarda dövlət pulunu da mənimsəmişdir. Tinglərin əkilməsi adı ilə xeyli adam işə götürmüş və bu adamların əmək haqqına da göz dikmişdir. Halbuki bu müəssisənin Gəncə çayı ətrafinda özünün böyük tinglik sahəsi var. Heç yerdən ağac tingi almağa ehtiyac yoxdur. V.Aslan müəssisənin hesabına pul ödəyib aldığı ağac tingləri ya yararsız çöplər olmuş və yaxud heç ting alınmayıb, sadəcə pulu köçürmələr yolu ilə mənimsənilmişdir”-deyə şikayətçi saytımıza bildirib.



Mövsüm Quliyev israrla bildirir ki, Aslan Vəliyev bu mərkəzdə – müəssisədə işlədiyi vaxt ərzində meşələri bazara çevirib. Həm meşələrin torpaq sahəsini kafe va restoranlara satıb, həm də meşələri qırdırıb satıb. Ona görə də, ümumiyyətlə V.Aslanın qeyri-qanuni əməllərini dərindən araşdırmaq və onu cəzalandırmaq vacibdir.

Şikayətçinin redaksiyamıza təqdim etdiyi videoçəkiliş və fotofaktları da təqdim edirik. İnanaq ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev yuxarıda yazılanlara diqqət ayıracaqdır.(Demokratik.az)
RealMedia.az olaraq yazıda adıkeçən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR