Tikintidə təhlükəsizlik qaydaların pozulması nəticəsində xəsarət alan vətəndaşın şikayəti obyektiv araşdırılmır
Gundem / Sosial / Video
Oxunub: 712
4 mar 2022 | 13:55
Tikintidə təhlükəsizlik qaydaların pozulması nəticəsində xəsarət alan vətəndaşın şikayəti obyektiv araşdırılmır


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci Maddəsində Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə nəzərdə tutulan cəza müəyyənləşdirilib:

222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda — bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bir jurnalist olaraq, cəmiyyət həyatında müşahidə etdiyim qanunsuzluqlara rəvac verən şəxsləri tənqid etmişəm. O cümlədən, tikintidə təhglükəsizlik qaydalarının pozulması səbəbindən baş verən və insan ölümü ilə nəticələnən qəza hallarına təəssüflənmişəm. Adətən, çox vaxt həyatını itirənlər tikintidə işləyən fəhlələr olur. Az ehtimal edirdim ki, mən özüm də belə qəzaya düşər və xəsarət alaram. Ancaq təəssüf ki, başıma gəldi: Paytaxtın Nizami rayonu ərazisində aparılan tikinti işlərinin icraçılarının səhlənkarlıq ucbatından pozulmuş təhlükəsizlik qaydalarının ziyanı mənə dəydi – yıxılıb ciddi xəsarət aldım. Hadisə 2021-ci il dekabr ayının 1-də axşam saatlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun bitum istehsal olunan sahəsində baş verib. Vətəndaşın baş redaktoru olduğum “Azerinfo.az” saytına şikayəti əsasında araşdırma aparmaq məqsədilə qeyd olunan ünvana getmişdim. Həmin vətəndaşla birgə ərazidə fəaliyyət göstərən çayxanada bir qədər söhbət etdikdən sonra bayıra çıxdıq. İşıq olmadığına görə yeni qazılmış çuxura düşərək müxtəlif dərəcəli bədən xəsarəti aldım. Konkret olaraq, qabırğalarımda, sol qolumda, barmaqlarımda sınıq, ayağımda çat var. Bütün bu xəsarətlər Mərkəzi Neftçilər Xəstəxanasının növbətçi cərrah həkimi tərəfindən təsdiqlənmişdir.

Öyrəndim ki, tikini aparan şirkət həmin ərazidə qaraj inşa edirmiş. Ancaq ətrafına heç bir mühafizə zolağı qoymayıb, işıqlandırmanı təmin etməyib. Şirkət mənsubları isə məlum hadisəyə səbəb olmuş səhlənkarlıqlarının nəticələrinə görə üzr istəmək əvəzinə, məndən soruşurlar ki, orada nə gəzirdin.

Məsələ ilə əlaqədar Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə şikayət etdim. Lakin 23-cü PB-nin rəisi Emin Çələbiyev iki gün sonra mənə yazdığı cavab məktubunda bildirdi ki, guya ərizəmdə göstərilən xüsusatlar polis tərəfindən araşdırılıb və fakt təsdiqini tapmayıb. Ərizə əsasında heç bir cinayət və inzibati tərkib aşkar edilməyib.

Təbii ki, polisin bu cavabı mənmi qane etmədi. Belə çıxır ki, mən yıxılmamışam, yalan deyirəm. Bəs mənim aldığım xəsarətlər, sınıqlar? Xəstəxanada aldığım müayinə və müalicələr? Yəqin demək istəyirlər ki, gecə olub, gözüm ayağımın altını görməyib, özü yıxılan ağlamaz, eləmi? Çünki daha pis ola bilərdi – duracaqdan qəfil yola çıxmaq istəyən avtomobilin də altında qala bilərdin.

Yaxşı, tutaq ki, mən yalançıyam, orada deyil, öz evimin pilləkənindən yıxılmışam. Axı, həmin ünvanda aparılacaq ötəri, vizual müşahidə ilə də asanlıqla müəyyənləşdirilər ki, piyada üçün belə potensial təhlükə mövcuddur. Təcili aradan qaldırılmalı və səhlənkarlar ən azı tənbeh olunmalıdır. Bununla qayğılanmaq polisə niyə sərf etməısin ki? Ona görə də növbəti məktubumla artıq Nizami rayon Prokurorluğuna şikayət ərizəsi göndərmiş, göstərdiyim faktın obyektiv araşdırılmasının təmin olunmasını xahiş etmişəm. Fikrim var ki, yaxın vaxtlarda həmin şirkəti məhkəməyə verim və maddi-mənəvi təzminat tələb edim.

“Əsli ilə doğrudur!”

Baş redaktor: İbrahim Hümbətov




Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR