Nizami rayon polisi tikintidə təhlükəsizlik qaydaların pozulması nəticəsində xəsarət alan vətəndaşın şikayətini obyektiv araşdırmır
Gundem / Sosial / Maraqli
Oxunub: 729
26 fev 2022 | 11:57
Nizami rayon polisi tikintidə təhlükəsizlik qaydaların pozulması nəticəsində xəsarət alan vətəndaşın şikayətini obyektiv araşdırmır


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci Maddəsində Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə nəzərdə tutulan cəza müəyyənləşdirilib:
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda — bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bir jurnalist olaraq, cəmiyyət həyatında müşahidə etdiyim qanunsuzluqlara rəvac verən şəxsləri tənqid etmişəm. O cümlədən, tikintidə təhglükəsizlik qaydalarının pozulması səbəbindən baş verən və insan ölümü ilə nəticələnən qəza hallarına təəssüflənmişəm. Adətən, çox vaxt həyatını itirənlər tikintidə işləyən fəhlələr olur. Az ehtimal edirdim ki, mən özüm də belə qəzaya düşər və xəsarət alaram. Ancaq təəssüf ki, başıma gəldi: Paytaxtın Nizami rayonu ərazisində aparılan tikinti işlərinin icraçılarının səhlənkarlıq ucbatından pozulmuş təhlükəsizlik qaydalarının ziyanı mənə dəydi – yıxılıb ciddi xəsarət aldım.
Məsələ ilə əlaqədar Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə şikayət etdim. Lakin 23-cü PB-nin rəisi Emin Çələbiyev iki gün sonra mənə yazdığı cavab məktubunda bildirdi ki, guya ərizəmdə göstərilən xüsusatlar polis tərəfindən araşdırılıb və fakt təsdiqini tapmayıb. Ərizə əsasında heç bir cinayət və inzibati tərkib aşkar edilməyib.
Təbii ki, polisin bu cavabı mənmi qane etmədi. Belə çıxır ki, mən yıxılmamışam, yalan deyirəm. Bəs mənim aldığım xəsarətlər, sınıqlar? Xəstəxanada aldığım müayinə və müalicələr? Yəqin demək istəyirlər ki, gecə olub, gözüm ayağımın altını görməyib, özü yıxılan ağlamaz, eləmi? Məsələ burasıdır ki, o ünvanda aparılmış tikinti işləri səki ilə yoldan bunanın altındakı avtomobil duracağına dönən nahiyəni gecənin qaranlığında görmək imkanını heçə endirib. Heç bir arakəsmə ilə məhdudlanmayıb. Bir sözlə, addımını atırsan, qəfil yerə dəyir, sonra da mail üzrə duracağa tərəf yuvarlanırsan. Yıxılıb əzildiyinə görə şükür etməlisən. Çünki daha pis ola bilərdi – duracaqdan qəfil yola çıxmaq istəyən avtomobilin də altında qala bilərdin.
Yaxşı, tutaq ki, mən yalançıyam, orada deyil, öz evimin pilləkənindən yıxılmışam. Axı, həmin ünvanda aparılacaq ötəri, vizual müşahidə ilə də asanlıqla müəyyənləşdirilər ki, piyada üçün belə potensial təhlükə mövcuddur. Təcili aradan qaldırılmalı və səhlənkarlar ən azı tənbeh olunmalıdır. Bununla qayğılanmaq polisə niyə sərf etməısin ki? Ona görə də növbəti məktubumla artıq Nizami rayon Prokurorluğuna şikayət ərizəsi göndərmiş, göstərdiyim faktın obyektiv araşdırılmasının təmin olunmasını xahiş etmişəm.

İbrahim Hümbətov
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər