"Üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?!" - NARAZILIQ VAR!
Gundem / Sosial
Oxunub: 340
24 fev 2022 | 22:22
"Üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?!" - NARAZILIQ VAR!


“Polat Yol Şirkəti”nin inşa etdiyi “İpək Yolu”nun Tovuz rayonu, Dondarquşçu kənd ərazisində aparılan yol tikintisi zamanı transformatorun 100 metr kənar əraziyə köçürülməsi zamanı yenilənməməsi fermer tərəfindən narazılıq doğurur. DİA.AZ xəbər verir ki, bu ifadələr Faktinfo.az saytına Tovuz rayonu Dondarquşçu kənd sakini, fermer Həzi Vəliyev tərəfindən göndərilən şikayət məktubunda əksini tapıb. Şikayətçi hesab edir ki, AAYDA-nin sədri Saleh Məmmədov, həmçinin aidiyyatı şəxslər yaradılmış problemə diqqət yetirməlidir. Çünki, köçürülmə prosesinə qədər işlək olan mövcud transformatorun nüvəsi və ehtiyat hissələri hazırda bərbad vəziyyətindədir, bu da ərazidə olan subartezian quyusundan buğda sahələrinin suvarılması üçün suyun verilməsində lazımlı yükə dözümlü elektrik enerjisinin verilməsini təmin etmək gücünə malik deyil. Şikayətçinin ictimailəşdirilməsini istədiyi məktubundan:

“Polat Yol Şirkəti”nin yeni yol çəkilişi ilə bağlı transformatoru 100 metr kənara çəkməsi zamanı şirkətin layihə rəhbərinin köməkçisi Emin Qasımov bildirmişdi ki, 5 min manat köçürüləcək vəsait tranformatorun avadanlıqlarının yenilənməsini təmin edəcək. Emin Qasımov maraqlansın, üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?! Necə ola bilir ki, Aşağı Quşçu, Qovular, Cəlilli dairəsində və digər ərazilərdə transformator yeniləndi, Dondarquşçu kənd ərazisində bu elektrik qurğusunun nüvəsi və ehtiyat hissələri təzələnmədi?

Şəhid, Qarabağ veteranlarının buğda sahələrinin suvarılması Emin Qasımov və aidiyyatı şəxslər üçün bu dərəcədəmi əhimiyyətsiz hesab edilir? Mən bir şəhid qardaşı, Qarabağ veteranı ailəsi olaraq, AAYDA-nin sədri Saleh Məmmədov cənabından xahiş edirəm ki, transformatora vəsait ayrılması ilə maraqlansın. Elektrik qurğusunun təzələnməsinə 5 min manat ayrılıbsa, nədən hazırda köhnə, işlək vəziyyətdə olmayan avadanlıqları transformatora yığıblar, sualını Emin Qasımova versin”-deyə, Həzi Vəliyev bildirir.

Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün edilən çoxsaylı zənglərimizə Emin Qasımov cavab vermədi. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı