Neft sektorunun CƏBRAYILOV FENOMENİ... - İLGİNC FAKTLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 768
21 fev 2022 | 20:24
Neft sektorunun CƏBRAYILOV FENOMENİ... - İLGİNC FAKTLAR


Haqqında redaksiyamıza ilginc informasiyalar daxil olmuş Cəbrayıl Cəbrayılov 6 oktyabr 2006-cı ildən ARDNŞ-nin vitse-prezidentinin müşaviri, 16 aprel 2007-ci ildən ARDNŞ-nin Ekoloqiya İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 1 iyun 2012-ci ildən ARDNŞ-nin vitse-prezidentinin müavini vəzifəsində çalışır. 31 mart 2015-ci ildən «Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

İndiyədək Cəbrayılov və xeyli müddət tabeliyi altında işlədiyi, ARDNŞ-nin keçmiş vitse-prezidenti və “boz kardinalı” Mikayıl İsmayılovun barəsində çox ciddi ittihamlar səslənib. Məsələn, Cəbrayılovun adı iş adamlarından birinə SOCAR-ın tenderini udacağını vəd edərək külli miqdarda rüşvət almaqda, sonra da aldadıb pulunu verməməkdə hallanıb. Bu məsələ ilə bağlı yayılan məlumatlarda hətta o da bildirilirdi ki, Cəbrayılov həmin mənimsədiyi pulla İsveçrədə oxuyan övladının təhsil haqqını ödəyib.

Qəribədir ki, “Bentley”, «Cadillac” və «Chevrolet” kimi bahalı avtomobilləri ölkəmizə gətirib alverini quran, villaları yan-yana düzülən Mikayıl İsmayılov 2019-cu ildə vergi yoxlaması nəticəsində fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilərək şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən, bu ilin iyul ayında isə vitse-prezident vəzifəsindən kənarlaşdırılsa da, onun korrupsiya ortağı Cəbrayıl Cəbrayılov postunda saxlanıldı.

Redaksiyamıza daxil olmuş məlumata görə, M.İsmayılovun topdağıtmaz sərvətləri siyahısında olan, paytaxtın Xətai və Nizami rayonları ərazisində yerləşən “Level 99 Lounge”, “Martido Lounge”, High Bsoft Restaurant & Lounge” restoranlarına, həmçinin “Qəsr” adlı sözlə ifadə edilməyəcək özəlliklərə malik obyektinə C.Cəbrayılov da şərikdir. Üstəgəl, Cəbrayılovun özünün başqa şadlıq evləri, otelləri, mağazalar şəbəkəsi vardır. O da qeyd olunur ki, Cəbrayılov öz bağ sahəsinə məxsusi olaraq Ərəbistandan qum gətiribmiş.

Bu və sadalamdığımız digər məsələlərlə bağlı Cəbrayılovun mövqeyini öyrənmək üçün ona bəzi sualları ehtiva edən rəsmi məktub göndərsək də, cavab vermədi. Zəngimizi açmadığı telefonuna göndərdiyimiz mesaj da cavabsız qaldı.

Bu qədər var-dövlətə sahib olsa da, zəngin həyat tərzi keçirsə də, müşahidə şurasının üzvü olduğu “Neftçi” klubunda həmişə Cəbrayılovun xəsisliyindən gileyləniblər.

P.S. Cəbrayıl Cəbrayılovla bağlı redaksiyamıza elə bir ilginc məlumatlar daxil olub ki, araşdırma aparmağa ehtiyac olduğu üçün hələlik məqaləni burada saxlayırıq. Sorğu məktublarının cavabın gözləyirik. Odur ki,bizi izləməyi unutmayın.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.
Deryaz.az
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...