GORANBOYUN İCRA BAŞÇISI PREZİDENT ADMİNİSTRASİYASINA ÇAĞIRILDI – Məhərrəm Quliyev Qarabağ Qazisinin özünü yandırması faktı ilə bağlı istefaya göndərilə bilər
Xəbər verdiyimiz kimi, 44 günlük Qarabağ savaşını Qazisi Sərdar Rüstəm oğlu Həsənov fevralın 9-da Goranboy rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.
Hurriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, sosial vəziyyəti acınacaqlı durumda olan Sərdar Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.
Qeyd edək ki, Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Son məlumatlara əsasən, hazırda Qarabağ Qazisinin vəziyyəti ağırdır.
Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Goranboy rayon İcra Hakimiyyətinin Qarabağ Qasizinin müraciətinə biganə yanaşması, yetkili şəxslərin Sərdar Həsənovun problemləri ilə maraqlanmaması və aidiyyəti qurumları bu haqda bilgiləndirməməsi, bütün bunların nəticəsində isə Qazinin intihar həddinə çatdırılması ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsinə səbəb olub. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, hadisədən dərhal sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident Administrasiyasına dəvət olunaraq, ciddi şəkildə tənbeh edilib.
Yeri gəlmişkən, Qarabağ Qazisinin özünü yandırması faktı Ermənistan mediasında da günün mövzusuna çevrildiyindən, 44 günlük uğurlu savaşın ardından bu cür neqativ hadisələrin yaşanması və düşmən tərəfin bundan istifadə etməsi də icra başçısına ciddi xəbərdarlıq edilməsinə səbəb olub.
Hətta bəzi iddialara görə, bu hadisədən sonra M.Quliyevin yerinə kadr axtarılır və yaxın günlərdə Goranboy rayon İcra Hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Hurriyyet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...