Rəfael və Mübariz Mehrəliyevlərin biznes imperiyası… -Rafael Mehrəliyevin HƏBSİ qaçılmazdır…
Gundem / Sosial / Maraqli
Oxunub: 569
11 fev 2022 | 10:49
Rəfael və Mübariz Mehrəliyevlərin biznes imperiyası… -Rafael Mehrəliyevin HƏBSİ qaçılmazdır…



Turantv.az:- Bu adam, hətta küçədəki sahibsiz itlərə görə də nə isə alır…

Mehralıyevin həyat yoldaşı Almas Səfərovanın adına Tükiyədə milyonluq mülklər…

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev yüksək ranqı olmayan məmurlardan biridir.
Yəni bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, adi departament rəisidir.
İndi gəlin görək, bu Departament rəisi hansı sahələrə baxıb?
Təsəvvür edirsiniz bu adamın tabeçiliyində 14 qurum var.
Oxucunu yormamaq üçün onlardan bəzilərini qeyd edək:
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və daha nələr….
Özünüz gördünüzmü, bu adam küçədəki sahibsiz itlərə, pişiklərə görə də dövlətdən pul alır.
Bu adamın rəhbərlik etdiyi təkcə bir qurumun Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib?
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, bir müddət məhkum həyatı yaşayan Vidadi Zeynalovun birbaşa dəstəyi ilə olub.
Rəfael Mehrəliyev də hər yerdə deyir ki, mən Vidadi Zeynalovu tanımıram.
Adam, sən Vidadi Zeynalovu necə tanımaya bilərsən, axı?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynalovun dost-doğma yeznəsidir.
Və Vidadi Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə.
İndi gəlin, Rəfael Mehrəliyevin əmlakına bir nəzər salaq:
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər…
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.
Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.
Uluğ ailəsinin Azərbaycandakı layihəsi
“AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited”şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfael Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini – həmin ilin mayında Almaz Səfərovaya verib.
Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır.
LEDA şirkətinin nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsidir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.
Rəfael Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.

Rəfael və Mübariz Mehrəliyevlərin biznes imperiyası… -Rafael Mehrəliyevin HƏBSİ qaçılmazdır…


Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən “Nare” adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.
Bundan sonra Gülnarə Mehralıyeva “NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 min lirəsi G.Mehralıyevaya məxsusdur.
Üçüncü şirkət isə “İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə
məxsusdur.
P.S Bəli, media ilə bağlı qanunda olan dəyişikliklərə görə bəzi məmurlar sevinirdilər ki, törətdiyimiz cinayətlərin üstünü açan jurnalistləri həbs edəcəklər, onları yazmağa qoymayacaqlar, aldıqları rüşvəti nəinki cəmiyyətdən, hətta evdəkilərdən də gizlətməyi bacaracaqlar. Ancaq bu məmurlar başa düşmürlər ki, bu qanun azad mətbuatın qarşısını kəsən bütün sədləri aradan qaldıracaq. Az öncə məlumat gəldi ki, məmurlar, onların övladları, həyat yoldaşları və yaxın qohumlarının adlarına olan bütün əmlakların və xarici banklarda olan pul vəsaitlərinin hesabının dəqiqləşməsi haqqında (yəni deklorasiya haqqında) qanun məhz mətbu orqanlarda dərc olunacaq. Haşiyə; Dostlarımızdan xahiş edirik ki, bizim bir-birimizə olan andımızın bu işə heç bir aidiyyatı olmadığını dərk etsinlər. İmam Hüseynə yalandan and içməyi bir Hacı olaraq sənə yaraşdırmıram.Gundəlik Baki


Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"