Gəncədə kim ağzını açıb danışırsa, Niyazi Bayramovun `qılıncı` başının üzərində görünür - ACINACAQLI MƏNZƏRƏ...
Gundem / Bolge
Oxunub: 351
10 fev 2022 | 22:50
Gəncədə kim ağzını açıb danışırsa, Niyazi Bayramovun `qılıncı` başının üzərində görünür - ACINACAQLI MƏNZƏRƏ...



Gəncə bir zamanlar sevimli şəhər idi. Xan bağını gəzmək xüsusi zövq verirdi. Gəncədə olduğum zaman bütün problemlərini unudurdum. Elə buna görə də hər dəfə canımı nəsə sıxanda Gəncəyə üz tuturdum. Nizaminin məqbərəsini gəzib, İmamzadəyə baş çəkirdim. Sonra da mehmanxanaların birində qalıb, sabahı Bakıya qayıdırdım, ta ki...
Son dəfə Gəncəyə 3-4 ay əvvəl getmişdim. 2020-ci ildəki Qarabağ müharibəsi dönəmində Gəncə də zərər görən şəhərlərdən oldu. Müharibənin izi qalmış küçələr Gəncəni bir qədər də kədərli edib. Bütün bunlar bir kənara, Gəncə baxımsız qalıb. Gəncənin havasının qoxusu dəyişib. Daha sabahları oyanıb, təmiz havanı ciyərlərinə çəkə bilmirsən. Gəncənin su problemi, yaşıllıq problemi, yol problemi var.

Niyazi Bayramov Mingəçevirin icra başçısı olduğu zaman onu tərif edirdilər mingəçevirlilər. Deyirdilər ki, həm yaxşı adamdır, həm də şəhərin qayğısına qalmağı bacarır. Gəncənin havasında, suyunda bilmirəm nə varsa, kim bura icra başçısı təyin edilirsə, dəyişir sanki. Ya iş başqa yerlərə görə daha çox məsuliyyət tələb edir və bu işin ardınca gələnlər bacara bilmirlər, ya da iş çox olduğu üçün “geri çəkilmə” prinsipi ilə işləyirlər.

Məsələn, bir neçə gün öncə ölkə başçısının səfərindən əvvəl yaradılan süni yaşıllıqların daşınması faktından danışaq. İcra hakimiyyəti çıxıb açıqlama verdi ki, hadisəni çəkən yalan danışır, biz ağacların yerini dəyişirik. Amma görüntüdə ağacların dibçəkdə-xüsusi qablarda olduğu görünürdü. Yəni bu ağaclar icra hakimiyyətinin “prezident gələndən gələnə üzə çıxardığı ağaclardır”. Prezident gedən kimi, ara sakitləşən kimi ağaclar yenidən həmin istixanaya qaytarılır.

Bir müddət öncə şəhid anası Vüsalə Məmmədovanın özünəqəsd cəhdindən danışaq. Qadın iddia edirdi ki, icra başçısı onu qəbul edib dinləmədiyi üçün bu addımı atıb. Yenə icra hakimiyyətindən bu faktın yalan olduğunu dedilər.

Sonra Qarabağ müharibəsi zamanı evinə mərmi düşən Vüsalə Əliyeva dəfələrlə aksiyalar keçirdi. Qadın ona düşən konpensasiyanı ala bilmədiyini iddia edirdi. O, dövlətin onun üçün ayırdığı vəsaiti almaq üçün yol bağlayaraq aksiya keçirmişdi. Yenə icra hakimiyyətindən məsələnin əsassız olduğu deyildi.

Və yaxud Gəncədə bir məktəb direktoru yoluxaraq dünyasını dəyişmişdi. Qızı yalvarıb, həkimlərin günahkar olduğunu deyirdi. Yazı çıxdıqdan sonra qız yenə yalvarmağa başladı, bu dəfə yazının saytdan çıxarılması üçün. Artıq qıza necə hədə-qorxu gəlmişdilərsə...

Və bir başqası; bir şəhid haqqında yazı hazırlamışdım. Şəhidin yaxınları İcra Hakimiyyətinin onlarla maraqlanmadığını iddia edirdi. Ertəsi gün ailə yazının çıxarılması üçün minnət edirdi.

Yaşananlar göstərir ki, Niyazi Bayramov həqiqətən gəncəlilərlə dil tapa bilməyib. Ya da Gəncədə diktatura rejimi hökm sürür. Hamı ondan qorxur. Kim ağzını açıb danışırsa, Niyazi Bayramovun "qılıncı" başının üzərində görünür.

Gəncə əhalisi mərddir. Bu davranışları qəbul edə bilməyənlər yurd-yuvalarını satıb uzaqlaşırlar. Bunu etməyə gücü çatmayanlar də üzündəki kədər-üzüntü ilə həyatlarını yola verirlər. Yəni Gəncəyə getsəniz, siz də həmin hüznü yaşayacaqsınız.

Maraqlısı budur ki, bir çox icra hakimləri təyin olduqları bölgələri öz xanədanlığı hesab edir və həmin əraziləri "öz qanunları" ilə idarə etməyə çalışırlar. Sanki həmin ərazinin şahı onlardır. Gəncədə də belədir. İnsanlar Niyazi Bayramovdan çəkinir. Çünki başa düşürlər ki, şaha qarşı çıxmaq ölüm kimi bir şeydir.

Məncə, icra başçıları təyin edilən zaman onlara xalqla ünsiyyətdə olmaq, xalqın dərdini öyrənmək, onlara yardım etmək vəzifəsi də verilir. Nə isə. Görünür ölkə başçısı xüsusi olaraq yenidən Gəncəyə bir daha nəzər salmalıdır.

Gəncə Qarabağ müharibəsində ən çox şəhid verən şəhərlərdəndir. Bunu Şəhidlər Xiyabanının yanından keçəndə eşitdiyiniz ah-nalə, ağlamaq səslərindən də hiss edə bilərsiniz. Onlar öz övladları üçün göz yaşı tökür, biz isə icra başçılarının öz mənfəətləri uğrunda məhv etdikləri Gəncə üçün...

Görünür, Gəncə mövzusuna hələ çox qayıdacağıq. Gəncəlilərin istəyi ilə...
Bizimyol.info
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...