Qoşqar Təhməzli Qarabağda VURUŞUB?.. - Rəsmilər heyrət içində susur...
Gundem / Sosial
Oxunub: 342
8 fev 2022 | 22:22
Qoşqar Təhməzli Qarabağda VURUŞUB?.. - Rəsmilər heyrət içində susur...


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin tərcümeyi-halına nəzər salanda, adam elə bil gülməli nağıl oxuyur. Qoşqar Təhməzlinin rəsmi avtobioqrafiyasından bəlli olur ki, tələbə olanda silaha sarılıb və vətən uğrunda vuruşub. Hətta guya yaralanıb da. Görəsən, Qoşqar Təhməzli bunları rəsmi şəkildə sübut edə bilərmi?

Heç kimə sirr deyil ki, xeyli sayda məmur yalandan özünə “Qarabağ veteran” sənədi düzəldib, hətta onun imtiyazlarından gen-bol istifadə də edir. Deyirlər ki, Qoşqar Təhməzli də belə “saxta veteran”lardan biridir. Teref.az yazır ki, əlbəttə, biz “Hürriyyət” olaraq bu haqda konkret iddia irəli sürmək fikrindən uzağıq. Amma Qoşqar Təhməzlinin əlində faktları varsa, ortaya qoymalıdır ki, hər kəs onun hansı cəbhədə, hansı bölgədə hərbi xidmət etdiyi, döyüşçü yoldaşlarının, komandirinin kim olduğu haqda bilgi əldə edə bilsin.

Bütün bunlarla yanaşı, biz media olaraq araşdırma aparmaq hüququmuzdan istifadə edib, suallarımıza cavab almaq üçün həm Müdafiə Nazirliyinə, həm də Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinə sorğu göndərdik.

Dövlət Xidmətindən "Hürriyyət"ə bildirildi: “Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin (Şəxşi toxunulmazlıq hüququ) 3-cü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu səbəbdən şikayət etdiyiniz şəxs barədə Sizə əlavə məlumat verilməsi qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil”.

Öncə onu qeyd edək ki, biz Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinin rəhbərliyindən AQTA sədri Qoşqar Təhməzlinin şəxsi həyatı barədə suallarımıza cavab vermələrini xahiş etməmişik. Yuxarıda qeyd etdiyimiz kimi, Qoşqar Təhməzlinin hansı hərbi komissarlıqdan və neçənci ildə hərbi xidmətə yollanması barədə araşdırma aparılması barədə sorğu göndərmişik. Əgər araşdırma aparılmırsa, demək, AQTA sədri barədə deyilən ittihamlar həqiqəti əks etdirir. Əgər həqiqtən də Qoşqar Təhməzli hərbi xidmətdə olubsa, faktlarla təqdim edilməlidir.

Təəssüf ki, Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətindən fərqli olaraq, Müdafiə Nazirliyi hələ də sorğumuza cavab verməyib.

Odur ki, istər Müdafiə Nazirliyinin, istər də Hərbi Səfərbərlik Xidmətinin rəhbərliyinin suallarımıza konkret cavab verilməsini səbrsizliklə gözləyirik. Ən azı ona görə ki, ortada bir saxtakarlıq faktı ola bilər və bu saxtakarlıqda adı hallanan şəxs sıradan bir vətəndaş deyil, kifayət qədər səlahiyyət sahibi olan rəsmi şəxsdir… //hurriyyet.az//
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib