Niyazi Bayramov özünü NECƏ TƏLƏYƏ SALDI... - AYIBDIR, VALLAH...
Gundem / Bolge
Oxunub: 347
4 fev 2022 | 19:19
Niyazi Bayramov özünü NECƏ TƏLƏYƏ SALDI... - AYIBDIR, VALLAH...


Bütün ölkə Gəncənin icra başçısı Niyazi Bayramovun "uzaqgörənliyindən" danışır, yazır. Azərbaycanın dövlət başçısı Gəncəyə səfər edir və səfər ərəfəsində icra başçısı ağacları çıxarıb yerində gül kolları əkir. Sonra da mediaya açıqlama verilir ki, ağacların yeri dəyişdirilir.

Gəncə şəhər İH başçısının müşaviri Arif Salahovun sözlərinə görə, aparılan abadlıq və quruculuq işləri çərçivəsində şəhərin yaşıllıq massivinə zərər vurmamaq üçün bu günə kimi 200-ə yaxın müxtəlif növ ağac köçürülərək yeri dəyişdirilib.

Bu xəbərin rəsmi tərəfidir. Amma sosial media və xəbər saytlarında bununla bağlı olaraq açıqlanan məlumatlar təmamən fərqlidir. Görünür rəsmi açıqlananan informasiyalar yetərli olmayıb deyə, Niyazi Bayramovun "üzürü qəbahətindən böyük" prinsipi ilə şləyib. Qayıdaq başqa bir məqama ki, yerli mediada "Gəncədə ağac oyunu", "İcra başçısı prezidenti necə aldadır?" başlıqlı yazıılar yayımlanıb. Lakin axtarış sistemlərinin çoxundan bi xəbərlər silinib.

Əcaba niyə? DİA.AZ xəbər verir ki, GUNDEMİNFO.AZ bu suala cavab almaq üçün bu gün gün ərzində Gəncə Şəhər İcra Hakimiyyətindən cavab almağa çalışsa da rəsmi sayta qeyd edilən telefon nömrələrinə cavab verən tapılmayıb.

http://ganja-ih.gov.az/page/36.html

Lakin sonradan saytımıza İcra Hakimiyyətindən rəsmi olaraq cavab təqdim edilib.

Gundeminfo.az-a təqdim edilən cavabı diqqətinizə çatdırırıq:

"Sözügedən ərazidə torpağın alt qatı daşlıqdır və yeni əkilən ağacların burada tutma ehtimalı aşağıdır. Bu amil nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və iştirakı ilə sözügedən ərazidə əkilən və əkilmək üçün gətirilən ağacların başqa yerə köçürülməsi təmin edilmişdir. Hazırda həmin ərazidə gül kolları və qazon sahəsi salınır". Gülnar Fazilqızı - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi.

- Gülnar xanım ağaclar nə zaman əkilib həmin əraziyə?
- Yeni əkilib, iki-üç gün olar.
- Niyə məhz Dövlət Başçısının Gəncəyə rəsmi səfəri ərəfəsində çıxarıldı? Bir gün sonra və ya bir gün əvvəl deyil?
- Sadəcə təsadüfdür.
- İctimai rəydə ağacların görüntü olaraq əkildiyi, daha sonra isə çıxarıldığı haqda müzakirələr var buna münasibətiniz necədir?
- Bu fikir təbii ki, həqiqətə uyğun deyil. Ən azı ona görə ki, sözügedən ərazi Dövlət Başçımızın ziyarət etdiyi obyektlərdən kənardadır. Gəncə şəhərində yeni yaşıllıq zolaqlarının yaradılması, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilməsi il ərzində mütəmadi şəkildə həyata keçirilir. Bir daha qeyd edim ki, sözügedən ərazi ağacların tutması üçün əlverişli deyil. Yeni əkilən ağaclar qurumasınlar deyə, ərazidən köçürülüblər və hazırda ora qısa köklü gül kolları əkilir.
- Yəni ağaclar əkilən zaman ərazinin relyefi niyə nəzərə alınmayıb ?Necə oldu ki, məlum oldu ağacların kökü daşlıqdır?
- Ağaclara heç bir zərər dəyməyib, mütəxəssislərin iştirakı başqa münbit şəraiti olan bir yerdə daha yaxşı böyüyəcəklər. Həmin ərazidə isə işlər davam edir və dediyim kimi gül kolları əkilir.
- Relyef baxımından ərazi ağacların əkilməsi üçün uyğun hesab olunub, lakin sonradan əkilən ağacların əraziyə uyğunlaşmadığı müşahidə edilib. O ərazidəki tökmə torpaqdır, alt hissəsi daşlıqdır. Ağacların qurumasının qarşısını almaq üçün də belə bir addım atılıb.

Daha sonra isə 05.42.8373 - Vüsal Balayevlə əlaqə saxladıq. V.Babayev MKTİB-in mətbuat katibidir. Vüsal Babayevlə söhbət edərkən bəlli olurdu ki, MKTİB-nin məsul vəzifəli şəxsləri dibçəkdə Şam ağacı əkilməsini uyğun biliblər. Daha sonra da bəlli olub ki, ərazi ağac əkiminə uyğun deyil. Və beləcə bəlli olur ki, ağaclar əslində həmin ərazidə müvəqqəti əkilib, öncədən uyğun relyef olmadığı bəlli imiş. Gundeminfo.az olaraq qeyd edək ki, Vüsal Babayevlə telefon danışığımız zamanı ona dəfələrlə verdiyimiz suallar və aldığımız cavabların qeyd edilyini bildirdik, Buna etirazı olub-olmadığını soruşdsuq və həmsöhbətimiz buna etiraz etmədiyini bildirdi.

Lakin bu cavab bütün yerli media orqanlarında yayımlanıb. Buna baxmayaraq təqdim edilən iddialar hələ də müzakirə edilməkdədir. Görünür Gəncə Şəhər İcra Hakimiyyətində düşünüblər ki, qış fəslidir və ağacları bir neçə gün ərzində yerini dəyişmək olar. Həm də el dilində desək vedrənin içində torpağa basdırıb hara istəsək daşıya bilərik...

Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest