Cəbrayılın icra başçısı sakinlərə deyir ki, “MƏN İŞ VERƏNƏM..?” – Qazini qəbul etməyə 5 dəqiqə vaxt tapmayan icra başçısı Kamal Həsənov niyə vəzifəsində qalmalıdır ?
Gundem / Bolge
Oxunub: 382
4 fev 2022 | 21:45
Cəbrayılın icra başçısı sakinlərə deyir ki, “MƏN İŞ VERƏNƏM..?” – Qazini qəbul etməyə 5 dəqiqə vaxt tapmayan icra başçısı Kamal Həsənov niyə vəzifəsində qalmalıdır ?


Son 1 ildə ölkədə çox ciddi ictimai-siyasi proseslər baş varib. 44 günlük müharibənin sonunda işğal altında olan rayonlarımız, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa və digər ərazilərimiz azad olunub. Və tədricən əhali öz dədə-baba torpaqlarına qayıdır.
Deməli, icra başçılarının “qaçqın və məcburi köçkün ”adı altında “dincəlmələri” söhbəti bitib.
Açıq etiraf etmək lazımdır ki, 30 il bəzi icra başçıları “olmayan rayonlara” icra başçısı olmaqla milyonlara sahib oldular. Bu proses artıq bitməlidir.
Son günlər Cəbrayıl rayon sakinlərinin ölkə rəhbərliyinə müraciəti maraq doğurur.
Belə ki, sakinlər tələb edir ki, ölkədə situasiya dəyişib, İCBA BAŞÇISI DƏYİŞMƏLİDİR.
Əlbəttə, icra başçısını təyin və azad etmək Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Amma…

Əmması odur ki, vətəndaşlar, hətta bir ayağı olmayan Qarabağ qazisi deyir ki, neçə aydır Cəbrayılın icra başçısı Kamal Həsənovun qəbuluna düşə bilmirəm.
Biz Gündəlik-Bakı olaraq başa düşürük ki, icra başçılarının sehrli çubuğu yoxdur ki, yığılmış problemləri 1 saatda həll etsin. Amma vətəndaşı 5-10 dəqiqə qəbul edib problemi ilə tanış olmaq nə çətin işdir.
Necə olur ki, Prezident bir gündə ölkənin ən ucqar bölgələrində ola bilir, vətəndaşların problemləri ilə maraqlanır, amma Cəbrayılın icra başçısı vətəndaşı qəbul edə bilmir. Bu əməl bir başa Prezidentin etimadına qarşı hörmətsizlikdir. Deməli, Cəbrayıl və digər rayonların sakinlərinin tələbi haqlıdır.
Sakinlər deyir ki, Kamal Həsənov rayonda “vərəsəlik” tətbiq edir, kimisə vəzifədən çıxarıb yerinə əmisi oğlunu, yaxud xalası oğlunu təyin edir. Bu tayfa psixologiyasıdır…
Nə qədər yazmaq olar ki, 2003-cü ildə cənab İlham Əliyev Prezident seçiləndə bəyan etdi ki, tayfa psixologiyası, feodal təfəkkürü ilə heç nəyə nail ola bilmərik…
Görəsən, bunları icra başçısı Kamal Həsənov bilmir, yoxsa bilmək istəmir..?
Adam Mərkəzi Bankın sədri Elman Rüstəmovun qohumu olanda nə olar ?
Məşhur felyetondakı “Həsən ağanın qohumu…” məsələsi yada düşür.

Bəli, Cəbrayılın icra başçısı Kamal Həsənovun ömür yoluna nəzər salanda bəlli olur ki, bu adam düz 20 il (1996-cı ildən 18.04.2016-cı il tarixədək) Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir. Özü də Lisenziya şöbəsinin. Və oradan da Cəbrayıla icra başçısı təyin olunub.
Deməli, Kamal Həsənov rayona bankir kimi baxır, onu ancaq qazanmaq, qaz vurub qazan doldurmaq düşündürür.
Cəbrayıl sakinləri yazır ki, rayonun Təhsil şöbəsində, qaçqın məktəblərində 100- lərlə “ölü canlar” var.
Bunların maaşını kim alır, cənab başçı ?
Guya bunları görmürsünüz..?
Cəbrayıl sakini yazır ki, iş üçün dəfələrlə İcra başçısına müraciət etmişəm, icra başçısı deyir ki, MƏN İŞ VERƏNƏM..?
Sakin yazır ki, Kamal Həsənov və onun ətrafındakılar torpağın yaxşısını, su olan hissəsini başqa-başqa adamların adına keçirib, özləri əkib-becərirlər. Əldə etdikləri məhsulu əkin vaxtı baha qiymətə toxumluq kimi satırlar. Biz isə su da tapa bilmirik. İş üçün müraciət edən icra başçısı xanımlara deyir “ərlərinizi buraxmırsınız, gedib başqa yerdə işləsin. Saxlamısınız yanınızda”. Hörmətli Prezident, bu nə deməkdir?
İcra başçısının vətəndaşla bu cür danışmağa ixtiyarı varmı?
Əslində Biləsuvarda məskunlaşan Cəbrayıl sakinləri aksiya keçirəndə Kamal Həsənovun məsələsi bitməli idi. Ki, niyə camaatı bu həddə çatdırmısan, niyə vaxtında sakinlərin problemi ilə maraqlanmamısan ?
Sözün qısası, Cəbrayıl sakinləri Prezidentə müraciət edir:
Cənab Prezident, Kamal Həsənov Sizə layiq, vəzifəsinə layiq insan deyil. Bütün işləri özünün, müavinlərinin yaxınlarına verib.Kamal Həsənov heç bir işə yaramır. Ötən 6 ildə Kamal Həsənov Cəbrayıl camaatı üçün heç bir iş görməyib.
Bütün bunlardan sonra nəyi gözləyirsən, cənab Kamal Həsənov ?
Adama daha nələr deyərlər ?
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gundəlik Bakı
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest