Jurnalisti təhqir edən mədəniyyətdən kənar Yevlax Mədəniyyətinin siması Rafiq Məmmədovu kim müdafiə edir - İlyas Hacıyev yoxsa cənab nazir?
Gundem / Bolge
Oxunub: 590
2 fev 2022 | 20:55
Jurnalisti təhqir edən mədəniyyətdən kənar Yevlax Mədəniyyətinin siması Rafiq Məmmədovu kim müdafiə edir - İlyas Hacıyev yoxsa cənab nazir?


Anar Kərimov Mədəniyyət naziri təyin ediləndən sonra nazirliyin strukturunda kadr islahatlarına başlayıb. Aparılan bu islahatlarda sabiq nazir Əbülfəz Qarayev və onun korrupsioner komandasının üzvüləri bir-bir vəzifələri ilə vidalaşırlar. Məlum olduğu kimi son 10 ildə Mədəniyyət Nazirliyində korrupsiya tüğyan halına gəlib çatmışdı. 2017-ci ildə yaradılan Regional Mədəniyyət İdarələri isə sözün həqiqi mənasında korrupsiya yuvalarına çevrilmişdi. Anar Kərimov nazir əvəzi kimi vəzifəsinin icrasına başlayan kimi ilk işi nazirlikdə və Regional Mədəniyyət İdarələrində illərlə kök atmış korrupsiya şəbəkəlrini dağıtmağa başladı. Məhz 1 il 1 ay müddətində Regional Mədəniyyət İdarələrinin rəisləri vəzifələrindən uzaqlaşdırıldı və onların yerinə korrupsiyaya bulaşmamış gənc kadrlar təyin edildi.

Təəssüf doğurucu haldır ki, hələ də adı müxtəlif qalmaqallarda və korrupsiya maxinasiyalarında çəkilən şəxslər vəzifələrinin başında işlərini davam etdirirlər.

KanalS.az xəbər verir ki, belə məmurlardan biri də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevdir. Bütün regional idarələrin rəisləri vəzifəsindən çıxarılsa da İlyas Hacıyevə nədənsə toxunan yoxdur.

Aldığımız məlumata görə 66 yaşını keçən il qeyd edən İlyas Hacıyev hazırda Bərdə Regional Mədəniyyət İdarəsində uzadılmış müqavilə əsasında rəis vəzifəsində işləyir.

Ötən günlərdə redaksiyamıza daxil olan məlumat İlyas Hacıyevin qanunsuzluqlarını bir daha sübut etdi.

Daxil olan məlumata görə, Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu Mədəniyyət Mərkəzinin filialı olan Bəşir Səfəroğlu adına kukla teatrının müdiri və Mədəniyyət Həmkarlarının sədri Zöhrə Adıgözəlova mədəniyyət işçilərinə maddi yardım yazıb, sonradan işçilərinin əlindən alır. Təbii ki, İlyas Hacıyevin bu işdə barmağı olmaya bilməz. Çünki həmin idarə onun tabeliyində fəaliyyət göstərir. Hələ bu azmış kimi adı mədəniyyət idarəsində işdə gedib özləri işə gəlməyən şəxslərin əmək haqqı kartlarınıda mənimsəyiblər.

Qeyd olunan məlumatla bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu üzrə nümyəndəsi Rafiq Məmmədovun KİV-nin nümayəndəsini təhqir etməsi isə bir başa cinayətdir. Bununla da İlyas Hacıyevin rəhbərlik etdiyi idarə öz “mədəniyyətini” ölkə ictimaiyyatına bir daha sübut etdi.



Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunu heçə sayan və həmin qanunu kobud şəkildə pozan Rafiq Məmmədovla bağlı Mədəniyyət Nazirliyində Xidməti araşdırma başladılsa da, hansısa sehirli qüvvə həmin qərardan narazıdır. Yəni Rafiq Məmmədovu işdə saxlamaqda qərarlıdır.

Xatırladaq ki, 2020-ci ildə Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən əməliyyat-istintaq zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, xidmət rəisi Zakir Sultanov həbs edilib. Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı yayılan rəsmi video məlumatda Regional Mədəniyyət İdarəsi rəislərinin hər ay Rafiq Bayramova külli-miqdarda rüşvət verdikləri ilə bağlı siyahıda üzə çıxarılmışdır. Həmin siyahıda Bərdə Regional Məədniyyət İdarəsinin rəisi İlyas Hacıyevin ayda nazir müavini Rafiq Bayramova 5000 (beş min) manat verməsi qeyd edilib.

Siyahıda adı keçən bütün Regional Mədəniyyət İdarə rəislərinin işdən çıxması ancaq İlyas Hacıyevin pensiya yaşı çatmasına rəğmən vəzifədə saxlanılması qaranlıq məqamlardan xəbər verir.

Belə ki, ya gənc nazir Anar Kərimov doğrudan da İlyas Hacıyevi unudub, ya da Bərdə Regional Mədəniyyət İdarəsi rəisini nazirdən də güclü bir qüvvə ( “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov) qoruyur.

İnanırıq ki, bizim yazımızdan sonra İlyas Hacıyev gənc nazir Anar Kərimovun yadına düşəcək.

Qeyd edək ki, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən rəhbərlik edir. Ondan əvvəl isə Bərdə Mədəniyyət idarəsinin rəisi olub.

KanalS.az


Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...