Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?
Gundem / Bolge
Oxunub: 282
31 yan 2022 | 23:39
Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?


Əhəd Abıyev Azərbaycanda ən təhlükəli və qeyri-adekvat davranışlarını öz vəzifəsinə yük edən icra başçılarından biridir. Bu boksyor adam deputat olanda qanunverici orqanın əslində bir siyasət meydanı və boks zalı olmadığını anlamadığı kimi, uzun illərdir Daşkəsənə hansı ali məqsədli təyinatla başçı göndərildiyini də tam dərk edə bilməyib. Adamın gündəlik leksikonunda, intriqant şüurunda, demək olar ki, bütün açıqlamalarında bir "müxalifət"çi damğası bitib. Öz uğursuz və qalmaqallı fəaliyyətilə əslində prezidentin mövqeyinə qarşı müxalifin yekəsinə çevrilmiş Abıyev rayonda aşıladığı problemləri zaman-zaman bayağı siyasi açıqlamaları ilə ört-bas etməyə cəhd göstərib, həqiqətlərin zərbəsindən qaçaraq dağın-dərənin bir tinində sanki “qorunmağa” çalışıb. Onun hər niyyət və cəhdinə rəğmən, onsuz bütün ölkə ictimaiyyəti yaxşı bilir ki, Abıyev 10 ildir ucqar dağ rayonunun lap əhədini kəsib. Abıyev “siyasəti”, atdığı çamurlar da çox uzağa getməyib, əksinə, öz əlini özünün nataraz imici qədər murdarlayıb.
“Demokratik.Az” saytının 14 yanvar 2022-ci il tarixli buraxılışında dərc edilmiş "Daşkəsən təhsili necə idarə olunur? 5 il əvvəlki Akt-dan boylanan acı həqiqətlər" başlıqlı YAZI BURADA yer alan faktlar Daşkəsəndə təhsil adına anarxiya mühitinin olduğunu göstərir. Lakin, bu yazıda üzərinə gedəcəyimiz məsələ təkcə rayondakı təhsilin naxoş durumu deyil, həm də yazıya Daşkəsən İHB tərəfindən sərgilənmiş münasibətdir. Abıyevin də yazılanlara şəxsi qavramını, tənqidi siyasiləşdirmək cəhdlərini nəzərə alsaq, Daşkəsəndə idarəçiliyin hansı səviyyədə, hansı səmimiyyətdə olmasına diqqət ayırmaqda fayda var.

İHB (əslində Əhəd Abıyev-red) rəsmi sənəd əsasında işıq üzü görən məlum yazımıza cavab olaraq yazır ki, guya:
SİTAT: “Yazı qeyri peşəkar, qərəzli, dəqiqləşdirilməmiş məlumatlar əsasında müxalifətçi maraqlı şəxslər tərəfindən hazırlanmışdır və məqsəd işgüzar nüfuzu ləkələmək, cəmiyyətə həqiqətə uyğun olmayan informasiya ötürməklə ictimai fikri çaşdırmaq, guya bununla da sensasiya yaratmaqdır. Birmənalı olaraq bildiririk ki, yazıda keçən məqamların heç birinin Daşkəsən Rayon İcra Hakimiyyətinə, o cümlədən də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamı ilə ləğv edilmiş Daşkəsən Rayon Təhsil Şöbəsinə aidiyyəti yoxdur”. Daşkəsən İHB ardınca, heç bir məsuliyyət hiss etmədən və utanmadan sayıqlamağına davam edir:
SİTAT: “Demokratik.az və digər saytlarda Daşkəsən rayonu ilə bağlı dəqiqləşdirilməmiş, tamamilə qərəzli, heç bir həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli, ayrı-ayrı müxalifətçi maraqlı şəxslərin təşkilatçılığı ilə vaxtaşırı qarayaxma kampaniyası aparılır, yazılar dərc edilir. Sözügedən yazı da həmin qarayaxma kampaniyasının tərkib hissəsidir. Məsələ ilə bağlı hüquqi tədbirlərin görülməsi üçün tərəfimizdən aidiyyəti üzrə müraciət ediləcəkdir”-deyə bayağı mövqeyinə hədələyici nöqtəsini də vurur.
Abıyevin tapşırığı və iradəsilə yayılan açıqlamadan oxuyuruq ki, Daşkəsən İHB rəsmi bəyanatında dəfələrlə “müxalifətçi” sözünün arxasında gizlənməyə çalışır. Sanki, özlərinin siyasi əqidələrinə şübhə ilə yanaşaraq, etimadı doğrultmadıqları halda da iqtidarın sadiq xidmətçiləri olduqlarını xatırladırlar. Arınca da, siyasətlə ilgisi olmayan, öz jurnalist peşə fəaliyyəti boyunca ölkə prezidenti cənab İlham Əliyevin çağırışlarına önəm verərək iqtidarı dəstəkləyən bir media orqanını – yazı müəllifi Osman Nərimanoğlunu “müxalifətçi” deyib uğursuzca hədəfə alırlar.
Təəssüf ki, bunu edərkən nə Əhəd Abıyev, nə də əlaltıları özfəaliyyətlərilə, Daşkəsəndə təhsili uçuruma aparmış lallıq, karlıq və korluq vərdişlərilə özlərinin bu dövlətə qarşı daha təhlükəli müxalifətçilik etdiklərini unudurlar. Əhəd Abıyev sizcə anlamırmı ki, öz yarıtmaz əməllərilə əgər rayon təhsilinə, rayonun mədəniyyətinə və digər ictimai-siyasi mühitinə 10 ildir ki, vurmuş olduğu zərbələr Azərbaycan iqtidarının daxili siyasətinin ziddinədir? Niyə Abıyev anlamaq istəmir ki, oturduğu kürsüdə etimada dönük çıxırsa, rayonda çeşidli korrupsiya və rüşvətxorluq mexanizmi hələ də davam edirsə, təhsili axsaq edirsə elə özüdür ən yekə “müxalifətçi”!

Deməli ki, bu cənab Abıyev açıqlamasında Daşkəsən Rayon Təhsil Şöbəsinin varlığını və 10 illik fəaliyyətini inkar etməklə açıqlamada əsaslandırdığı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesindəki rolundan da xəbərsiz olduğunu təsdiq edir. Bütün ölkə bilir ki, rayon təhsil şöbələri Bakı, Gəncə kimi şəhərlərin rayonları üzrə ləğv edilsə də Daşkəsən kimi regional rayonlarda struktur islahatları olaraq ləğv edilməyib. Və hələ də Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Təhsil Nazirliyinin elan etdiyi regional Təhsil idarələri faktik fəaliyyətə başlamayıblar. Hələ də Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi kağız üzərində tam icrasını gözləyir.
Bundan başqa, Əhəd Abıyevin qol qoyduğu açıqlamadakı dezinformasiyanın biri də rayon təhsil şöbələrinə müdir təyinində İHB-nin rol oynamadığını ifadə etməkdir. Halbuki, hamı üçün aydındır ki, təhsil şöbələrinin müdirlərinin təyini Təhsil nazirliyilə paralel, yerli icra hakimiyyəti başçısının sərəncamı ilə aparılır. Hazırda Daşkəsən TŞ-yə rəhbərlik edən Məmmədov Zaur Hacı oğlu da məhz Əhəd Abıyevə yaxın kadr sayılır. Daşkəsənin sabiq mədəniyyət müdiri olmuş mərhum Hacı Məmmədovun oğlu Zaurun müdir təyinatından bu yana öz vəzifəsini o qədər də uğurla icra edə bilməməsi, əsasən özünün və Abıyevin maraqlarına hizmət etməsi acı bir faktdır. Bizim üçün isə əsas maraq dövlət və millət maraqlarına hizmətdir ki, məhz bu ali istək nə Abıyevin və Daşkəsən təhsil şefinin bəzi idarəetmə davranışlarında yoxdur.
Qalır Daşkəsən Təhsil şöbəsindəki və məktəblərdəki çeşidli özbaşınalıqlara, yaxın günlərdə təkzibedilməz faktlarla aram-aram diqqətinizə xəbərlər ərz edəcəyik...
Osman Nərimanoğlu
Demokratik.Az
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...