Mingəçevir Tibb Kollecində şıdırğı alver gedir, tələbələr isə rüşvət bataqlığında çabalayır
Gundem / Bolge / Maraqli
Oxunub: 705
29 yan 2022 | 22:50
Mingəçevir Tibb Kollecində şıdırğı alver gedir, tələbələr isə rüşvət bataqlığında çabalayır



Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları,saxta diplom qalmaqalları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib. Mingəçevir Tibb Kollecinin bir qrup tələbəsi təhsil aldıqları bu müəssisədə rüşvət yığımlarının durmadan artdığını iddia edirlər. Teref.az xəbər verir ki, bu haqda Dünynaınsəsi.Az saytına Kəlbəcər, Yevlax, Bərdə, Goranboy və Mingəçevirdən olan bir neçə valideyin və tələbə şikayət edib.
Adlarının açıqlanmasını ona görə istəmirlər ki, sonra Mahirə Verdiyeva onlara göz verib, işıq verməyəcək. Hətta, hər an uşaqlarımızı şərləyə də bilərlər. Şikayətçilər iddia edirlər ki, Mingəçevir Tibb Kollecində qış ssesiya imtahanları ilə bağlı “taksa” müəyyənləşdirlib.Bəzi valideynlərin övladları ödənişli əsaslarla qəbul olunmasına baxmayaraq illik təhsil xərcini də tam ödəyiblər.Buna baxmayaraq hər ayda tələbələrdən yığılan 80 manat da şöbə müdiri Xurma xanımın stolunun siyirməsinə toplanır və oradan da direktor Fikrət Zeynalovun kassasına. Sonra isə pay bölgüsü başlanır. Cənab Zeynalov toplanmış pulu “gözünün nuru” olan müavini Mahirə Verdiyeva, balaca boyuna rəğmən çox böyük işlər aşırmaq ustası olan şöbə müdiri Azər Quliyev və pulyığıan şöbə müdiri Xurma Səfiyarova arasında bölür. Təbii ki, ən çox pay Mahirə xanıma düşür. Hazırda Mingəçevir Tibb Kollecində 700 tələbə təhsil alır. Belə ki, hər bir imtahana görə tələbələr qurup nümayəndələrinə 30 manatdan pul yığıb verirlər.Hər bir tələbə valideyni 8 imtahana görə builki qış sesiyasında nə az, nə çox 240 azn vəsait xərcləməlidir. Valideynlər bildirir ki, şöbə müdirləri dərimizi soymaqla yanaşı həm də övladlarımızı hər gün hədələyirlər ki, kim pul verməyibsə kollecdən qovulacaq. Burdan görünür ki, Mingəçevir Tibb Kollecində ölkə rəhbərinin göstərişi ilə ölkədə aparılan Korrupsiya və rüşvətxorluqa qarşı mübarizə tədbirlərindən hələ də məlumatlı deyillər. Valideynlər iddia edir ki, harasa şikayət edəcəkləri halda tələbə kollecdən qovulacaq hədə qorxusu gəlinir. İnanırıq ki, məsələ ilə bağlı yeni təyin olunmuş Səhiyyə naziri Teymur Musayev və hüquq-mühafizə orqanları araşdırmaya başlayaraq ictimaiyyətə məlumat verəcəklər. Redaksiya olaraq Mingəçevirin sabiq polis rəisi Ələsgər Bədələvun “dostu”, bir vaxtlar çəkildiyi “klip”lə məhşur olan Kollec direktoru Fikrət Zeynalovun mövqeyini dərc etməyə hazırıq.
P.S. Kollecinin direktoru “Fiko” ləqəbli Fikrət Zeynalov açıq şəkildə bildirir ki, kimsə mənə heç nə edə bilməz.Çünki mən hər yerin-Səhiyyə nazirliyinin, prokurorluğunun və digər qurumların haqqını vaxtlı-vaxtında verirəm. Elə danışırsınız ki, guya hansı ölkədə yaşadığınızı bilmirsiniz.
Redaksiya olaraq inanərəq ki, yeni təyin edilən Azərbaycanın səhiyyə naziri Teymur Musayev cənabları Mingəçevir Tibb Kolecində uzun illər kök salmış bu rüşvətxorluq bataqlığını qurudub təhsil ocağında yeni kadr islahatı aparacaq.
Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"