Nazir müavini Vüqar Kərimovun ölkə ekologiyasına vurduğu ziyanın əvəzini kim ödəyəcək
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 655
22 yan 2022 | 22:19
Nazir müavini Vüqar Kərimovun ölkə ekologiyasına vurduğu ziyanın əvəzini kim ödəyəcək




Biz, dəfələrlə ölkəmizdə olan ekoloji problemləri xəbər portallarımızda işıqlandırmışıq. Amma çox təəssüflər olsun ki, bununla bağlı müsbətə doğru hər hansı bir addım atılmamışdır. Meşələrimizdə olan "yaşıl terror"un başında Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namik Xıdırovun olduğunu deyirdik, sən demə bunun başında Namik Xıdırov cənabları yox, bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov dayanır. Vüqar müəllimin ölkə ekoloji sisteminə vurduğu ziyanın sayı-hesabı yoxdur. Görəsən, Vüqar müəlliminin vurduğu bu qədər ziyanları kim ödəyəcək?!
İstərdik ki, həmin cinayətlərin bir neçəsini sadalayıb, bir başa Vüqar müəllimin özünün bunlara açıqlama verməsini gözləyək:

- Öz dost-tanışlarını Regional Meşə Təsərrüfatları Mərkəzlərində yerləşdirmək;
Tələbə yoldaşı
Adəm Ismiyevi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirmişdir. Halbu ki, Adəm ixtisasca bədən tərbiyə müəllimidir və o, həmin vəzifəyə Cəlilabad Rayon İcra Hakimiyyətindən transfer olunmuşdur. Sual olunur Vüqar müəllimə: Ölkəmizdə kifayət qədər meşəçilər olduğu halda, heç soruşsanız belə ağacların cinsini, meşənin funksiyasını bilməyən bir idman müəllimini nə məqsədlə Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor vəzifəsinə təyin etdirmişdiniz ?! Görün, Adəm İsnmiyev də necə arxayınçılıq yaranmışdı ki, sənəti olmayan silahla, vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni (ov qadağan olan yerdə) meşələrdə ki, heyvanların ovuna çıxmışdır və məsələnin üstü açılandan sonra A.İsmiyevə ən yaxşı variant "ərizəni yaz, işdən çıx) Deyilənə görə, Vüqar Kərimov dostu Adəmə deyib ki, narahat olma qoy bir az ara sakit olsun, səni bir başa Nazirliyə yanıma çəkib gətirəcəm;
Vüqar Kərimovun Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində "qara kassa"sı olan dostu , el arasında "şpal Sərraf" ləqəbilə tanınan, təhsili olmayan belə Sərraf Quliyevi Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə baş mühafizə mühəndisi vəzifəsinə təyin etdirdi. Sərraf Quliyev bir neçə il bundan öncə Masallıda kı, mebel sexlərinə "şpal" (material) daşıyırdı. Sual: təhsili olmayan və tərçümeyi-halını belə yaza bilməyən bir şəxsi bu böyük vəzifəyə neçə qoyublar?;
Vüqar müəllimin yaxını olan iki qardaşı: Yadigar Əmirovu Hirkan Milli Parkına, Ceyhun Əmirovu isə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə sahə rəisi vəzifəsinə təyin etdirdi. Yadigar Əmirov təhsili olmadığı halda bu vəzifəyə neçə gəldi?
Ceyhun Əmirov isə Haftoni meşəbəyliyində olan "Beta" şirkətinə verilən icarəyə görə işdən uzaqlaşdırıldığı halda, neçə oldu ki, onu yenidən vəzifəyə gətirdilər?;
-Dövriyyədə olan əkinlərin baxımsızlığdan batması və buna görə heç kimin cəzalanmaması. Olmayan əkinlərə saxta naryadların (xidmət, suvarma) yazılması.
Batan əkinlərin gizlədilməsi. Faktiki olmayan əkinləri, oldu kimi göstərib 5 il, olmayan təbii bərpaları isə 7 ildən sonra saxta yolla örtülü meşə sahəsinə keçirmələri. Vüqar müəllim gəlib sözügedən əkin və təbii bərpaları göstərsin;

-Dövlət meşə fondu və qeyri-meşə torpaqlarının qazılıb satılması. Bu barədə kifayət qədər əlimizdə sübut olaraq material (videoçəkiliş vı fotoşəkillər) vardır;

-Dövlət meşə fondunda olan torpaqların vətəndaşlara ev yeri və digər tikililər üçün satılması. Son bir ilin sputnikdən çəkilmiş şəkilləri bunun əyani sübutudur;
-Dövlət meşə fondunda olan zəbtlərin (ev, ferma, mal-qara tövlələri, istirahət mərkəzləri və s). Hazırda meşələrdə mal-qara saxlanılır və fermaların akt yazmasında dövlətə dəymiş ziyan yazılmır (gizlədilir) ;

-Dövlət meşə fondunda olan torpaqların kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə vətəndaşlara satılması: Məsələn, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzininın Göytəpə meşəbəyliyinin 18 saylı dolayında 40 hektardan çox meşə torpağı qeyri-qanuni yolla kənd təsərrüfatı bitkiləri əkilir;

-Dövlət meşə fondunda 150 hektardan çox meşə torpağın sahibkarlara(ferma sahiblərinə) örüş kimi satılmasıi:
Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında 40 hektardan çox yer,
Yeyənkənd meşəbəyliyin 16 saylı dolayında 30 hektar və 14 saylı dolayında isə 40 hektardan çox yer örüş kimi , orada olan mal-qara tövlə (ferma) yiyələrinə satılması;

-Dövlət meşə fondunda salınan balıqçılıq gölləri: Yeyənkənd meşəbəyliyində bir neçə göl;

-Saxta qırma sahələri:
Sanitar qırma adıyla ağaclar nömrələnir: Bir ağaca iki nömrə, 30 dərəcə mailliyi çox olan yerdə vurulan nömrələr, doluluğu 0.5 dən aşağı olan meşələrdə vurulan nömrələr və seçib "işlik" materiallıq üçün sağlam ağaclara nömrələrin vurulması;

-Mühafizəyə aid olmayan (damğası olmayan) işçilərin meşələrə salıb, saxta yoxlamaların keçirilməsi. Bəzən əmrsiz yoxlama və həmin işçilərin qırıntılara akt da tərtib etməsi;
-Saxta yoxlamaların keçirilməsi ; ildə 6 dəfə keçirilən operativ, 2 yaz-payıb və 2 nəzarəti yoxlama;

-İstirahət mərkəzlərinə müqavilələrin bağlanmaması və ya artırılmaması. İstirahət mərkəzlərinin əksəriyyəti müqavilə bağlamaq və vaxtı bitən müqavilələri artırmaq üçün Meşələrin İnkişafı Xidmətinə müraciət etsələr də, çox təəssüflər olsun ki, onlara bildirmişdilər ki, hələlik müqavilə bağlanmır. Deyilənə görə, hər il sözügedən istirahət mərkəzlərindən haqq (dolya) yığılır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində o dolyanı Abturab Bağırov yığır;

-Qeyri-meşəçi və orta ixtisas təhsillilərin Regional Meşə Təsərrüfatı Mərkəzlərində baş mühəndis və mütəxəssis vəzifələrini tutması. Adını da yalandan qoyullar ki, guya ali təhsilli və məşəçi kadrlar tapa bilmədiyimiz üçün bunları baş vəzifələrə yığmışıq və s.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı