Əli Həsənov növbəti dəfə dövlət çevrilişi hazırlayır - “MAXE”lərin əli ilə FOTO
Gundem / Sosial / Maraqli
Oxunub: 428
18 yan 2022 | 22:50
Əli Həsənov növbəti dəfə dövlət çevrilişi hazırlayır - “MAXE”lərin əli ilə FOTO


Günlərdir “Tolik” adlı məxluq hərbçiləri, daha dəqiq desək, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçuları (MAXE) təhqir edir, söyür, “dövlətin kəbinli arvadı” deyib alçaldır, üstəlik, hədələyir, şantaj edir. O, bu iyrənc əməlləri ilə təkcə hərbi qulluqçuları yox, Vətən savaşında şəhid olan 769 MAXE-nin ruhunu təhqir edir. Ailəsində hərbi qulluqçu olan hər kəsin heysiyyatına toxunur. Və təəssüf ki, günlərdir davam edən bu vəziyyətə aidiyyəti qurumların heç bir ciddi reaksiyasını görmürük. Hətta ən xırda səhv edən şəxsin üzr videosunu yayan Daxili İşlər Nazirliyi belə, başından böyük qələt edən Toliklə bağlı, heç olmazsa, məlum video tədbirini görmədi. Əksinə qıcıq doğuran açıqlama verildi: “Tarix Əliyev özü barəsində tədbir görüb”.

Bəs görəsən Tolik ölkənin onurğa sütunu hesab edilən hərbçiləri niyə təhqir edir? Bir qədər də konkretləşdirsək, kimə güvənərək bu addımı atır? Özünün təbirincə desək, bəs o özü, kimin kəbinli arvadıdı? Niyə bizim əzizlərimizi ləkələyən bu adam cəzasız gəzir?

İlk sualın cavabına özü aydınlıq gətirir ki, guya hansısa MAXE onun atasını söyüb. Və bu cavabından növbəti suallar yaranır ki, onları yazaraq əsas mətləbdən çox da uzaqlaşmaq istəmirik. Sadəcə bir sualdan başqa - atasının verdiyi Tarix adından imtina edən bir şəxs üçün ata nə zamandan müqəddəs hesab olundu?

İndi keçək əsas məsələyə. Lap əvvəldən başlayaq. Kimdir Tolik? Prodüsser, konsert təşkilatçısı, toy danışan, müğənnilərin PR-ını aparan, bir sözlə, disk daşıyan. Və bu şəxs tez-tez ifaçılarla davalar salır, işlədiyi şəxslərin alt paltarlarının modelinə qədər bütün sirlərini ifşa edir, qalmaqallar yaradır, bir sözlə, gündəmə gəlmək üçün hər üsula əl atır. Və günlərin birində bu məxluq aparıcı kimi boy göstərməyə başlayır. Əxlaqdan, tərbiyədən, mədəniyyətdən, insanlıqdan bixəbər şəxs insanlara özündə olmayandan dərs keçir. Və alınır da! Azərbaycan televiziyalarını kanalizasiyaya çevirən, jurnalistikanın fatihəsini verən Əli Həsənov Toliki efirə yamayır, o vaxt sahib olduğu Xəzər kanalında ona efir verir, ulduz kimi tamaşaçıya sırıyır.

Ancaq sən demə Tolik cənab Həsənovun “uzaqgörən siyasəti”nin bəhrəsiymiş. Nə zamansa dördəlli qamarladığı taxtından endiriləcəyini yəqin etdiyi üçün Toliki gələcəkdə maşa kimi istifadə etmək üçün hazırlayırmış. Və elə hazırda da onun əli ilə ölkədə növbəti dəfə dövlət çevrilişi hazırlayır. Tolikin MAXE-ləri məhz Qazaxıstanda baş verən hadisələrdən sonra təhqir etməsi bu planın tərkib hissəsidir. Cənab Həsənov məhz Tolikin əli ilə MAXE-ləri, ümumiyyətlə bütün hərbçiləri, həmçinin onların ailə üzvlərini, yaxınlarını dövlətə qarşı çıxmağa təhrik edir. Hərbçilərin sərhəddə düşmənə tuşladığı silahlarını hökumətə çevirməsinə çalışır. Ölkədəki sabitliyə, asayişə məsul olan hərbçilərin elə öz ölkəsində iğtişaşlar yaratmasını arzulayır.

Bəli, bəli, Tolik öz sahiblərinin sifarişi ilə, Qazaxıstandakı qanlı yanvarın Azərbaycanda təkrarlanmasına çalışır. Və təbii ki, bu, Tolikin və onu himayə edənlərin ilk çevriliş cəhdi deyil. Xatirinizdədirsə, o, Vətən savaşı dövründə, elə savaşdan sonra da dəfələrlə dövlət və hökumət haqqında heç də xoş olmayan fikirlər formalaşdırmağa çalışıb. Məsələn, dövlətin guya şəhidə, qaziyə, şəhid ailəsinə sahib çıxmadığını iddia edərək, şəhid məzarının təmirini öz üzərinə götürürdü, qazilərə yardım edirdi. Və bunu bağıra-bağıra deyirdi, o qədər bağırırdı, sinəsinə döyürdü ki, Tolik çevrilib olurdu, sanki “lider”.

Və təbii ki, bütün bunları o, öz qazancı ilə gerçəkləşdirə bilməzdi. Elə bunu özü də etiraf edirdi, “yaxşı qardaşların” hesabına şəhid ailəsinin, qazinin problemlərini aradan qaldırdığını iddia edirdi. Kimdir o yaxşı qardaş, ay Tolik? Sənin ulduzunun bərq vurmasına səbəb olan Əli Həsənov?

Təbii ki, bu sualın cavabını gözləmirik. Cavab hər kəsə aydındır. Biz, yəni MAXE yaxınları, əzizləri, ailə üzvləri aidiyyəti qurumlardan Tolikin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik. Həmçinin Azərbaycan teleməkanından sürgün edilməsini gözləyirik. Əks halda sonu heç də yaxşı görünmür...

Rumiyyə MİRASLAN //dominant.az//

Əli Həsənov növbəti dəfə dövlət çevrilişi hazırlayır - “MAXE”lərin əli ilə FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi