Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev sindiromunun pərdəarxası məqamları
Gundem / Sosial / Maraqli
Oxunub: 995
17 yan 2022 | 09:15
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev sindiromunun pərdəarxası məqamları


Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Korçay Dövlət qoruğunda "ekoloji terror" baş alıb gedir və bunu törədən qoruq direktoru bəziləri tərəfindən qorunur. Belə ki, qoruğun xüsusi mühafizə olunan ərazi olması və orada hər cür təsərrüfat fəaliyyətinin qadağan olunması qanunla tənzimlənir. Lakin Korçay Dövlət qoruğu istisnadır. 2021-ci ilin fevral , mart aylarında qoruq ərazisində olan , ərazisi 6 ha ya yaxın olan ceyranların və buraya qışlamaq üçün gələn quşların yeganə su mənbəyinə fiziki şəxslər tərəfindən müdaxilə edilib. Həmin təsərrüfat məqsədi ilə xırda balıqlar buraxılıb və gölə quşların , heyvanların yaxınlaşmaması üçün qazla işləyən partlayan aparatlar quraşdırılıb. Bildirirəm ki, bütün bunlar inzibati xətadır və müvafiq məsuliyyət yaradır. Lakin təəssüflər olsun ki, qoruq direktoru tərəfindən heçbir qanuni tədbir görülməyib, əksinə bütün baş verənlər ört-basdır edilməyə çalışılıb. Beləliklə qoruğa müdaxilə edən fiziki şəxslər qoruq ərazisindəki həmin göldə 8 ay balıqçılıq təsərrüfatı ilə məşqul olublar. Nəhayət 2021-ci ilin noyabr ayında göldəki balıqları tutmaq üçün gölə nasos quraşdırılıb və su qurudulmağa başlanılıb. Qoruq direktoru yenədə heç bir tədbir görmədən seyirçi mövqe tutub. Nəticədə göl tam qurudulub və qoruq ərazisindəki ceyranların və bütün ekosistemin yeganə su mənbəyi qurudulub. Və bu proses 10 günə yaxın çəkib direktor isə yenə susmağa üstünlük verib ( maraqlıdır hansı maddi marağı varmış) .Lakin qoruqda işləyən mühafizə yegeri Zahir Namazovun, həmin balıqçılar tərəfindən fiziki şiddətə məruz qalmasından sonra şəxsən Zahir Namazov özü ETSN nə müraciət etdikdən sonra bu iş araşdırılmağa başlanılıb. Ancaq nədənsə cinayətkar Yusif Kazımovun vəzifə saxtakarlığı cəzasız qalıb. Korçay qoruğunun direktoru ötən ilin fevral ayında fiziki şəxslər tərəfindən ilk müdaxilə zamanı yazmalı olduğu cəriməni tam 9 ay sonra yazıb , özüdə məsələ ictimailəşdikdən sonra.
Bildirirəm ki , bunun özü qanunsuzdur. Çünki :
1 . İXM nin 242 ci maddəsi mühafizə rejiminin pozulması müqabilində yazılan cərimədir.
Yəni qoruğa ilk müdaxilə 9 ay əvvəl olduğu üçün noyabr ayında bu cərimənin yazılması gülünc eyni zamanda vəzifə saxtakarlığıdır.
2. Əgər cərimə noyabr ayında yazılırdısa o zaman təbiətə dəyən küllü miqdarda ziyan hesablanmalı , dəymiş ziyan cinayət tərkibi yaratdığı üçün sənədlər hüquq mühafizə orqanlarına göndərilməli idi.
Hörmətli Muxtar müəllim , bir daha sizə Korçay qoruğunda son aylar baş verən "ekoloji terrorla" bağlı müraciət edirəm və xahiş edirəm ki , cinayətkar təbiət qatilinin cəzalanması istiqamətində tapşırıqlarınızı verin. Yusif Kazımov nə üçün və kim tərəfindən qorunur ? Bu adam Ovçuluq Xidmətində rəis işlədiyi zamandan tanıdığı ərəb ovçuları 2019 cu ildə dəfələrlə ( o zaman o Eldar Şamının direktoru idi ) Korçay qoruğuna ova gətirmək istədi, lakin bəzi təbiət sevərlər buna icazə vermədilər . Həmin Yusif Kazımov 2011 - 2012 ci illərdə Korçay qoruğuna rəhbərlik etdiyi dövrdə qoruq ərazisində əkinə yaralı torpağı arpa əkmək üçün icarəyə vermişdi. Yəni son baş verənlər Yusif Kazımovun saxtakarlığının sadəcə kiçik bir hissəsidir.
Sual olunur nə üçün Yusif Kazımovun şəxsi maraqları nə üçün Dövlət maraqlarından üstün tutulur ?.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib