BDYPİ-də Ramiz Zeynalovun “prava biznesi” – FAKTLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 1 409
8 yan 2022 | 23:06
BDYPİ-də Ramiz Zeynalovun “prava biznesi” – FAKTLAR


Hər kəsə məlumdur ki, hal-hazırda ən çox korrupsiya məngənəsində boğulan, rüşvətxorluğun və hər cür anarxiyanın tüğyan etdiyi dövlət qurumlarından biri də, ötən 27 ildən bir qədər çox müddət ərzində polis general-mayoru Ramiz Zeynalovun rəhbərlik etdiyi Baş Dövlət Yol Polisi İdarəsidir. Düzdür, bu dövlət qurumunun hər bir sahəsində qanunsuzluq əməllərinə qol qoyulur. Amma, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsində baş alıb gedən həngamələr heç bir halda sərhəd tanımır. Hal-hazırda bu şöbədə rəis vəzifəsini polis polkovniki, hansı ki, bir neçə il bundan əvvələ kimi BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən və özünü televiziya ekranlarından daim geniş ictimaiyyətə həqiqətin çarçısı deyə təqdim edən Kamran Əliyev daşıyır. İndi adı çəkilən bu şəxsə sual ünvanlayırıq “Noooooldu Kamran Əliyev? Dağların başına qarmı yağdı, nooooldu?!”

Qeyd edək ki, son illər ölkəmizdə korrupsiya hallarına qarşı dövlət səviyyəsində ardıcıl mübarizə tədbirləri həyata keçirilsə də, nədənsə 71 yaşlı Ramiz Zeynalovun rəhbərlik etdiyi bu dövlət qurumunda heç bir əməliyyat tədbirləri həyata keçirilmir. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Axı, cənab Prezident etdiyi çıxışlarının əksəriyyətində bu kimi məsələlərə xüsusilə toxunur və hər kəsə lazımi tapşırıqlarını da verir. Unutmayaq ki, bugünə kimi dövlət başçısı korrupsiya əməllərində adı hallanan dövlət qulluqçularının bir çoxunu daşıdıqları vəzifələrindən azad etmiş, bəzilərinin yolu isə cəzaçəkmə müəssisələrindən keçmişdir. Bütün bunlara baxmayaraq, polis general-mayoru Ramiz Zeynalovun rəhbərlik etdiyi BDYPİ-də, bu gün nələr baş vermir? Biz olmazın biabırçılıqlara nə vaxta kimi dözümlülük nümayiş etdirməliyik?

Faktdır ki, hal-hazırda bu dövlət qurumu sanki “kolxoz bazarı”na bənzəyir və bu “kolxoz”a Ramiz Zeynalov sədrlik edir. Bunu ona görə belə bir formada ifadə edirik ki, gündəlik burada bazar prinsipi ilə şıdırğı alver baş alıb gedir. Düşündürücü haldır ki, bu dövlət qurumunda idarəçilik rüşvət və korrupsiya əsasları üzərində həyata keçirilsə də, Ramiz Zeynalov xidmət müddəti ilə əlaqədar təqaüdə göndərilmir, əksinə onun xidmət müddəti artırılır. O halda sual oluna bilər ki, əgər bu şəxs ötən 27 ildən bir qədər çox müddət ərzində BDYPİ-ni “bataqlıq burulğanı”na sürükləyibsə, o, nəyə görə daşıdığı vəzifəsindən uzaqlaşdırılmır, yaxud da fəaliyyəti ilə bağlı lazımi araşdırmalar aparılmır? Bəlkə ona Azərbaycan Respublikasının Konstitusiyasında “toxunulmaz şəxs” statusu verilib, kiminsə xəbəri yoxdur?

Bir anlığa diqqət yetirək ki, il dəyişdiyindən bu gün BDYPİ-də əldə olunan rüşvətin məbləği də dəyişib. Məsələn, bir ədəd sürücülük vəsiqəsinin “rüsumu” 1300 manata qaldırılıb. Unutmaq olmaz ki, bu kimi işlərin həyata keçirilməsində sürücülük məktəblərinə rəhbərlik edən şəxslər də xüsusi rol oynayırlar. Qeyd edək ki, əgər bir kimsə ilk əvvəl lazımi sənədini sürücülük məktəbinə təqdim edir və heç bir halda dərsə getmədən kursu bitirmək haqda sənəd əldə etmək istəyir, o halda məktəbin direktoru həmin şəxslərə əməlli-başlıca “arxa-dayaq” olur. Sürücülük vəsiqəsinin əldə olunmasında da, direktor vəzifəsini daşıyan şəxslər “bazar qanunları” əsasında missiyalarını uğurla yerinə yetirirlər. Yəni, onlar BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində vəzifə sahibi olan şəxslərlə əlbir olduqlarından, sürücülük vəsiqələrinin əldə olunması üçün daim həmin şəxslərə “yaşıl işıq” yandırılır. Çünki, məktəb direktorları imtahan veriləcəyi gündən bir gün əvvəl, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən “haqq-hesab”ları əldə edirlər və səhəri gün müəyyən olunmuş məbləğ pulu Qeydiyyat-imtahan şöbəsində vəzifə sahibi olan şəxslərə çatdırırlar. O halda rüşvət verib sürücülük vəsiqəsi əldə etmək istəyən hər kəsin adı, soyadı, atasının adı xüsusi olaraq qeyd olunur, hətta imtahan prosesində həmin şəxslərə lazımi köməklik də göstərilir. Buna səbəb, verilmiş rüşvətin varlığı başlıca rol oynayır. Yəni, bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu cür idarəçiliyin başında polis general-mayoru Ramiz Zeynalov durur. Qeydiyyat-imtahan şöbəsinə rəhbərlik edən polis polkovniki Kamran Əliyev isə, bu yöndə verilmiş tapşırıqları yerinə yetirib, gün ərzində əldə olunan pulları toplayır və az sonra “haqq-hesab”ları ünvan üzrə çatdırır. Demək, adı çəkilən bu dövlət qurumunda rüşvətin əldə olunması piramida şəkilində düzülüb-qoşulur və heç bir vəzifə sahibinə hansısa təhlükə yaranmır. Qeyd edək ki, sürücülük məktəblərinə rəhbərlik edən şəxslərin Qeydiyyat-imtahan şöbəsində vəzifə sahibi olan şəxslərlə qurduqları işbirliyi haqda hər kəs, ələlxüsus Ramiz Zeynalov lazımınca məlumatlı olur. Yəni, həmin şəxslərə BDYPİ-nin rəhbərliyi lazımi imkanlar yaradır ki, onlar belə bir maxinasiyalara girişirlər və minbir oyundan da çıxmağı bacarırlar. Əgər bu belə olmasaydı, o halda onlar necə “risk edib” bu cür qanunsuzluqlara qol qoyardılar.

BDYPİ-də nəqliyyat vasitələrinə qeydiyyat nişanı alınarkən, yaxud da nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən fantastik məbləğdə “rüsumlar” alınır. Qeyd olunan bu dövlət qurumunun bütün tabeli sturukturlarında rüşvətxorluq, anarxiya “pik nöqtə” yə çatdığından, belə bir dözülməz vəziyyət bütün sahələrdə hər cür anarxiyanın baş alıb getməsinə yollar açır. Adicə bir faktı qeyd edək ki, BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində fəaliyyət göstərən yeməkxanada da, qiymətlər “od tutub yanır”. Məsələn, bu yeməkxanada bir stəkan çay 1 manata satılır. Hansı ki, kənar ərazilərdə fəaliyyət göstərən çayxanalarda isə, bir çaynik çay 1 manata satılır. Yəni, bunu qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, BDYPİ-nin bütün sahələrində bu cür soyğunçuluq halları baş alıb gedir.

Əldə etdiyimiz ilginc məlumatlara görə, Ramiz Zeynalov ötən 27 ildən bir qədər çox müddət ərzində BDYPİ-nin bütün “prestijnı” sahələrinə yalnız öz qohum-əqrəbalarını yerləşdirməyə nail olub və onlara əlavə səlahiyyətlər də verib. Yəni, bu şəxs ona görə belə bir addımını atıb ki, əldə olunan gəlirlərə şəxsi nəzarətini həyata keçirə bilsin. Digər tərəfdən o, RF-nin ərazilərində, hansı ki, bu ölkənin özəl ali təhsil müəssisələrində təhsil alan qohum-əqrəbalarını da, məhz rəhbərlik etdiyi idarənin sturukturlarında işlə təmin edə bilib. Bu yöndə baş verənləri təhlil etdikdə ortaya belə bir nəticə çıxır ki, bu gün nə Ramiz Zeynalovu, nə Kamran Əliyevi, nə də ki, BDYPİ-nin strateji sahələrində çalışanları heç bir halda dövlətin, xalqın taleyi düşündürmür. Onları yalnız bir məsələ, o da daha çox rüşvət əldə etmək, daha çox var-dövlət toplamaq düşündürür.

Qeyd edək ki, Ramiz Zeynalov 1994-cü ilin avqust ayından BDYPİ-nə rəhbərlik edir. Demək onun bu vəzifədə çalışmasından 27 lidən bir qədər artıq vaxt keçib. Ötən illər ərzində dünya xəritəsi bir neçə dəfə dəyişsə də, nədənsə nə Ramiz Zeynalovun özü, nə vəzifəsi, nə də həyata keçirdiyi iş üslubu dəyişməyib. Deməli, yeniliyə doğru heç bir addımın atılmamasının kökündə xəstə təfəkkürün varlığı, rüşvətxorluğa və qanunsuzluğa əsaslanan yarıtmaz idarəçilik başlıca rol oynayır. Qeyd etdiklərimiz BDYPİ-də yaşanan biabırçılıqların yüz mindən biri olduğu üçün, biz bu sahədə baş verən hər cür iyrəncliklərlə bağlı bundan sonra da araşdırmalarımızı aparıb, hər kəsin baş verənlərlə bağlı məlumatlı olmalarına dəstək verəcəyik. Qarşı tərəfi də dinləyə bilərik. Mövzuya qayıdacağıq.

Pərviz HƏSƏNOV
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib