Mikayıl Cabbarovun Göyçaydakı adamı dövlət büdcəsini talan etməkdədir - KORRUPSİYA
Gundem / Bolge
Oxunub: 860
24 dek 2021 | 01:48
Mikayıl Cabbarovun Göyçaydakı adamı dövlət büdcəsini talan etməkdədir - KORRUPSİYA


Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini 1-ci dərəcəli hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov tərəfindən

ŞİKAYƏT



Çox hörmətli cənab Prezident!
Yazaraq Sizi məlum etmək istəyirəm ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergi İdarəsinin rəisi Elxan Süleyman öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (CM maddə 308) Dövlət büdcəsinə külli miqdarda zərər vurmağa davam edir. O, ərazisində yerləşən bir çox yanacaq doldurma məntəqələrilə, super marketlərlə, çay evlərilə və digər ticarət obyektlərilə şəxsi maraqlarına uyğun qaydada razılaşma həyata keçirir.

Bildiyiniz kimi sahibkarlar və vergi ödəyiciləri kassa metodundan istifadə etməli, hesablanmış aylıq gəlirə uyğun vergi borcunu ödəməlidir. Lakin 9 saylı Ərazi Vergi İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar Elxan Süleymanovla sövdələşərək qanuni vergidən yayınırlar. Bu sövdələşmə əsasında isə onların adında vöen olmasına baxmayaraq əksər hallarda satılan malları kassada qeyd etmirlər. Hətta bəzilərinin də ümümiyyətlə kassa aparatı belə yoxdur.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1. maddəsinə əsasən "vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır".

Bu işdə ona, rəhbərlik etdiyi idarənin əməkdaşları və xüsusən Vüsal Qəhrəmanov və Babək Mahmudov köməklik göstərir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən "qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur".

Lakin, dəyişən səbəblərə (puluna, adamına və s. ) görə Elxan Süleymanov vətəndaşlar arasında ayrıseçkilik edərək Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirilən hüquq və barəbərliyi kobud şəkildə pozmaqdadır.

O, korrupsiya və rüşvət yolu ilə kifayət qədər böyük var-dövlətə sahiblənmişdir. Yaşadığı Göyçay rayonunda olan mülklərindən: Potu kəndində "Kremil Sarayı" na bənzər dəbdəbəli evi, avtovağzal yaxınlığında ümümi ərazisi təxminən 0.004 ha olan hələki istifadə verilməyən üç mərtəbəli qeyri-yaşayış obyekti, Əli Kərim adına Parkın içərisində qardaşının işlətdiyi geniş çayxanası vardır. Eyni zamanda turizm zonası olan İsmayıllı rayon Basqal kəndində böyük malikanəsi mövcuddur.

Əlbətdə, sadaladıqlarım Elxan Süleymanova məxsus olan var-dövlətin sadəcə mənə məlum olan hissəsidir və daha nələrə sahib olduğunu Dövlət aşkara çıxarmalıdır. Heç şübhəsiz ki, onun aldığı maaş bir belə imkan əldə etməyə kifayət etməzdi. O, korrupsiya və rüşvət çirkabına bulaşmış korrupsioner Dövlət "məmurudur.

Belə "məmurlar Sizin dediyiniz kimi "varlanmaqla yanaşı Dövlətə xəyanət etmiş sayılır".

Çox hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən xahiş edirəm, 9 saylı Ərazi Vergi İdarəsinin qanunsuz əməlləri mənim də iştirakımla təcili araşdırılsın.
Ümid edirəm ki, ölkəmizi talan edən "məmur"lardan olan Elxan Süleymanov barəsində qanunun müvafiq bəndlərinə uyğun tədbir görüləcəkdir. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.

Qeyd: Növbəti həftələrdə saytlarda bu haqda daha geniş məlumatlar dərc olunacaqdır. (İn şə Allah)

İnformasiya şöbəsi
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər