Niyazi Bayramov Mingəçevirdəki ortağına GƏNCƏDƏ DƏ SADİQDİR - İNCƏ MƏQAM...
Gundem / Bolge / Maraqli
Oxunub: 999
17 dek 2021 | 20:47
Niyazi Bayramov Mingəçevirdəki ortağına GƏNCƏDƏ DƏ SADİQDİR - İNCƏ MƏQAM...


Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin elan etdiyi kotirovka müsabiqəsinin qalibi məlum olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin cari təmir işlər ilə bağlı elan etdiyi müsabiqənin qalibi Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Tresti olub. 25.11.2021-ci il tarixdə start götürən müsabiqəyə 08.12.2021-ci ildə yekun vurulub.
Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Tresti Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin sifarişi ilə cari təmir işlərini həyata keçirəcək və qarşılığında 39875 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,… “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən…(?) “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi bu tresti seçib və 39875 manat büdcə vəsaitini etibar edib…
“Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir… Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir…
Elə isə sual olunur: Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa qurumla birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?
Digər bir maraqlı faktor isə “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin 39875 manat büdcə vəsaitini etibar etdiyi tərəflə bağlıdır… Adından da göründüyü kimi Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Tresti əski Sovet dönəminə məxsus dövlər qurumlarından olub. “Olub” ona görə yazırıq ki, Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Tresti ilə nəinki əlaqə yarada bilmədik, ümumiyyətlə belə bir idarənin varlığını müəyyənləşdirmək mümkün olmadı: nə internet üzərindən, nə də digər vasitələrlə(?)

“Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Trestini haradan, necə tapıb bu müəmma olaraq qalır…
Bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin rəisi hörmətli İlyas Məmmədova ünvanladığımız elektron sorğuya hələ ki, cavab ala bilmirik(?)
DİA.AZ xatırladır ki, Gəncə ŞİH rəhbəri Niyazi Bayramov hazırki vəzifəsinə qədər Mingəçevirdə icra başçısı işləyib. Buradan da Mingəçevir şəhər 5 saylı rayonlararası İstehsalat Təmir Tikinti Trestinin Gəncədə nədən mataha mindirilməsini təxmin etmək olar...

İddia olunanlara bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı