Saleh Məmmədov Əvəz Qocayevlə YOLLARINI AYIRIR... - Qocayevin sədr olmaq arzusu ürəyində qaldı?
Gundem / Sosial / Maraqli
Oxunub: 548
18 noy 2021 | 22:22
Saleh Məmmədov Əvəz Qocayevlə YOLLARINI AYIRIR... - Qocayevin sədr olmaq arzusu ürəyində qaldı?


Bir neçə gün əvvəl yerli KİV-lərdə belə bir məlumat yayıldı ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yaxın vaxtlarda yola salınacaq. Xəbərdə deyilirdi ki, onun yerinə namizəd də irəli sürülüb. Həmin şəxsin Kamil Əliyev adlı biri olduğu iddia edilir. Onun hökumətin yeni komandasında yer alacaq gənc və bacarıqlı kadr olduğu haqda məlumatlar var. S. Məmmədovla yanaşı onun adamlarının da agentlikdəki işini itirəcəyi söylənilir. AAYDA-nın fəaliyyətinin şəffaflaşdırılması üçün kadr dəyişikliyinə gedildiyi bildirilir. Son illərdə bu quruma ayrılan vəsaitlərin korrupsiyaya uğraması, rəhbər şəxslərin barəsində müxtəlif ittihamlar, bizneslərinin, mülklərinin siyahısının üzə çıxarılması belə əsas yaradıb ki, Agentlikdə də dəyişikliyin vaxtı çatıb.

Bununla bağlı bir başqa mənbələrin yaydığı xəbərdə iə deyilirdi ki, Saleh Məmmədovun mövqeləri kifayət qədər kövrəkdir və həqiqətən də onun gedişi planlaşdırılır: "Sadəcə olaraq, Saleh müəllimə Qarabağdakı dövlət planlarının icrası üçün müəyyən vaxt tanınıb".

Mənbə bu arada maraqlı iddia da səsləndirmişdi. Qaynağa görə, Saleh Məmmədovun yerinəı hansısa gənc kadr deyil, onun elə öz yaxın adamı kimi qəbul etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev gəlmək fikrindədir.

Mənbənin dia.az-a söyulədikləri: "Əvəz Qocayev çalışır ki, Saleh Məmmədovun yerinə təyinat alsın. Ona görə, hətta xeyli müddətdir KİV-də də öz yerini rahatlamaqla məşğuldur. Bütün bunlar isə diqqətdən yayınmayıb. Amma onun bu planı baş tutacaqmı? Bax bunu yaxın vaxtlarda görəcəyik..."

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, AAYDA-da durum kifayət qədər dəyişib və bu dəfə Əvəz Qocayevin Saleh Məmmədovu devirməsindən yox, sədrin öz müavini ilə yollarını ayırmasından söhbət gedir. Mətəbər mənbədən dia.az-a daxil olan informasiyada deyilir:

"Saleh Məmmədov "yuxarılar"da öz mövqelərini əməllicə möhkəmləndirib. Ona gör də onun "vurulacağı" haqda deyilənlər heç də həqiqətə uyğun deyil. Əksinə, Saleh Məmmədov onun arxasından iş çevirən müavini Əvəz Qocayevi zərərsizləşdirməyi qət edib. Bu durum üzdə görünməsə də, AAYDA şefi artıq Əvəz Qocayevlə yoollarını ayırmaq istəyində olduğunu "yuxarıların" da nəzərinə çatdırıb. Alınacaqmı? Bunu isə zaman göstərəcək".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”