Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?
Gundem / Bolge
Oxunub: 432
10 noy 2021 | 11:11
Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?


Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi DİN-in 08 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq olunmuşdur və bu sənəddə qeyd olunur ki, dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili, həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır.
Kodeksdə o da qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksinin 1-ci maddəsində qeyd olunur ki, bu sahədə çalışan hər kəs Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 6-cı maddənin 1-ci bəndində isə qeyd olunub ki, xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Bundan əlavə, Davranış kodeksinin 8-ci maddəsində də yazılıb ki, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. DİN-in 08 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq olunmuş Davranış kodeksində belə bir tələblərin olmasına baxmayaraq, Şabran RPŞ-nin əməkdaşı, polis mayoru Ülvi Alıyevin indiyə kimi atdığı addımlarla bağlı məlumatları eşitdikcə, heç də şoka düşməmək mümkün olmur. Belə ki, bugünlərdə redaksiyamıza Şabran rayonu, M.Əsədov-56 ünvanında yaşayan və Şabran RPŞ-də post patrul xidmətinin əməkdaşı olmuş Səmədov Nurlan Abdulla oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazdığı şikayət ərizəsində qeyd edir: “2021-ci ilin fevral ayında Şabran RPŞ-nin rəis müavini, polis mayoru Ülvi Alıyev bildirdi ki, təcili mənə 4500 manat pul lazımdır. Ülvi Alıyevin verdiyi belə bir tapşırığı əsasında tanıdığım şəxsdən 4500 manat sələmə pul götürdüm və həmin pulu onun tapşırığı əsasında Sabirabad RPŞ-də sıravi polis əməkdaşı olmuş Əhmədzadə Qismət Zəfər oğluna verdim. Bu işdə polis mayoru Ülvi Alıyev məni daha çox inandırmaq, özünün etibarlı olmasını təsdiq etmək üçün Qismət Əhmədzadəyə tapşırıq verir ki, sən xidməti vəsiqəsini Nurlan Səmədova girovluğa qoy. O da Ülvi Alıyevin verdiyi tapşırıq əsasında 4500 manat pulu götürüb xidməti vəsiqəsini mənə verdi. Qeyd edim ki, hal-hazırda Qismət Əhmədzadəyə məxsus polis vəsiqəsi məndədir. Elə ki, Qismət Əhmədzadəyə verdiyim 4500 manat pulu Ülvi Alıyevdən tələb etdim, o halda o, məni müxtəlif yollarla şantaj etdirdi, üzümə yalançı şahidlər qoymağı bacardı və məni daxili işlər orqanlarından xaric etdirdi. Bu gün də polis sıralarına heç cür bərpa oluna bilmirəm. Son vaxtlara qədər polis mayoru Ülvi Alıyevə deyirdim ki, komandir siz tapşırıq verdiniz, mən də sizin tapşırığınız əsasında 4500 manat pulu sələmə götürüb sizə çatdırdım. Hətta, pulu al gətir, sələmi nə qədər etsə hamısını özüm ödəyəcəyəm dediniz. Mən bu günə kimi 4500 manata görə üstüstə 1800 manat sələm pulu ödəmişəm. Ona görə də, hazırda polis mayoru Ülvi Alıyev mənə 6300 manat pul verməlidir və bununla bağlı şahidlərim də var”.
Bəli, Şabran RPŞ-də rəis müavini vəzifəsini daşıyan, polis mayoru Ülvi Alıyevin bu cür əməlləri polis adı ilə uzaşmayan və şərəfli Azərbaycan polisinin adına gətirilən ləkədən başqa bir şey deyil. Çünki, polis mayoru rütbəsini daşıyan Ülvi Alıyevin bu cür əməllərə qol qoyması, heç bir əndazəyə sığası məsələ deyil. Düşünürük ki, məqalənin yayımlanmasından sonra cənab nazir Vilayət Eyvazov tabeliyində çalışan bu şəxsin nəinki Şabran rayonu ərazisində, eyni zamanda əvvəllər çalışdığı Sabirabad rayonunda da qol qoyduğu çirkin əməllərin araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırığını verəcək.

Mövzuya qayıdacağıq

P.S. Əziz oxucular, fotolardakı söhbəti əks etdirən səs yazıları utancverici olduğundan yayım üçün münasib hesab etmədik...


Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?
Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?
Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib