BSU-nun rektoru Nurlana Əliyeva həbs oluna bilər…- SENSASİON FAKTLAR
Gundem / Sosial / Maraqli
Oxunub: 725
4 noy 2021 | 21:30
BSU-nun rektoru Nurlana Əliyeva həbs oluna bilər…- SENSASİON FAKTLAR


Belə bir aqibət Nurlananın “podruqa”sı Fatma Abdullazadəni də gözləyir…

Bir Fatma Abdullazadə var idi…
Söhbət 1993-2017-ci illərdə, yəni 24 il sərasər Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışmış Fatma Abdullazadədən gedir.
Bu qadın ali məktəbləri, incəsənəti, mədəniyyəti əməlli-başlı idarə edirdi.
Təsəvvür edirsiniz, bu adamın imzası ilə “Əməkdar artist”, “Xalq artisti” fəxri adları hamıya verilirdi. Bu qadının gördüyü işlərdən bəzən əməlli-başlı “qan iyi” gəlirdi.
Hətta 2001-ci ildə Ulu Öndər Heydər Əliyev bu qadının korrupsiya əməllərindən, rusdilli məktəblərə Azərbaycan tarixi kitabının çatdırılmasında yaranmış problemi müzakirə edərkən demişdir:
“NƏ QƏDƏR PUL İSTƏYİRSƏN ? SƏN BU KİTABIN ÇAPI ÜÇÜN MƏNİM BAŞIMI DƏNG ETMİSƏN”.
Bəli, bu Fatma belə Fatmadır. Qardaşı Eldar xristian dinini qəbul edib Edik oldu, hazırda Fatmanın yığdığı milyonları Fransada dövr etdirir.
Fatmanın özünün isə ləğv olunmuş Beynəlxalq Banka 50 milyon dollar borcu var idi.
Fatma barəsində bu qədər. Bu mövzunun “qəhrəmanı” Fatma deyil, onun “podruqası”, “rüşvət şəriki” Nurlana Əliyevadır.
Bəli, Nurlana Əliyeva hələ Bakı Pedoqoji Kollecin ( “Doşkolni” texnikum ) direktoru işləyərkən qəbul və semestr imtahanlarında yığılan rüşvət pullarını Fatma ilə iki bacı kimi bölürdülər.
Fatma Abdullazadə PA-da şöbə müdiri işləyərkən onun gizli-konfidensial görüş yeri Nurlananın kabineti idi. Fatma Abdullazadə bütün gizli sövdələşmələri, al-veri, vəzifələrə təyinatları, fəxri adların satılmasını həmin kabinetdə edirdi.
Sonradan Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyin olunması da birbaşa Fatmanın əli ilə oldu.
Hətta Nurlana Əliyevanın Gəncə ermənisi olması barədə də çox yazılıb.
Nurlananın cavabı isə media mənsublarına, jurnalistlərə qarğımaq olub: “Oxuduğum Ayətəl Kürsülər, nənəm Tutubəyimin cəddi jurnalistlərə qənim olsun”.
İnid özünüz düşünün, bu ağılda, bu səviyyədə adam böyük bir ali məktəbin necə rektoru ola bilərdi ?
Bəli, Fatmanın bacılığı Nurlana BSU-ya rektor təyin olunan kimi vaxtilə onunla birgə Kollecdə işləyən rüşvət şəriklərini BSU-ya gətirdi və rüşvət şəbəkəsi qurdu.
Və Nurlana ötən il rüşvətin probleminə keçdi.
Bəli, ötən il BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi istintaqa cəlb olundu.
Qeyd edək ki, Dürdanə Əliyeva 100 tələbənin 1000-7000 min civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb.
Həmin ərəfədə Nurlana Əliyeva rektor vəzifəsindən azad edildi.
İndi isə gələk mətləb üstünə.
İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Və Dürdanə Əliyeva məhkəmədə deyib ki, aldığı pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.
Belə yerdə deyiblər ki, nənən Tutubəyimin cəddi sənə qənim olsun, Nurlana. Tələbələr yediyiniz pulları yenidən ödəməyə məcbur olublar. Oxuduğun Ayətəl Kürsü sənə qənim olsun.
Proses noyabrın 15-də davam etdiriləcək.
Məlumat üçün qeyd edək ki, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Yəqin ki, Dürdanə Əliyevanın açıq şəkildə dediklərindən sonra Nurlana da istintaqa cəlb olunacaq, hətta onu həbs də gözləyir.
Fatma Abdullazadə, deyəsən növbə sənə çatır…Gündəlik Bakı
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA