Şahin Bayramovun TƏMİR BİZNESİ... - Nazirin nəzərinə...
Gundem / Bolge / Maraqli
Oxunub: 622
4 noy 2021 | 23:39
Şahin Bayramovun TƏMİR BİZNESİ... - Nazirin nəzərinə...


Öncə onu qeyd edək ki, 70 illik sovet dönəmində ölkəmizdə bir universitet var idi: Azərbaycan Dövlət Universiteti ( indiki BDU ).
Son 20-30 ildə universitetlərin sayı yağışdan sonra göbələk kimi durmadan artır.
Nə qədər özəl, dövlət universitetləri yaranıb. Ən dəhşətlisi odur ki, universitetlərin sayı artdıqca ölkədə təhsilin səviyyəsi aşağı düşür.
Belə ali təhsil ocaqlarından biri də Mingəçevir Dövlət Universitetidir (MDU).
Məlumat üçün qeyd edək ki, MDU müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
Və 2015-ci ildə müstəqil MDU-ya çevrilib. Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakultənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2400-dən artıq tələbə oxuyur və 300-dən artıq müəllim çalışır.
Hətta universitetdə ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılıb.
Gördünüzmü HÜSABAT-lılıq…
Amma görək universitet rəhbərliyi öz əməlləri barədə cəmiyyətə HESABAT verirmi ?
Çox təəssüf ki, universitetin adı daha çox neqativ məsələlərdə hallanır.
Məsələn universitetə yüksək balla daxil olmuş gənc qızı hicabda olduğuna görə MDU-nun rəhbərliyi dərsə buraxmır.
Bu boyda universitetin rəhbərliyi başa düşmür ki, hətta xristian ölkələrində müsəlman qızları milli geyimlərində dərsə gəlməyə icazə verirlər. Bu dünyada qəbul olunmuş normadır.
Həm də istedadlı tələbənin hicabda, yaxud hicabsız olmasının təhsilə nə dəxli var ?
Universitetin adı rektorun şəxsi kafesinin olması ilə də gündəmə gəlib. Yəni rektor öz şəxsi kafesini işlədərək tələbələrin cibinə girir.
Hələ bunlar harasıdır ?
2019-cu ildə MDU-da baş verən neqativ hallara görə, universitetin rəhbərliyi dəyişildi və Şahin Bayramov MDU-ya rektor təyin edildi.
İndi görək, Şahin Bayramov kimdir və necə gəlib rektor olub ?
Şahin Bayramov 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.

2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Şahin Bayramovun ADİU-da Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışmasına nəzər salaq.
Görəsən, Şahin Bayramov distant təhsil şöbəsinin müdiri olanda neçə nəfəri sorğu-sualsız universitetə qəbul etdirib ?
Axı, distant təhsilin nə olduğunu biz gözəl bilirik. Hətta ADİU-da diplom almağın neçəyə başa gəlidiyini də çoxları bilir.
Deyirlər ki, həmin məktəbdə rüşvət və saxtakarlıq toxumunu səpən Şahin Bayramovun müstəqil MDU-da hansı maxinasiyaları edəcəyi əvvəllcədən bəlli idi.
Bir daha təkrar edirik ki, Şəmsəddin Hacıyevin rektor olduğu ADİU-da distant təhsil məsələsi əsl bazara çevrilmişdi. Bunun icraçısı isə Şahin Bayramov olub.
Şahin Bayramov xeyli müddət ADİU-da prorektor olub. Görəsən, ADİU-da baş verənlərə görə, Şahin Bayramov məsuliyyət daşımır ?
Nə isə, bütün bunları qoyaq bir kənara, görək, hazırda Şahn Bayramov MDU-da nələr törədir.
Şahin Bayramov da digər rektorlar kimi kresloya oturan kimi MDU-nun binasını təmirə başladı.
Bəli, bu lənətə gəlmiş TƏMİR adı altında nə qədər dövlət vəsaitini, tələbələrin təhsil haqlarını göyə sovurmaq olar ?
Əslində bu pullar göyə sovrulmur, rektorun və onun yaxınlarının cibinə gedir.
Görəsən, universitetin təmiri bu qədərmi vacib idi, cənab Şahin Bayramov ?
Yaxşı tutaq ki, təmir vacib idi. Onda təmir məsələsi şəffaf tender yolu ilə və “Dövlət satınalmaları haqqında” qanuna uyğun olmalıdır. MDU-nun təmirində isə tenderlər şəxsi münasibətlərə görə həll olunub və üstəlik qiymətlər dəfələrlə şişirdilib. Bu isə ciddi korrupsiya əməlidir.
Təkcə 2021-ci ildə MDU “MAYA-AK İNŞAAT” MMC vasitəsilə cari təmir işləri ilə bağlı 78770 manat dəyərində müqavilə bağlayıb.
Rektordan soruşmaq lazımdır ki, niyə hər dəfə ancaq “MAYA” ilə ?
“Maya”da nə görmüsünüz, cənab rektor ?
Yazının girişində MDU-nun nəzdində İctimai Nəzarət Şurası-filan, HESABAT-zad məsələsini əbəs yerə demədik.
İndi soruşan lazımdır ki, cənab rektor, bircə dəfə təmirə xərclədiyin pullarla bağlı hesabat vermisənmi..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"