Kəlbəcərin icra başçısı Azər Qocayev barəsində cinayət işi açılıb ?- Kəlbəcər camaatı 2 il kiminsə xatirinə susdu…
Gundem / Bolge
Oxunub: 455
3 noy 2021 | 21:30
Kəlbəcərin icra başçısı Azər Qocayev barəsində cinayət işi açılıb ?- Kəlbəcər camaatı 2 il kiminsə xatirinə susdu…


İndi kəlbəcərlilər tələb edir ki, Azər Qocayev vəzifəsindən getsin…

Kəlbəcərin icra başçısı Azər Qocayev də “islahatçı gənclər” dalğasında vəzifəyə gələnlərdəndir.

İkinci ildir vəzifədə olmasına baxmayaraq bu adamın islahatçılığından danışana rast gəlmədik.
Bu adamın hərəkətləri və əməlləri komediya personajı kimi kəlbəcərlilərin yadında qaldı.
Niyə keçmiş zamanda “qaldı” deyirik ?
Çünki reallıq onu göstərir ki, Azər Qocayev 2 ilə yaxın müddətdə kəlbəcər camaatının heç bir işinə yaramadı, əksinə özü barəsində ancaq mənfi obraz yaratdı. Yəqin ki, yaxın zamanda vəzifəsi ilə vidalaşacaq.
Axı, kabinetdə şəkil çəkdirib poz verməklə problemlər öz həllini tapmır e, cənab Qocayev.
Siz 30 ildir məcburi köçkün həyatı yaşayan 100 minlik Kəlbəcər camaatının təmsilçisi və cənab Prezidentin səlahiyyətli nümayəndəsisiniz.
Sizin bu iki ildə gördüyünüz işlərə qısa nəzər salaq.
Gələn kimi müavinləri dəyişmək, məktəb direktorlarını cəzalandırmaq fikrinə düşdünüz.
Məqsəd nə idi ?
Məktəb direktorları ilə bağlı məqədiniz aydın oldu. Məktəb direktorlarına hədə-qorxu gəlmək, onları qarşınızda dili qısa etmək və…
Və…məktəb direktorlarından 500 manat rüşvət yığmaq.
Bu idi cənin islahatçılığın, cənab Azər Qocayev.
Bəli, mediada yayılan xəbərlərdən bəlli olur ki, Azər Qocayev bu ilin iyununda vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısının Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəblərin direktorlarının hər birindən 500 manat rüşvət alması ilə bağlı müvafiq qurumlarda sübutlar var. Bunu biz demirik aaa, deyirlər.
Daha dəqiq desək, mediada yayılan məlumatlara görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları yazılı izahat veriblər.
Cənab Qocayev ! Əgər bu xəbərlər yalandırsa, niyə təkzib tələb etmirsən, niyə açıqlama vermirsən..?
Deməli, torbada pişik var.
Ölkə səviyyəsindəki aqrar layihələri ələ salmağın, “nə barama ee…Kəlbəcərdə barama olub ? “ deməyin yadından çıxıb ?
Adamlara kabinetində əzələ nümayiş etdirirdin, deyirdin idmançıyam kimi istəsəm döyə bilərəm…
Səni o boyda rayona icra başçısı təyin edən cənab Prezident səni xalqa xidmət etməyə göndərmişdi, adam döyməyə yox.
Məktəb direktorlarında rüşvət almağını qoyduq kənara. Bəs Kəlbəcər sakinlərini ölü kimi “oformit” edib onların müavinətlərini mənimsəməyini hara yazaq, ey aşıq Qurbanın nəvəsi ?
Bəli, aldığı təqaüdün kəsilməsindən narahat olan Kəlbəcər sakini Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyiblər ki, icra başçısı “SƏNİ ÖLDÜRÜB”.
Yaziq Kəlbəcər sakini diri olduğunu sübut etmək üçün 3-4 ay müxtəlif idarələrə gedib-gəlməli olub.
Sən demə, keçmişi “provodnik” olan Azər Qocayev kənd icra nümayəndəsi Ələkbər Ələsovla əlbir olaraq binəvanı “öldürüb”, dövlətin ona verdiyi müavinəti mənimsəyiblər.
Ayy, “provodnik”, sən utanmadın, yaşlı qadının müavinətini mənimsədin ?
İndi isə görək, Azər Qocayev ianə fondunu necə “udub” ?
Məlumdur ki, hər rayonun icra başçısının ianə fondu olur.
Təzə icra başçısı Azər Qocayev köhnə icra başçısının dövründən qalan ianə fondunu silib-süpürüb və sonda fondu ümumiyyətlə ləğv edib ki, izi də qalmasın.
Eyy aşıq Qurbanın nəvəsi, yadına “ Axırıncı aşırım” filmindəki sözləri salmaq istəyirik: “Evimi aldılar dinmədim, malımı aldılar dinmədim….”
Bəli, iki ildir Kəlbəcər camaatı dinmirdi, kiminsə xatirinə. Amma indi Kəlbəcər camaatı tələb edir ki, Azər Qocayev vəzifəsindən getsin.
Gundəlik Baki
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO