“Yaşıl Bazar”ın sahibi İsrafil necə Abu Bəkr oldu ?- Bazar vergidən nə qədər yayınıb ?
Gundem / Sosial / Maraqli
Oxunub: 409
3 noy 2021 | 20:30
“Yaşıl Bazar”ın sahibi İsrafil necə Abu Bəkr oldu ?- Bazar vergidən nə qədər yayınıb ?


Qoşqar Təhməzlinin AQTA-sı bazarı yoxlayırmı ?

Vaxtilə Bakı meriyasının iki sevimli rəhbəri var idi: mer Hacıbala Abutalıbov və onun sevimli 1-ci müavini Fidumə Hüseynova.
Bu cütlük paytaxtın ən gəlirli ərazilərində özləri üçün ticarət obyektləri açırdılar, həm də şərik idilər.
Məsələn, Fidumə xanım Sabunçuda corab sexi, tekstil sexləri və s açdırmışdı və bu gün də fəaliyyət göstərirlər.
Əlbəttə, Hacıbala Abutalıbovun xeyir-duası olmadan Fidumə xanım bunları edə bilməzdi.
Bu cütlüyün şərikli obyektlərindən biri də məşhur Yaşıl bazardır.
Vaxtilə bu bazarı Hacıbala Abutalıbovun oğlu İsrafil işlədirdi. Sonradan İsrafil adını dəyişib Abu Bəkr qoyandan sonra atası Hacıbala bazarı onun əlindən aldı.
Nə isə sözün qısası odur ki, İsrafil bu gün xarici ölkələrin birində biznes fəaliyyəti ilə məşğuldur.
Amma Yaşıl bazar fəaliyyətini davam etdirir. Əvvəlki təyinatı üzrə, yəni…
Yaşıl bazar əsasən kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarıdır. Yəni müxtəlif meyvə-tərəvəz növləri, ət və süd məhsulları əsas satılan məhsullardır. Bazarda xeyli sayda ət dükanları da var.
İlk öncə onu qeyd edək ki, bazar başdan başa antisanitariya içərisində idi. İndiki pandemiya, karantin dövründə bu yolverilməzdir.
Bazarda alkoqollu içkilər də satılırmış.
Bazarda olan problemlər, neqativ hallar həmişə cəmiyyətin və medianın diqqət mərkəzində olub. Təsəvvür edirsiniz, bazarda “kustar” üsulla hazırlanmış araq, alkoqollu içki satılır. Və iki nəfər “Yaşıl Bazar”dan aldığı alkoqollu içkidən zəhərlənərək ölüb. Kimlərsə inanmaya bilər. Ancaq bu barədə Baş prokurorluğun rəsmi açıqlaması var.
Onda sual olunur: Bəs nə üçün baş verənlərə görə, o zamankı bazar rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb ?
Digər daha vacib məsələ.
Bazarda ilboyu ət və süd məhsulları satılır. Əvvəl bu məsələlərə Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidməti baxırdı. Və hər bazarda laboratoriya olurdu. Laboratoriyadan keçməyən ət və süd məhsulları satışa çıxa bilməzdi. Buyurun, gedin baxın, “Yaşıl Bazar”da laboratoriya varmı ?
Bəs görəsən, Dövləq Qida Təhlükəsizlik Agentliyi hara baxır ?
Yaxşı, bazarda bu qədər ət dükanları var. Bunlar hara vergi ödəyir ?
Daha bir məsələ. Bazarda yüzlərlə satış yeri var və hər yerə görə, ayda 200-300-1000-2000-4550 manat yer pulu ödənir. Bu pullar hara gedir ?
Kimlərin cibinə gedir ?
“Yaşıl Bazar”da bayram günləri güllər od qiymətinə satılır. Bazarda gül satışı ilə məşğul olan Ağanın dükanlarında karantin qaydaları kobud şəkildə pozulur.
Amma Ağanın xətrinə kimsə dəyə bilməz.
Bir sözlə Yaşıl Bazarda çətinliklər olub.
P.S. Hacıbala müəllim deyirsənki mən bazarı 30 milyona satdım. Daha bazar mənlik deyil. Biz də indi bildik, xeyirli olsun.
Gundəlik Baki
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq