O da AMEA şefinə BİƏT EDİRMİŞ... - İDDİA
Gundem / Sosial / Maraqli
Oxunub: 421
3 noy 2021 | 19:49
O da AMEA şefinə BİƏT EDİRMİŞ... - İDDİA



2002-ci ildən Bakıda fəaliyyətə başlayan və sərnişindaşıma ilə məşğul olan “ Xaliq Faiqoğlu” şirkəti (rəhbəri Faiq Seyidov ) ilə bağlı şikayətlərə nəzər salanda adam dəhşətə gəlir.
Ortada bu qədər qanunsuzluqlar, hətta cinayət əməlləri olduğu halda Faiq Seyidov nə üçün məsuliyyətə cəlb olunmur ?
İlk olaraq onu qeyd edək ki, medianın yazdığı tənqidi yazılara adətən qarşı tərəf qərəz, qeyri-obyektivlik və s kimi yanaşır.
Ona görə də özümüzdən bir cümlə də əlavə etmədən Faiq Seyidovun əməlləri ilə bağlı rəsmi məlumatları cəmiyyətin nəzərinə çatdırırıq.
Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Xaliq Faiqoğlu” MMC barəsində protokol tərtib edərək Binəqədi Rayon Məhkəməsinə göndərib. Səbəb odur ki, şirkət işçiləri qanunsuz olaraq, yəni müqavilə olmadan işlədir.
Bunu biz demirik, cənab Faiq Seyidov, dövlət qurumu rəsmi bəyan edib.
Faiq Seyidovun oğlu atasına məxsus avtmobili sənədsiz idarə edərək Müdafiə Nazirliyində xidmət edən polkovniki vurub öldürüb.
Amma Faiq Seyidov pulunun və dostlarının hesabına nəinki oğlunu cəzadan qurtara bilib, hətta polkovnikin guya ürək tutmasından vəfat etməsi barədə həkimdən kağız da alıb.
Deməli, Seyidov bu ağır cinayət əməlində bir başa iştirakçıdır.
Bunu da biz demirik, cənab Seyidov, bütün ölkə bilir.
Tanınmış iş adamı “Hafka” ( Hafiz Məmmədov ) bildirib ki, dövlət dəstəyi hesabına ölkəyə gətirdiyi sərnişin avtobuslarından xeylisini “Xaliq Faiqoğlu” şirkətinə verib, amma 23 milyon dollarını ala bilmir, hətta məhkəmələr də bu məsələdə Faiq Seyidovun tərəfini saxlayır.
Buna nə deyirsiniz, cənab Faiq Xaliqoğlu ?
“Bakı Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib, pulu tələb edir, şirkət pulu vermir...
“Xaliq Faiqoğlu” şirkətinin 18 yaşlı işçisi qarajda faciəli şəkildə öldü...
Şirkət isə 18 yaşlı gəncin anasına deyir ki, oğlunuzu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizə dəxli yoxdur.
Yazıq ana deyir ki, oğlum gecələr şirkətin qarajında avtobusları yuyub təmizləyir, dezinfeksiya edirdi:
“Mənə təsir edən odur ki, oğlumun faciəli şəkildə ölümünün görüntülərini də bizdən gizlədirlər, müstəntiqlər görüntüləri vermir..”.
Xaliqoğlu, sən “uzun” əllərinin hesabına müstəntiqləri də susdura bilirsən. Necə ki, oğlun polkovniki öldürəndə pulunun hesabına kiminsə qanını batırdın. İndi də 18 yaşlı gəncin qanını batırırsan.
Bunları da biz demirik, sənin qarajında faciəli şəkildə ölən 18 yaşlı gəncin anası deyir, Xaliqin oğlu...
Əgər düz adamsansa, kameraları, görüntüləri niyə gizlədirsən ?
“Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seyidov şəriki Azadxan Xanməmmədovu həbs etdirdi.
Adam, sən bu boyda qanlardan heç utanmırsan ?
Prezidentimiz demişkən, Allahdan da qorxmursan ?
Faiq Xaliqoğlu Vətən Müharibəsinə göndərdiyi sürücü-qazilərin pulunu vermir.
Belə ki, şirkətin 4 nəfər sürücüsü bildirir ki, biz dörd sürücü sentyabrın 29-da şirkət tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şöbəsinə, oradan da N saylı hərbi hissəyə göndərildik: “Biz tapşırılan bütün xidmətləri yerinə yetirdik. Lakin bu günə qədər bizim halal pullarımız verilməyib. Şirkətin hüquqşünası deyir ki, hərənizə 300-400 manat verim, əl çəkin. Biz isə bizə çatacaq ( 2650 + 3500 + 2400 + 2400 ) pulu tələb edirik.
Ey Xaliqin oğlu Faiq !
Niyə vermirsən qazilərin halal pullarını ?
Adam öldürən oğlunun avtomobillərinin 3-4 təkərini satsan, qazilərin pulunu verə bilərsən, amma vermirsən. Çünki nə ölkədəki qanunlar vecinə deyil, nə də ürəyində Allah qorxusu var...
Bunu da biz demirik, öz sürücülərin deyir, cənab Seyidov.
“Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seyidov əslən Cəbrayıl rayonundan olan İbrahim adlı bacanağı ilə əlbir olub cəbrayıllıların, şahid ailələrinin adına olan marşrut xəttlərini özününküləşdirib.
Sən şəhid ailələrinin də çörəyinə tamah salırsan, Seyidov?
Ölkədə bahalaşmanın getdiyi, sosial şəraitin çətinləşdiyi, pandemiyanın insanların dolanışığını pisləşdirdiyi dövrdə “Xaliq Faiqoğlu” sürücülərin əmək haqlarını kəsir...
Bütün bunlar Faiq Seyidovun əməllərinin az bir hissəsidir.
Görəsən ortada bu qədər qanunsuzlqular, hətta cinayət əməlləri olduğu halda Faiq Seyidov məsuliyyətə NİYƏ cəlb olunmur ?
Bu da yazıya sözardı: Faiq Seyidovun adı daha çox AMEA-nın prezidenti, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hallanır. Hətta Ramiz Mehdiyevin “oxranasının” rəisi Təhməzi tez-tez “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qarşısında görürlər... Hətta deyirlər ki, Xaliq Faiqoğlu şirkətinin "krışası" Təhməzdir. Pah, atoonan Ramiz Mehdiyevdəki gücə bax e. //gundelik-baku.com//
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...