Qurbanovlar klanı ilə bağlı ŞOK MƏLUMAT: Ermənistanda biznes, qumarxana müdiri, rəis və icra başçısı məqamında olanlar – SİYAHI
Gundem / Sosial / Maraqli
Oxunub: 635
1 noy 2021 | 16:32
Qurbanovlar klanı ilə bağlı ŞOK MƏLUMAT: Ermənistanda biznes, qumarxana müdiri, rəis və icra başçısı məqamında olanlar – SİYAHI



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a sensasiyalı məlumat daxil olub.

Məlumatda Qurbanovlar klanı və yaxın qohumlarının siyahısı yer alıb.

Sözügedən siyahını təqdim edirik:

“Azercon Group Limited” şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov – Cavid Qurbanovun atası,

“Baghlan Groupe” şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun yaxın qohumu,

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,

Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov – Cavid Qurbanovun qohumu və ən yaxın adamı,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov – Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edir.

Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.

GUNinfo.az bildirri ki, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən oğlu Şəmşir Şəmşirlinin sahibkarlıq faəliyyəti ciddi qanun pozuntsu olmaqla yanaşı, həm də onun adı Elnar Arif oğlu Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovla birgə 3,2 milyon ABŞ dolları məbləğində böyük qalmaqalda hallanıb.

Məlumatlı mənbə onu da bildirir ki, kompromatların bir-birini sürətlə əvəz elədiyi bir məqamda Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesində açıqlanan faktlar da Cavid Qurbanov və onun rəhbərlik elədiyi qurumun nüfuzuna ciddi xələl gətir:

“Nəzərinizə çatdırım ki, aprelin 18-də keçirilmiş iclasda təqsirləndirilən keçmiş MTN-nin zabiti Zaur Məmmədov şok ifadə verib. O, “Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm. Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”,- deyə, bildirib.

Bu sensasiyalı məsələni MTN-nin bölmə rəisi Füzulu Əliyevin açıqlamaları isə lap qızışdırıb. O, “Elman Muradovla bağlı məsələ olduqca prinsipialdır və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”,- deyərək, bildirib ki, “MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum olub ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşaiyət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir. “1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm” deməsi onun kim olduğundan xəbər verir…

Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətirirəm, burada pis nə var ki?

Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub.
GUNinfo.az
Teref.az olaraq məqalədə aşıqlanmış iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"