Şəhid anasının intihara cəhd etməsində səbəbkar icra başçısıdır? ...
Gundem / Bolge
Oxunub: 342
29 okt 2021 | 14:44
Şəhid anasının intihara cəhd etməsində səbəbkar icra başçısıdır? ...


DogruXeber.az: - Hansı yolla olursa-olsun "gündəmdə qalmağı bacaran" Niyazi Bayramovun İcra Hakimiyyətinin başçısı olduğu Gəncə şəhərində daha bir şok olay yaşanıb.

Artıq bir neçə gündür ki, bütün sosial mediaların diqqəti Gəncə şəhərində cəmlənib.

Yayılan məlumatlara görə Gəncə şəhər sakini, 21 yaşlı şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədova maddi vəziyyətinin çətin olması, kirayə yaşadığı mənzilin pulunu verə bilməməsi və çarəsizik səbəbilə çoxlu sayda həb içərək intihara cəhd edib. Xoşbəxtlikdən yaxınları bundan tez xəbər tutub, onu xəstəxanaya çatdıra bilib.

Hazırda vəziyyəti ağırdır və Gəncə şəhər 3 saylı xəstəxanada müalicə alır.

Yeganə övladını torpaq uğrunda torpağa verən ananın hazırkı durumunu öyrənmək üçün mobil telefonuna zəng etdik. Zəngimizə Vüsalə xanımın anası Almaz Məmmədova cavab verdi və Vüsalə xanımın vəziyyətinin ağır olduğunu, qan qusduğunu, hazırda "USM" müayinədə olduğunu bildirdi.

Qeyd edək ki, yerli medialardan aldığımız məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anası Vüsalə Məmmədovanı xəstəxanada ziyarət edib.

Bu barədə də Almaz xanımdan soruşduq. Xanım bildirdi ki: - "Bəli, dünən də gəlib, bu gün də".

Yeri gəlmişkən, Vüsalə xanımın intihara cəhd etmə səbəblərindən birinin, hətta birincisinin aylardır ki, İcra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi olub.

Vüsalə xanım bildirir ki: "Maddi vəziyyətim çox pisdir. Kirayə pulunu belə verə bilmirəm. Özüm də işsizəm. Dəfələrlə hər hansı bir işlə təmin olunmağımı istəmək üçün İcra Hakimiyyətinə getmişəm. Hər dəfə də ",Başçı yoxdur" deyib, geri qaytarıblar".

Qeyd: Gəncə sakinlərinin ən vacib problemlərindən biri də "İcra başçısının qəbuluna düşə bilməmək" problemidir.

Bütün sakinlərin fəaliyyətsizliyindən narazı olduğu nəyinki sakinləri, şəhərin özü üçün də "gözəçarpan" heç bir yenilik etməyən Niyazi Bayramovun başının nəyə qarışdırığını, hansı "vacib məsələlər"ə görə sakinləri ən azından dinləməyə belə vaxt ayıra bilməməsi müəmmalı olaraq qalır.

Yeri gəlmişkən, "DogruXeber.az"ın izləyiciləri xatırlamış olarlar, 44 günlük müharibə ərəfəsində düşmən tərəfindən Gəncəyə atılan balistik roket nəticəsində zərərçəkmiş sakinlər də redaksiyamıza problemlərinin hələ də tam həll olunmamış qaldığından , bununla bağlı dəfələrlə İcra hakimiyyətinə getsələr də başçının onları qəbul etməməsindən narazılıqlarını bildirdilər.

Bunu zatən xatırlamamaq mümkün də deyil. Çünki, eyni vəziyyət davam etdiyindən, eyni narazılıqlar, eyni etirazlar hələ də davam etməkdədir.

Hörmətli Niyazi Bayramov, artıq, "canını boğazına yığıb", intihar həddinə çatdırdığınız, hətta bunun üçün ilk addımı atmasına səbəb olduğunuz şəhid anasını xəstəxanada hər gün ziyarət etmək "topuğa dəyən daş"dan başqa bir şey deyil.

Ən azından getdiyinizə görə də heçolmasa nələrsə etsəydiniz, dərd yarı...

Amma, eşitdiyimizə görə o da yoxdur.

Çünki, biz Vüsalə xanımın anası Almaz xanım ilə telefonla danışarkən, İcra Hakimiyyətinin hansı addımlar atdığını və nələr vəd etdiyini də soruşduq.

Xanım cavab verdi ki: - "Heç nə etməyiblər. Verdikləri vəd də budur ki, "Sağal, yaxşı olacaq. Vəssalam".

Düşünürük ki, bu vətən, bu xalq üçün, bu torpaqlarda qanını tökən, ən şirin, ən dəyərli nemətini - canını, varlığını qurban verən bir şəhidin əmanəti olan, bircə anasına sahib çıxa bilməyən dövlət qurumu, dövlət məmuru bu ölkə üçün gərəksizdir.

Yaşamağa haqqı olmayan şəhidin əmanəti deyil, onu o həddə çatdıranlardır.

Bir ölkə, bir xalq uğruna canını verən oğulun əmanəti olan bir anasına sahib çıxa bilməmək "xəcalət damğası"dır.

Əslində, "sahib çıxmaq" da demək olmaz.

Qadın nə istəyir?

- "Mənə iş verin, zəhmətimlə özümü dolandırım".

Bunu belə edə bilmiriksə, daha doğrusu etmiriksə, vay bizim halımıza...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"