Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?
Gundem / Bolge / Maraqli
Oxunub: 440
25 okt 2021 | 22:22
Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?


Arif Qasımov Azərbaycanda “Mehdiyev klanı”na daxil olan bufer icra başçılarından hesab olunurdu. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış parkda şəxsi qazanc və biznes məqsədilə qeyri-qanuni şəkildə restoran tikdiyinə görə 2020-ci il iyul ayının 11-də tutduğu postdan – Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifədən çıxarıldı.

Nizami rayonuna 5 il rəhbərlik edən (2015-2020) Arif Qasımovun vəzifədə olduğu dövrü iki cür xarakterizə etmək olar:

Birincisi, Nizami rayonunda yaşıllıqlar məhv edildi, abadlaşdırma işləri tormozlandı, icra başçısının və ətrafının rayondakı mütləq hakimiyyəti yaradıldı və sahəsi 19,6 km2 olan bir rayon Qasımovlar ailəsinin şəxsi qazanc “bolota”sına çevrildi.

İkincisi, Nizami rayonunda yaşayan 250 min əhali ilə mərkəzləşdirilmiş dövlət aparatı və siyasi hakimiyyət arasındakı rabitə minimuma endirildi, əhalinin sosial problemləri daha da dərinləşdi və dövlətin sosial sütunlarına ciddi zərbələr vuruldu. Bəli, bütün bunlar Arif Qasımovun 5 illik icra başçısını dönəmində əsas “xidmətləri”nin bir hissəsidir.

Dosye.org xəbər verir ki, bu barədə “Demokrat.az”a daxil olan məlumatda bildirilir ki, Arif Qasımov Azərbaycandakı əmlaklarını satışa çıxarıb və tezliklə üç övladını da Qərb ölkələrinə yola salmağa hazırlaşır. Ancaq məsələ bununla bitmir. O, özünün yaxın ətrafına yuxarı dairələrin ondan hələ də milyonlarla pul tələb etdiyini bildirir. Sabiq başçı öz fikrini belə əsaslandırır ki, vəzifədən çıxarkən var-dövlətinin bir hissəsini onsuz da “təhvil” verib.

A.Qasımovun oğlu Nadir Qasımovun öz dostları arasında atasının “incidilməsini” üsyankar şəkildə ifadə etməsi də deyilənləri təkzib etmir. Bu həmin N.Qasımovdur ki, atasının sabiq MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələri sayəsində hərbi xidmətdən yayınmışdı, ancaq bir müddət sonra hərbi biletlə “təmin” edilmişdi. N.Qasımov təmtəraqlı həyat şəraiti, bahalı maşınlar kolleksiyası, eyş-işrət məclislərinə külli miqdarda və nümayişkaranə şəkildə pul xərcləməsi də cəmiyyətə yaxşı bəllidir. Atasının 9 illik icra başçısı dönəmində (A.Qasımov 4 il də Siyəzənin icra başçısı vəzifəsində işləyib -2011-2015) dövlətdən və xalqdan çalınan pullarla xarici ölkələrdə və Azərbaycanda qabarıq və kobud həyat tərzi sürən N.Qasımovun bugünkü “narahatlığı” anlaşılandır.

Digər tərəfdən, N.Qasımov atası işdən azad olunandan sonra daha bir gəlir mənbəyindən də məhrum olub. Belə ki, o, atasının tabeçiliyində olan məmurlar vasitəsilə pul müqabilində müxtəlif vəzifələrə adamlar təyin etdirirdi.

Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?

2020-ci il avqust ayının 18-də AMEA-nın prezidenti Ramiz Mehdiyevin karantin və pandemiya qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy məclisi təşkil etməsi cəmiyyətin ciddi təpkisi ilə müşaiyət olundu. Karantin qaydalarını pozan şəxslər, eləcə də R.Mehdiyevin kürəkəni İlham Əliyev barəsində qanuni tədbirlər də görülmüşdü. Bu da məlumdur ki, həmin məclisdə müxtəlif deputatlar, iş adamları və sabiq məmurlar iştirak edirdi. A.Qasımovun vəzifədən çıxarılmasından cəmi 37 gün sonra R.Mehdiyev nəvəsinə toy etmişdi. Uzun illər Mehdiyev “çətiri”nin altında illərlə kreslo tutan şəxslər, eləcə də A.Qasımov həmin məclisdə iştirak edirdi. Onun toy məclisində R.Mehdiyevə yaxınlaşaraq bundan sonra da ona dəstək nümayiş etdirməsi yayılan əsas məlumatlar sırasında idi.

Daxil olan məlumata görə, A.Qasımov xarici nömrə işlədir və mütəmadi olaraq vatsap vasitəsilə Mehdiyevlə əlaqə yaradır. “Vurulan” şərurlular arasında vasitəçilik missiyasını da məhz Arif Qasımov bu yolla yerinə yetirir.

Hətta A.Qasımov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə gizli şəkildə “Qəbələ təndir” restoranında (Qənimətlər Parkının yaxınlığı) görüşlər keçirir.

DOSYE.ORG
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"