Müşfiqabadı bərbad edənlər kimlərdir
Gundem / Bolge
Oxunub: 1 194
8 okt 2021 | 13:00
Müşfiqabadı bərbad edənlər kimlərdir


Keçən ilin payızında Qarabağın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində olduğu kimi, bu ilin yayında da bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsinə şahid oldu. Qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsində bizim yanğınsöndürənlər sözün əsl mənasında fədakarlıq göstərdilər.

Fövqəladə hallar şəraitində bu cür yetənəklərə malik olduğumuz halda, Azərbaycanın öz ərazisində, özü də paytaxtın həndəvərində yaşıllıqların yanğından qorunması işində acizliyimizin üzə çıxması adama bir az qəribə gəlir. İstər-istəməz ilk ağıla gələn fikir bu olur ki, hökumət (onun vəzifəli şəxsləri) ağacların yandırılmasına ya göz yumur, ya da elə özü (özləri) yanğın təşkil edirlər. Bu versiyanın doğruluğu halında isə yalnız iki səbəbi ola bilər – təxribat və (və ya) korrupsiya. Çox da uzun olmayan götür-qoydan sonra ikinci səbəbin üstündə dayanmaq daha ağlabatan görünür. Ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin rəhbəri Samir Fərəcovun hərəkətləri (hərəkətsizlikləri) belə qənaətin haqlı olduğunu isbatlayır.

Bakı-Şamaxı magistral avtomobil yolunun 25-ci km-də yolun sol tərəfində 15 iyun 2020-ci il tarixdə, hansı ki, ikinci dəfə xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda saat 15:20 radələrində 5 saylı Yaşıllaşdırma idarəsinin xidməti ərazisinin 1-ci sahəsində 0,39 ha sahədə (Müşfiqabad qəsəbəsi) baş vermiş yanğın hadisəsindən mətbuat yazdı. Təqvimin həmin səhifəsinin Milli Qurtuluş gününə təsadüf etməsi əlahiddə araşdırmanın mövzusudur. Həmin gün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası baş vermiş yanğın hadisəsinin qarşısını almağa cəlb olunsa da, yanğın nəticəsində müxtəlif sayda ayrı-ayrı ağac növləri, yəni cəmi 34 ağac yanaraq məhv olmuş və bununla bağlı 5 saylı Yaşıllaşdırma idarəsində akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda yanğın hadisəsinin naməlum şəxs tərəfindən törədildiyi və bununla bağlı Qaradağ RPİ-nə rəsmi qaydada müraciət olunduğu da bildirilirdi”.

Əslində isə qeyd olunan ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxarılaraq məhv edilməsi prosesi, məhz 2019-cu ilin son aylarında həyata keçirilib. Əgər diqqətli araşdırma işləri aparılarsa o halda bəlli olar ki, qeyd olunan iki hektardan artıq ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxardıldığı torpaq sahələri fərdi şəxslərə satılmışdır. Onlar da, həmin torpaq sahələrində özləri üçün fərdi yaşayış evləri inşa etmişlər və bu gün bəzi evlər inşa olunmaqdadır.

Səbəb-nəticə əlaqələrini təhlil edəndə belə yəqin hasil olur ki, idarə rəisi Samir Fərəcovun bu korruptiv planlarının həyata keçirilməsində yerli özünüidarəetmə qurumu olan Müşfiqabad bələdiyyəsinin sədrinin və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Müşfiqabad inzibati ərazi vahidliyi üzrə nümayəndəsinin də əhəmiyyətli rolu vardır. Çünki bu vəzifəli şəxslərin razılığı, biulərəkdən özlərini korluğa vurmaları olmasa, heç bir vətəndaş nə torpaq zəbt edə, nə də zəbt etdiyi torpaqda bircə daşı daş üstə qoya bilməz.

Məlumatlarda Müşfiqabad qəsəbəsində yeni həyət evlərinin tikintisində yumşaq desək bəlli qaydaların pozulmasından, kimlərinsə özəl maraqları səbəbindən bələdiyyə mülkiyyətini “seçilmişlər”ə satmasından bəhs olunur. Və bu “özəl seçimlər” də tikinti normalarının pozulması, küçələrin salınmasında kobud pərakəndəliklə, kommunikasiya xətlərinin çəkilişində problemlərin yaşanması ilə nəticələnir...Başqa sözlə məlumatlardan belə məlum olur ki, bu qəsəbənin öz qanunları var(?)

Dolaşan məlumatlara əsasən, Akif və Nəriman adlı şəxslər zamanında böyük bir yaşayış sahəsini (Məcburi köçkünlər şəhərciyi ilə üzbəüz ərazini) uzunmüddətli icarəyə götürüblərmiş. İndi də aidiyyatı strukturların sayəsində özlərinə sərf edən kimi satıb, “əridirlər”...

Bütün bu prosesdə isə Müşfiqabad Bələdiyyəsinin sədri Vüqar Əliyevin və Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının Müşfiqabad qəsəbə üzrə nümayəndəsi Coşqun Bayramovun da adı hallanır. Qəsəbə sakinləri Akif və Nərimanın havadarlarının “krışa”lığı ilə özfəaliyyəti nəticəsində qarşılaşdıqları kommunal problemlərdən və digər infrastruktur layihələrindən kənarda qalmalarından gileylidirlər. Bələdiyyə sədri və icra nümayəndəsi hansısa maraqları naminə torpaqların qanunzuz zəbti prosesinə “xeyir-dua” versələr də, sonradan onların bu iltifatından faydalanan vətəndaşların kommunal və infrastruktur problemlərinin həllinə “səlahiyyətimiz yozdur” deyib kömək etmirlər. ilə yaşamaq sadəcə mümkünsüz görünür. Hətta de-fakto yaşayış yerləri haqda arayış almaları belə sakinlərə baha başa gəlir.

“Əsli ilə doğrudur”

Baş redaktor: İbrahim Hümbətov
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO