Rafiq Aslanov, aldığın 3 ali təhsil diplomunun birində SU sözü yoxdur amma “Azərsu”nun prezidenti olmaq istəyir
Gundem / Sosial / Maraqli
Oxunub: 774
29 sen 2021 | 18:20
Rafiq Aslanov, aldığın 3 ali təhsil diplomunun birində SU sözü yoxdur amma “Azərsu”nun prezidenti olmaq istəyir



Bəs, sən necə neçə illərdir “Meliorasiya və su”nun rəhbərisən...?

İndi də, Allah qoymasa, “Azərsu”nun prezidenti olmaq istəyirsən...

Cəmiyyətimizdə sözün həqiqi mənasında ORTA XƏTTİ tutmaq nəinki çox çətin, hətta müşkül məsələdir.
Ümumiyyətlə, cəmiyyətdə orta xətt, orta təbəqə, qızıl orta deyilən anlayışlar var. Bu olmayanda çox çətin olur.
Bəli, cəmiyyətin bir qütbündə Şuşa uğrunda dişi-dırnağı-canı-qanı ilə vuruşan, şəhid olan insanlarımız var.
O biri qütbündə isə...
Biz demirik ki, hamı qoçaq, igid olmalı, hamı vuruşmalı, hamı şəhid və ya qazi olmalıdır. Əlbəttə, yox. Bu mümkün olası hal deyil. Millət belədir ki, onun igidi də, qoçağı da, qaçağı da, qorxağı da olur. Bunu təbii qəbul etmək lazımdır. Amma...
Amması odur ki, yaxşı igid ola bilmirsən, vuruşa bilmirsən, heç olmasa, bir gurulda də.
Yoxsa, oğullar şəhid olanda, evlərə tabutlar gələndə, sən özünə ad günü keçir, toy-büsat qur, nə bilim, sözün geniş mənasında bazar aç...
Bəli, ötən ilin ən ağır günlərində, cavan, imkansız ailələrdə böyümüş oğullar vətən uğrunda şəhid olanda sən öz FƏRARİ OĞLUNA Londonda dəyəri 1 milyon olan mənzillər al, ay Rafiq Aslanov.
Sən bu mənzilləri, 5 ay, 1 il sonra da ala bilərdin və onda səni bu qədər qınamazdıq. Axı, övladı şəhid olan anaların gözləri qan yaş axıdanda sən Londonda öz fərari oğlunu 1 milyonluq mənzillə necə sevindirirdin ?
Axı, həmin günlər anaların sinəsinə oğul dağı çəkilirdi.
Bax, ona görə yazının girişində yazdıq ki, biz də orta xətt müşkül məsələdir.
Bəli, Rafiq Aslanov, bəlkə də rüşvətə, korrupsiyaya görə, səni bağışlamaq olardı. Amma buna görə, səni nə xalq, nə də Allah bağışlamayacaq.
Hələ onu da qeyd edək ki, Allah qoymasa, özün də ermənilərin 30 il işğal etdiyi Füzuli rayonundansan.
Həmin oğullar sənin rayonunu, sənin kəndini azad etmək üçün vuruşurdu, şəhid olurdu.
İndi özün de, FƏRARİ oğlunun qoluna girib o rayona, o kəndə necə gedəcəksən ?
Nə isə, bu məsləni buraxaq Rafiq Aslanovun vicdanının öhdəsinə. Əgər, varsa...
Yaxşı, Rafiq Aslanov, sən 3 ali məktəb bitirmisən. Əvvəlcə, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, illər sonra Azərbaycan Dövlət İqtisad Universitetini və daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını.
Birincisi, 3-cü ali təhsil almağın şərti var. Niyə ona əməl etməmisən ?
Bu ölkənin qayda-qanunları sənə aid deyil ?
İkincisi, 3-cü ali təhsili almısan, başa düşdük.
Axı, sənin 3 ali təhsil diplomunun birində SU sözü yoxdur.
Bəli, Rafiq Aslanov, diplomlarında SU sözü olmaya-olmaya, 30 ildən çoxdur “Meliorasiya və su” ASC-ni talayıb dağıdırsan ?
Şübhəsi olan varsa, diqqət etsin.
AXC hakimiyyəti dövründə ozamankı spiker İsa Qəmbərin tələbi ilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsində idarə rəisi oldun. Hər ikiniz Füzulidən olduğunuz üçün sənə dayaq oldu. Və əvəzində sən də bu günədək cəbhəçilərə dəstək olmusan.
Bunu da harasa yazmaq olar. Bəs, xalqdan oğurladığın milyonları hara yazaq ?
Millət torpaq uğrunda savaşanda Londonda oğluna milyonlarla dəyəri olan 2-ci mülk aldın.
Yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə su verib milyonlar qazanırsan. Və sonra da Prezidenti aldadırsan ki, guya suyun 40-50 faizi itkiyə gedir.
Yəni “su itkisi” adı ilə milyonlarla dövlət vəsaitini mənimsəyirsən.
Sudan qazandığın milyonlar ilə oğlun Afiq Aslanova dəyəri 10 milyonlar olan avtomobil kolleksiyası yaratmısan.
Rafiq Aslanov, Londona qədər uzanan biznes şəbəkəsini hansı pulla yaratmısan ?
Təkcə onu qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi olan bacın oğlu 1 kranı 1 milyon dollara satıb, səninlə bölüşdürüb.
Bacın oğlu öz kabinetinə 40 min manata mebel alııb.
Rafiq Aslanov, sənin özünə məxsus paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binanın dəyəri bir neçə milyondur.
Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyəri isə ölçüyə gəlməzdir.
Bəlkə, Türkiyədəki biznesindən, otellərindən danışaq.
Bir sözlə, “Meliorasiya və su”nu dağıdıb, indi də “Azərsu”nu dağıtmağa hazırlaşırsan.
Allah heç sənə qüvvət verməsin.
Bəli, Rafiq Aslanov “Azərsu” SC-nin rəhbəri olmaq uğrunda amansız savaşa girişib. O, bu yolda hər şeyə hazırdır. Hətta dostlarını ayağı altına almağa da.
Bəli, Rafiq Aslanov “Azərsu” sədrliyinə digər real namizədləri sıradan çıxartmaq üçün Ərəbzəngi kimi döyüşə hazırdır.
Yaxın zamanda hər şey bəlli olacaq.
P.S Araşdırmamız nəticəsində bəlli olur ki, Aslanov Rafiq Sabir oğlu 27 fevral 1962-ci ildə Füzuli
rayonunda anadan olmuşdur. Növbəti yazılarımızda Aslanova Təranə Alxas qızı 13 mart 1962-ci il, Aslanov İlkin Rafiq oğlu 14 sentyabr 1987-ci il, Aslanov Afiq Rafiq oğlu 25 sentyabr 1988-ci il və başqa qohumların adına nə qədər mülklərin olduğu haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
gundelik baki.com
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO